Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
80 yaşı tamam olur

20.11.2015

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsinə və ölkəmizin təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən ali təhsil müəssisəsidir. 2015-ci ilin noyabr ayında institutun yaranmasının 80 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar.
    İnstitutun yaradılması Respublikanın səhiyyəsi üçün üç vacib məsələnin həllinə köməklik etmişdir: Birincisi - institutun bazasında yüksək ixtisaslı mütəxəssislər toplanaraq sonralar ölkənin məşhur tibb alimlərinin formalaşmasına şərait yaratmışdır. Respublikanın adlı-sanlı həkim alimləri S.M.Hacıqasanov, M.X.Yaqubov, M.N.Mirsəlimov, M.R.Nəzirov, J.A.Babayev, Ş.S.Xalfen, S.X.Nəzərli, L.N. Ləmbəranski, M.İ.Lurye, İ.İ.Şakov, A.D.Mustafayev, M.Ə.İbrahimov, S.M.Qusman, M.Q.Hüseynov, M.D.Kaclayev, A.M.Nəsirov və s. məhz bu dövrdə fəaliyyətə başlamışlar. İnstitutun formalaşmasında və tanınmış elm-təhsil ocağına çevrilməsində bir çox görkəmli alimlərin böyük rolu olmuşdur. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verilmişdir. İnstitut tarixinin 34 ili akademik Mirməmməd Cavad oğlu Cavad-zadənin adı ilə bağlıdır. Onun rəhbərliyi altında institut inkişaf edərək keçmiş Sovetlər Birliyində tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz Ə.Əliyev adına ADHTİ-da çalışdığı illərə təsadüf edir. İkincisi - institutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin xəstəxanalar ölkə əhalisinə ixtisaslı tibbi yardım göstərən mərkəzlərə çevrilmişlər. Üçüncüsü - yarandığı ilk illərdən başlayaraq institut Respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssislər hazırlamışdır.
    İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz 80 illik yubileyi ərəfəsində tam yaradıcılıq gücü ilə çalışır, ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb xidmətinin göstərilməsinə çalışır. Ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri genişlənir, bir çox məşhur dünya universitetləri ilə qarşılıqlı əlaqə haqqında sazişlər imzalanmışdır.
    İnstitut kollektivi yubiley tədbirlərində böyük cənfəşanlıqla iştirak edir və 2015-ci ilin dekabr ayında keçiriləcək yubiley konfransına hazirlaşır.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu