“İlkin insultların profilaktikası” beynəlxalq layihəsi davam edir

14.03.2016

    29.02.2016-05.03.2016-cı ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya fondunun təşkil etdiyi ənənəvi Açıq tibb məktəbinin nevrologiya üzrə seminarı keçirilmişdir. Seminarda dünyanın bir sıra ölkələrindən 40-a yaxın nevroloq iştirak etmişdir. Azərbaycanı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Əliyev Rahim və akademik M.Mirqasımov adına Respublika klinik xəstəxanasının sinir xəstəlikləri şöbəsinin müdiri t.ü.f.d. Həsənov Xanlar təmsil etmişlər. Seminarda ABŞ və Avstriyanın görkəmli mütəxəssisləri tərəfindən nevrologiyanın aktual məsələləri - beyin qan dövranının kəskin pozulmaları, epilepsiya, ensefalitlər, dağınıq skleroz, hərəkət pozulmaları və s. mövzularda mühazirələr oxunmuş, elektroensefaloqrafiya və elektroneyromioqrafiyada yeniliklər barədə məlumatlar verilmişdir. Eyni zamanda seminar iştirakçılarının da maraqlı klinik hadisələr barəsində məruzələri gündəlikdə yer almışdır. Seminar çərçivəsində t.ü.f.d. Əliyev Rahimin “Azərbaycanda insult problemi” mövzusunda məruzəsi dinlənilmişdir.
    Seminar keçirilən müddətdə Amerika-Avstriya fondu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Akademik M. Mirqasımov adına Respublika klinik xəstəxanasının Nevroloji Mərkəzinin “İlkin insultların profilaktikası” mövzusunda birgə layihəsinin gedişi də müzakirə edilmişdir. Layihənin Azərbaycana aid olan hissəsinin rəhbəri institutun sinir xəstəlikləri kafedrasının müdiri, professor R.K. Şirəliyevadır. Layihənin gedişi qənaətbəxş qiymətləndirilmiş və gələcək planlar müzakirə edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX