Yubiley tədbirləri. Ə.Əliyev adına ADHTİ-nin 80 illik tarixinə həsr olunmuş sənədli film çəkilir 21.09.2015
2015-ci ilin noyabr ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yaranmasının 80 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. İnstitutun formalaşmasında və tanınmış elm-təhsil ocağına çevrilməsində bir çox görkəmli alimlərin böyük rolu olmuşdur. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz 80 illik yubileyi ərəfəsində tam yaradıcılıq gücü ilə ixtisaslı həkim və provizorların peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb xidmətinin göstərilməsinə çalışır. Ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzindədir. Yubiley tədbirlərinə institut kollektivi böyük coşqu hissi ilə hazırlaşır. Bu məqsədlə bir çox təbirlər planlaşdırılmışdır. İnstitutun şanlı 80 illik tarixinə həsr olunmuş sənədli film çəkilir. Filmin yaradıcı kollektivi bir neçə aydır çəkilişlər aparır. Hal-hazırda filmin tamamlanma işləri gedir. Filmdə institutun 80 illik həyatında baş vermiş bütün mühüm hadisələr işıqlandırılacaq, institutda çalışmış və onun tarixində iz buraxmış əməkdaşlar haqqında süjetlər göstəriləcəkdir. Filmin premyerası 2015-ci ilin noyabr ayında keçiriləcək yubiley konfransında olacaqdır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|