Laparoskopik cərrahiyyə üzrə təlim keçiriləcəkdir

13.04.2016

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə11-14 may 2016-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan-Aımaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və “Almaz” Almaniya-Azərbaycan Tibbi Treyninq Mərləzi ilə əməkdaşliqda ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alan müsabiqə yolu ilə seçilmiş rezidentlər üçün (kuratorların cəlb olunması ilə) “Laparoskopik cərrahiyyə” üzrə dörd günlük təlimin keçirilməsi planaşdırılmışdır. Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və videomühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşgələlər aparılacaq və canlı əmliyyatlar nümayiş olunacaqdır. Təlimin sonuncu günü iştirakçılar qiymətləndirilib sertifikat alacaqlar.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX