Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.11.2015

    20 noyabr 2015-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

   1. İnstitutun 80 illik yubileyinə aparılan hazırlıq tədbirləri haqqinda.

Məruzəçi professor N.A.Qasımov

   2. İnstututun yubileyi ilə əlaqədar olaraq əməkdaşların əmək haqqının büdcədənkənar vəsait hesabına artırılması.

Məruzəçi professor N.A.Qasımov

   3. Tədris prosesinin təkmilləşdirilməsi məqsədi ilə təlim və digər avadanlığın əldə edilməsi barədə.

Məruzəçi professor N.A.Qasımov

   4. Seçkilər.

   5. Müxtəlif məsələlər.

    Gündəliyin birinci məsələsi üzrə çixiş edən Elmi Şuraya sədri institutun rektoru professor N.A.Qasımov institutun 80 illik yubileyi və bu yubileyi yüksək səviyyədə keşirmək üçün aparilan işlər haqqında məlumat verdi. Rektor geyd etdi ki, 2015-ci ilin noyabr ayında institutun yaranmasının 80 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış bir çox eimi-tədqiqat işləri yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin rifahı üçün çalışmış və indi də çalışırlar. Professor N.A.Qasımov çıxışını davam etdirərək institutun bu günkü günü və qarşıda duran vəzifələrdən danışdı. O qeyd etdi ki, ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri də genişlənir, Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası, Türkiyə Cumhuriyyəti İstanbul Universiteti, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Qazaxıstan Davamli Tibbi Təhsil Universiteti, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Ali Səhiyyə Məktəbi və bir çox başqa tanınmış təhsil ocaqları ilə qarşılıqlı əlaqələr haqqında sazişlər imzalanmışdır. Beynəlxalq təhsil proqramı daxilində ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, Rusiya Federasiyası və Belçikadan olan mütəxəssislər institutda mühazirə və məşğələlər aparmışlar.
    Rektor yubiley tədbirləri haqqında məlumat verərək bu tədbirlərin keçirilməsində cavabdeh olan əməkdaşlara tapşırıqların verildiyini bildirdi. İnstitutun 80 illik yubileyinə həsr olunmuş konfrans Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 21 dekabr 2015-ci ildə keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransin təntənəli açıiış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclas keçiriləcəkdir. Sonra rektor Elmi şura üzvlərinin nəzərinə çatdırmışdır ki, institutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanmışdır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının institutun 80 illik yubileyinə həsr olunmuş buraxılışı üzərində işlər yekunlaşmaq üzrədir. Professor N.A.Qasımov «Tibb və Elm» adlı institutumuz tərəfindən nəşr ediləcək jurnalın birinci sayını təqdim etdi. Qeyd olundu ki,həmin jurnalın Azərbaycan Respublıkası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi dissertasiyaların yazılmasında tövsiyə edilən jurnallar siyahısına salınması planlaşdırılır. Məruzəçi sonda institutun yeniləşdirilmiş saytı haqqında məlumat verərək bütün yubiley tədbirlərinin orada öz əksini tapacağını söylədi.
    Gündəliyin ikinci məsələsi üzrə çixiş edən rektor professor N.A.Qasımov məlumat verdi ki, institut 80 illik yubileylə əlaqədar əməkdaşların əmək haqqının büdcədənkənar vəsait hesabına artırılması üçün imkan tapılmışdır. Bu artım bütün əməkdaşlar üçün vəzifə maaşının 50%-i qədər olacaqdır.
    Bu qərar səsə qoyularaq yekdilliklə qəbul edilmişdir.
    Gündəliyin üçüncü məsələsi üzrə çixiş edən professor N.A.Qasımov qeyd etdi ki, diplomdan sonrakı təhsil proqramlarında simulasion tədris mühüm yer tutur. İnstitutumuzda da bu tədris formasını daha geniş tətbiq etmək və onun material-texniki bazasını yeniləşdirmək üçün lazım olan avadanlıqların alınmasına sifariş verilməsi planlaşdırılır. Belə avadanlıqlarla ilk növbədə təmin olunması planlaşdırılan kafedraların adları açıqlandı.
    Qərar səsə qoyularaq yekdilliklə qəbul edildi.
    İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX