Yeni tədris ili başlayır!

22.09.2015

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni 2015/2016-cı tədris ili artıq başlamışdır. Bu il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında bir sıra yeniliklər yer almışdır. Beləki,bu ildən etibarən müddəti 5 gün olan ixtisasartırma kurslarının keçirilməsi planlaşdırılır. Bundan başqa peşə hazırlığı kurslarının müddətlərində də dəyişikliklər edilmişdir. Bu müddət Terapiya fakültəsinə aid olan ixtisaslar üçün 6 həftə, Cərrahiyyə fakültəsinə aid olan ixtisaslar üçün 8 həftə, Tibbi profilaktika fakültəsinə aid olan ixtisaslar üçün, “Yoluxucu xəstəliklər” və “Laboratoriya işi” kafedraları istisna olmaqla, 4 həftə müəyyən edilmişdir.
   Tədris ilinin ilk ayından etibarən iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılmışdır. Belə arzusu olan həkimlərin çalışdıqları müəssisə rəhbərləri məktubla institut rəhbərliyinə müraciət etməlidirlər.
   Başqa bir yenilik uzun müddət işləməyən həkimlər üşündür. 2015-ci il sentyabr ayından bu statustda olan həkimlərin birbaşa qəbulu Ə.Əliyev adına ADHTİ-na həvalə olunubdur.Onların arasında 5 ilə qədər ixtisası üzrə işləməyən həkumlər ixtisasartırma kurslarında və ixtisası üzrə 5 ildən artıq işləməyən həkimlər isə peşə hazırlığı kurslarında iştirak edə bilərlər. Bu kurslara yazılmaq üçün həmin həkimlər ərizə ilə İnstituta müraciət etməlidirlər.
   2015/2016-cı tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. Kurslara qəbulun optimallaşdırılması instituta müraciət edən müdavimlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaqdır. İnstitut kollektivi Respublika Səhiyyə Nazirliyi tərəfindən verilmiş tapşırıqları qarşıdan gələn tədris ilində layiqincə yerinə yetirmək əzmindədir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX