Hemofiliyalı xəstələrin tibbi – sosial problemlərinə dair konfrans keçirilmişdir

17.03.2016

    2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə qəbul olunmuş Dövlət Proqramının tədbirlər planına əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrası Hemofiliya Assosiasiyası və Dünya Hemofiliya Federasiyasının Tibb Komitəsinin sədri, Polşa Hematologiya və Transfuziologiya institutunun daxili xəstəliklər departamentinin rəhbəri professor Jerzy Windyganın içtirakı ilə birgə konfrans keçirmişlər. Konfransın iştirakçıları həkim-hematoloqlar, fizioterapevtlər, müxtəlif ixtisaslı həkimlər və pasientlər olmuşlar. Həmin konfransda Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri dosent Qədimova E.Ə. “Azərbaycanda Hemofiliya Dövlət Proqramının həyata keçirilməsi”, Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrasının dosenti Yusifova N.Y. “İnhibitorlu xəstənin müalicəsi (İTİ)”, Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrasının assistenti Əlizadə G.Ə. “Hemofiliyalı xəstələrin profilaktikası”, Dünya Hemofiliya Federasiyasının Tibb Komitəsinin sədri, Polşa Hematologiya və Transfuziologiya İnstitutunun daxili xəstəliklər departamentinin rəhbəri professor Jerzy Windyga “Hemofiliya A xəstələrini müalicə etmək üçün faktor VIII konsentratlarının optimal tələbatı” mövzusuna dair çıxışlar etmişlər. Bundan başqa konfransda “Hemofiliya və Hepatit C”, “Son illər hemofiliyalı pasiyentlərin sosial inteqrasiyası sahəsində Assosiasiyanın fəaliyyətləri”, "Hemofiliyanın bütün ağırlıqlarının laborator müayinəsinin perspektivləri", "Hemofiliyalı xəstələrin reabilitasiyasında fizioterapiyanın rolu", "Hemofiliyalı pasiyentlərin sosial müdafiəsi" mövzularında müxtəlif məruzələr də dinlənilmişdir. Sonda konfransı bağlayan professor Jerzy Windyga çıxışında qeyd etmişdir ki, bu qısa zamanda Azərbaycan Respublikasında hemofiliyalı xəstələrə qayğı yüksək səviyyədə təşkil olunmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX