Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

07.03.2016

    05 mart 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. İxtisas üzrə diplomdansonraki təhsil proqramlarının yenilənməsi haqqında.
                                                               Məruzəçi prorektor T.H.Eyvazov

2. Terapiya kafedrasının dosenti Mehdiyev Samir Xasay oğlunun «3205.01 – daxili xəstəliklər» ixtisası üzrə «Azərbaycanda 2-ci tip şəkərli diabetli xəstələrdə mikro və makroangiopatiyaların xüsusiyyətləri» mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

3. Mamalıq və ginekologiya kafedrasının dissertantı Şahbazova Nailə Akif qızının «3215.01 – mamalıq və ginekologiya» ixtisası üzrə «Ранняя диагностика, прогноз и профилактика гипертензивных расстройств при беременности» tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

4. Ümumi cərrahiyyə -2 kafedrasının müdiri vəzifəsinə seçkilər.

5. M ü x t ə l i f m ə s ə l ə l ə r.

    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institut əməkdaşları Qafarov Kamal Qafar oğluna tibb üzrə elmlər doktoru, Orucova Sevinc Rəhman qızına və Hacıyeva Yaqut Hacıəli qızına tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomu təqdim edərək onları təbrik etdi.
    I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış etdi. O çıxışında qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilir. Tədris prosesində tətbiq edilmiş bir çox yeniliklərlə yanaşı tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Müasir təbabətdə baş vermiş bir çox yeniliklər, Davamlı Tibb Təhsili konsepsiyasının standartları, hal-hazırda tədrisdə istifadə olunan bir çox meyarlar bu proqramlarda öz əksini tapmalıdır. Bu işlərin təşkili və koordinasiyası üçün institutun rəhbərliyi tərəfindən xüsusi komissiyalar yaradılmışdır. Həmin komissiyalar təsdiq edilmiş iş qrafiki üzrə bu işin aparılması üçün hazırlanmış xüsusi təlimat əsasında fəaliyyət göstərirlər. Komissiyaların sədr və üzvləri bütün kafedraların tədris proqramlarının bu təlimatdakı meyarlara uyğunluğu məsələsini araşdırır, üzə çıxan uyğunsuzluqları kafedra əməkdaşlarının nəzərinə çatdıraraq onların düzəldilməsi üçün vaxt qoyur. Son nəticədə bütün proqramlar göstərilən standartlara cavab verməlidirlər. Yoxlamaların ilk ayı bitdiyinə görə hər bir komissiya sədri aralıq hesabat hazırlayaraq institut rəhbərliyinə təqdim etmişdir. Sonra dosent T.H.Eyvazov bu aralıq hesabatlardakı məlumatları Elmi Şura üzvlərinin nəzərinə çatdirdı.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi. Bu zaman o qeyd etdi ki, komissiyalar təlimatdakı göstərişləri əsas tutmalıdırlar. Bundan başqa aralıq hesabatlartın da eyni qaydalar əsasında hazırlanmasının məqsədəuyğun olması nəzərə çatdırıldı və bu barədə göstəriş verildi.
    II məsələ üzrə terapiya kafedrasının dosenti Mehdiyev Samir Xasay oğlunun «3205.01 – daxili xəstəliklər» ixtisası üzrə «Azərbaycanda 2-ci tip şəkərli diabetli xəstələrdə mikro və makroangiopatiyaların xüsusiyyətləri» mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusu müzakirə edildi və təsdiq olundu.
    III məsələ üzrə mamalıq və ginekologiya kafedrasının dissertantı Şahbazova Nailə Akif qızının «3215.01 – mamalıq və ginekologiya» ixtisası üzrə «Ранняя диагностика, прогноз и профилактика гипертензивных расстройств при беременности» tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusu müzakirə edildi və təsdiq olundu.
    IV məsələ üzrə institutun elmi katibi dosent L.B.Bəxtiyarova çıxış edib ümumi cərrahiyyə-2 kafedrasının müdiri vəzifəsinə seçkilərdə iştirak üçün t.e.d. Əliyev Şahin Həşim oğlunun sənədlərinin təqdim olundugunu nəzərə çatdırdı. Müzakirədən və səsvermədən sonra t.e.d. Əliyev Şahin Həşim oğlu ümumi cərrahiyyə-2 kafedrasının müdiri seçildi.
    İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX