“Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrin icrası davam edir

18.04.2016

    Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara ezamiyyə olunaraq fəaliyyətə başlamışlar. Həmin kafedraların əməkdaşları dosent Mehman Həmzəyev və assistent İsrafil Quliyev Gəncə şəhər “Regional Perinatal Mərkəz”ində aprel ayının ilk ongünlüyündə ezamiyyətdə olmuşlar. Onlar Perinatal Mərkəzdə səhər konfranslarında həkimlərə doğuşayardım işinin təşkili, risk qrupundan olan hamilə qadınların doğuşunu idarə olunması mövzusunda məlumatlar vermiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Eklampsiyalar və onların aparılması” “Keysəriyyə əməliyyatları və onların aparılması” “Hamiləlik dövrünün qanaxmaları” protokolları haqqında aşıqlamalar təqdim etmiş, yerli şəraitə uyğun tövsiyələr vermişlər. Eyni zamanda Perinatal Mərkəzdə, Şəmkir MRX-da, Göy-göl MRX-da, Dəli Məmmədli xəstəxanasında xəstələr konsultasiya olunmuş,ağır xəstələrin reanimasion tədbirləri təşkil edilmiş, Göy-göl MRX-da ağır eklampsiya tutması olan qadında əməliyyat aparılmışdır. br>    Əməkdaşlarımız hesabatlarında regional həkimlərin fəaliyyətinin təhlilini aparmış və problemləri həll etmək üçün müvafiq təkliflər vermişlər.
    Ezamiyyə qrafikinə uyğun olaraq ezamiyyətə gedən bütün mütəxəssislər gördükləri işlər barədə mütamadi hesabat verəcəklər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX