Əməkdaşlarımız beynəlxalq tədbirlərdə

22.01.2016

Kardioloqlar “Exokardioqrafiya” konfransında

    Ə.Əliyev adina ADHTİ-nin kardiologiya kafedrasının müdiri t.e.d. Faiq Quliyev və dosent Kəmalə Zahidova 2-5 dekabr 2015-ci il tarixində İspaniyanın Sevilya şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkil etdiyi "Exokardioqrafiya" konfransında iştirak etmişlər. Konfransda ekardiologiyanın müasir aktual məsələlərinə həsr olunmuş panellər keçirilmiş, mühazirələr oxunmuş, Avropanın bir çox ölkələrindən olan alimlər arasında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda yeni nəsil 4 G rejimində işləyən rəngli və toxuma doppleri olan exokardioqraflar nümayiş olunmuşlar. Konfransın miokard infarktı bölməsində Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış "İşemik etilogiyalı xroniki ürək çatışmamazlığı və anemik sindromu olan xəstələrdə metoksipolietilen qlikol epoetin beta ilə müalicənin sol mədəciyin atım fraksiyasına təsiri" mövzusunda poster məruzəsi təqdim olunmuşdur. Həmin elmi iş konfrans iştirakçıları tərəfindən müsbət rəy almışdır.

Stomatoloqlar Beynəlxalq İmplantoloqlar Təşkilatının
Türkiyə-Azərbaycan bölməsinin illik konfransında

    4-6 dekabr 2015-ci il tarixində Türkiyə Cümhuriyyəti Antalya şəhərində Beynəlxalq İmplantoloqlar Təşkilatının Türkiyə-Azərbaycan bölməsinin illik konfransı keçirilmişdir. Konfransda implantologiyanın aktual məsələlərinə həsr olunmuş müxtəlif mövzulu panellər keşirilmiş, bu sahədə ölkələrimiz arasındakı əməkdaşlıqdan danışılmışdır. Həmin konfransda iştirak edən Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adina ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d. Cavid Əhmədbəyli "Qabaqcıl implant tətbiqi" panelində "Estetik nahiyyədə dişlərin çəkimindən sonra dərhal implant cərrahiyyəsi və implantüstü protezin tətbiqi" mövzusunda məruzə ilə çıxış etmişdir. Çixişdan sonra panelin məruzəçiləri və konfrans iştirakçıları arasında parodontologiya, implantologiya və üz-çənə çərrahiyyəsinə aid mövzular ətrafında sual-cavab şəklində müzakirələr aparılmışdır.

Pediatlar Uşaq İnkişafına dair 1-ci Beynəlxalq konqresdə

    2-5 dekabr 2015-ci il tarixində İstanbul şəhərində Ankara Universitetinin təşkilatçılığı ilə Türkiyənin Uşaq İnkişafı Dərnəyi və Sabançı Fondunun dəstəyilə Uşaq İnkişafına dair 1-ci Beynəlxalq konqres həyata keçirilmişdir. Konqresin təşkil olunmasına UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional ofisi, Autism Speaks, Bernard van Leer Foundu, Beynəlxalq Uşaq Mərkəzi, eləcə də Türkiyənin Səhiyyə Nazirliyi, Ailə işləri və sosial siyasəti Nazirliyi və bir çox qeyri-hökümət təşkilatları dəstək vermışlər. Konqresdə 52 ölkədən 550 nəfər iştirak etmişdir. Ölkəmizi bu konqresdə Azərbaycan Səhiyyə Nazirliyinin göstərişi və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə bir qrup həkim - pediatr, nevropatoloq, loqoped və psixoloqlar təmsil etmişlər. Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova həmin qrupun tərkibində konqresdə iştirak etmişdir. Konqresin əsas mövzusu "Erkən uşaqlıq dövründə çətinliklərin aradan qaldırılması" olmuşdur. Konqresdə uşaqlarda inkişaf pozğunluqları, autistik spektrli dəyişikliklər, Daun sindromu, psixoloji pozuntuları olan uşaqların ailələrinə dəstək və digər mövzularda təcrübə mübadiləsi aparılmış, həmin problemlərə yeni elmi yanaşmalara həsr edilən sessiya, dəyirmi masa və təlim kursları təşkil olunmuşdur. Konqres çərçivəsində uşaq inkişafının monitoringini keçirmək üçün beynəlxalq səviyyədə ilk dəfə tərtib edilən "Uşaq inkişafının monitorinqi və dəstəklənməsi üzrə beynəlxalq rəhbərlik" vəsaitinin işlənməsi üzrə təlim kursu həyata keçirilmişdir. Ankara Universitetinin Uşaq inkişafı kafedrasının əməkdaşları ilə keçirilən görüşdə Azərbaycanda da pediatriya üzrə təkmilləşdirmə kurslarının proqramına uşaq inkişafının monitoringinə dair mövzuların daxil edilməsi perspektivi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
   



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX