FAKÜLTƏDƏ 13 KAFEDRA FƏALİYYƏT GÖSTƏRİR:
Ümumi cərrahiyyə - I kafedra
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Cərrahiyyə kafedrası 1949-cu ildə yaradılmışdır. Kafedranın əsas tədris və müalicə bazası paytaxtın böyük klinikalarından biri olan Sabunçu Tibb Mərkəzi PHŞ və Ə.Əliyev adına AzDHTİ-nin Plastik və Rekonstruktiv cərrahiyyə klinikası olmuşdur. Kafedranın ilk müdiri respublikanın əməkdar elm xadimi, professor H.K.Əliyev (1949-1968) olmuşdur. Bu müddət ərzində cərrahiyyə kafedrasında H.K.Əliyevin rəhbərliyi altında "Qida borusunun cərrahiyyəsi" elmi tədqiqat işi aparılmışdır. Sonralar kafedraya professor X.H.Hacıyev (1968-1970), professor M.M. Mehdiyev (1970-1971), professor A.A.İsmayılov (1972-1990) və V.M.Əfəndiyev (1991-2011) rəhbərlik etmişlər. 2012-ci ildən cərrahiyyə kafedrasına professor, t.e.d., N.A.Qasımov rəhbərlik edir. Kafedranın əsəs tədris və müalicə bazası paytaxtın böyük klinikalarından biri olan Sabunçu Tibb Mərkəzi PHŞ və Ə.Əliyev adına AzDHTİ-nin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasıdır. Burada ümumi cərrahiyyə, travmatologiya və ortopediya, urologiya, intensiv terapiya və anesteziologiya şöbələri, müxtəlif -diaqnostik funksional kabinetlər (USM, KT, qastroduodenoskopiya və s.) vardır. Hazırda kafedrada 5 müəllim işləyir: Kafedra müdiri professor, t.e.d., N.A. Qasımov, dos., t.ü.f.d., A.K.Kazımov, assistentlər, t.ü.f.d. T.M. Əliyev, t.ü.f.d., R.M. Babayev, t.ü.f.d., İ.K. Əkbərova. Həmçinin kafedrada 4 baş laborant fəaliyyət göstərir: İ. Mirzəliyev, S. Xudiyeva, E. Axundov, T. Əliyev. Cərrahiyyə kafedrasında cərrahiyyənin bütün bölmələri üzrə ümumi və tematik təkmilləşmə tsiklləri tədris edilir. Hər il respublikanın müxtəlif rayonlarında (Gəncə, Naxçıvan MR, Qazax, Lənkəran, Ağstafa və s.) biraylıq tematik təkmilləşmə kursları da təşkil olunur. Cərrahiyyə kafedrasında aparılan elmi-tədqiqat işlərinə kafedra müdiri, professor, t.e.d. N.A. Qasımov rəhbərlik edir.

2012-cı ildən kafedraya professor, t.e.d. Qasımov Nazim Akif oğlu rəhbərlik edir. T.e.d., Qasımov Nazim Akif oğlu 1993-cü ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 1996-cı ildən assistent kimi, 2002-ci ildən isə dosent vəzifəsində çalışmış, 2012-ci ildən isə cərrahiyyə 1 kafedrasının müdiri seçilmişdir. 1996-cı ildə Bakı şəhərində «Восстановление функции кардии после селективной проксимальной ваготомии» mövzusunda namizədlik, 2010-cu ildə "Reflüks-ezofagit: diaqnostika və cərrahi müalicəsinin müasir problemləri" mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 132 elmi əsərin, 3 səmərələşdirici təklifin, 1 patentin müəllifidir.
Kafedranın elmi istiqaməti
Kafedranın əsas elmi istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicə üsullarının işlənib hazırlanması ilə, həmçinin orqansaxlayıcı və mini invaziv (laparoskopik) üsulların tətbiqilə əlaqədardır. Son 20 il ərzində kafedrada cərrahlar üçün 85-dən artıq təkmilləşdirmə kursları keçirilmışdir. Bu kurslarda 1700-ə yaxın həkim biliklərini artırmışdır. Keçilən kurslar müxtəlif cərrahi mövzulara həsr olunub: "Döş qəfəsi və qarın boşluğu orqanlarının cərrahiyyəsi", "İrinli infeksiya", "Uşaq cərrahiyyəsinin seçilmış məsələləri", "Döş qəfəsinin və qarın boşluğunun təxirəsalınmaz cərrahiyyəsi", "Kəskin cərrahi xəstəliklərin klinikası, diaqnostika və müalicəsi" və s. həmçinin təcili yardım həkimləri üçün qısamüddətli "Döş qəfəsinin və qarın boşluğu orqanlarının təxirəsalınmaz kəskin cərrahi xəstəlikləri" adlı kurs təşkil olunmuşdur. Bu kurslardan 10 il ərzində 1000-dən çox təcili yardım həkimi keçmişdir.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazası Sabunçu Tibb Mərkəzi PHŞ və Ə.Əliyev adına AzDHTİ-nin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasında yerləşərək, xəstəxananın cərrahiyyə şöbələrinin fəaliyyətini kurasiya edir. Kafedranın əməkdaşları tərəfindən qarın boşluğu və döş qəfəsi orqanları üzərində cərrahi əməliyyatların bütün spektri icra edilir. Müalicə fəaliyyətində kafedranın əsas prioritet istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi, həmçinin öd kisəsi və öd yollarının eyni zamanda mədəaltı vəzin cərrahi müalicəsi ilə əlaqədardlr.
Kafedranın əməkdaşları

T.e.d., Qasımov Nazim Akif oğlu 1993-cü ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 1996-cı ildən assistent kimi, 2002-ci ildən isə dosent vəzifəsində çalışır. 1996-cı ildə Bakı şəhərində «Восстановление функции кардии после селективной проксимальной ваготомии» mövzusunda namizədlik, 2010-cu ildə "Reflüks-ezofagit: diaqnostika və cərrahi müalicəsinin müasir problemləri" mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 132 elmi əsərin, 3 səmərələşdirici təklifin, 1 patentin müəllifidir.

T.e.ü.f.d, dosent Kazımov Aydın Kamal oğlu 1995-cı ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 1996-1998-cu illərdə kafedrada aspirantura keçmiş,1999-cu ildən kafedrada asissent,2002-ci ildən isə dosent vəzifəsində çalışır. 1999-cu ildə "Qida borusu mədə keçəcəyinin çatmamazlığı (klinika, diaqnostika və müalicəsi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 46 elmi əsərin, 1 patentin müəllifidir.

T.e.ü.f.d, assistent Əliyev Tağı Müşfiq oğlu 2002-2005-ci illərdə kafedrada aspirantura keçmiş, 2007-ci ildə "Qanaxan 12 barmaq bağırsaq xoraları və reflüks-ezofaqitlərdə orqansaxlayıcı əməliyyatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildən kafedrada assistent vəzifəsində çalışır. O, 16 elmi işin və 2 səmərələşdirici təklifin müəllifidir.

T.e.ü.f.d., assistent Əkbərova İlahə Kamal qızı 2010-cu ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2013-cü ildən kafedrada assistent vəzifəsində çalışır. "On iki barmaq bağırsağın xroniki keçməməzliyinin cərrahi müalicəsinin xüsusiyyətləri" mövzusunda 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. O, 10 elmi əsərin müəllifidir.
T.ü.f.d., dosent Camalova Təranə Paşa qızı akademik Mirqasımov adına respublika Klinik Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
1963-cü ildə anadan olmuşdur. 1971-1981-ci illərdə orta təhsil almışdır. 1983-1984-cü illərdə ATU hazırlıq şöbəsində oxumuşdur. 1990-cı ildə ATU-nun müalicə işi fakultəsini bitirib. 2002-ci il Londonda Kral kollecində “Cərrahi travmalar”, 2003-cü il ABŞ, Hyustonda Metodist hospitalda, Beylor kollecində “Koloproktologiya”, 2004-cü ildə Bonn universitet klinikumda “Laparoskopik cərrahiyyə”, 2007-ci ildə Türkiyə cümhuriyyəti, Ankarada Qazi Tıp Universitetində “Jinikologi laparoskopik” cərrahiyyə kursları keçmişdir. 1995-2005-ci illərdə Sabirabad ”Qalaqayın”, Biləsuvar, Saatlı, Ağcabədi “Alman şəhərciklərində” məskunlaşmış məcburi köçkünlərə yerlərində və Bakı şəhəri ak. Mirqasımov ad. Respublika klinik xəstəxanasının 1-ci cərrahiyyə şöbəsində cərrahi yardım göstərmişdir. 2020-ci il 27 sentyabrdan 44 günlük vətən
müharibəsində yaralanan əsgərlırimizə cərrahi tibbi yardım göstərmiş. Müxtəlif geniş spektrli əməliyyatları icra edir. 1 monoqrafiyanın - “Piylənmədən əziyyət çəkən əməliyyatdan sonrakı ventral yırtığı olan xəstəlırin müasir müalicəsi”, 1 dərs vəsaitinin - “Cərrahiyyə üzrə test və situasion məsələlər”, 1 dərsliyin - “Yoğun bağırsağın cərrahi xəstəlikləri” müəllifidir. 32 elmi məqalə xaricı və milli
elmi jurnallarda dərc olunub. 2015-ci il İstanbul şəhəri “LİV” hospitalının İstanbul texniki Universitetində təşkil etdiyi “Kolo-rektal xərçənglərin “Robotik” cərrahi müalicəsinə həsr olunmuş beynəlxalq konqresində, 2017-ci il Dubay şəhərində “Onkoloji əməliyyatlardan sonra antikoaqulyantların tətbiqi”, 2019-cu il Türkiyə Cümhuriyyəti, İstanbul şəhərində keçirilən “Doğuşdan sonra 1000 gün” beynəlxalq konfranslarında iştirak etmişdir. Hal- hazırda elmi-praktik fəaliyyətini davam etdirir.
11 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərimə görə “Əməkdar həkim” fəxri adı verilmişdir.
Baş laborant, t.ü.f.d. Zahidov Zahid Telman oğlu 2022-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almıdır. Disertasiyasının mövzusu - Əməliyyatdan sonrakı eventerasiyalarda absorbtiv adhesion baryer və monoakril propilen torun birgə tətbiqinin klinik qiymətləndirilməsi. Məqalə sayı-12.
Baş laborant, t.ü.f.d. Bədəlov Ceyhun Əmirxan oğlu kafedrada baş laborant vəzifəsində 2018-ci ildən çalışır. Rusiya Federasiyasında 2017-ci ildə tibb elmlər namizədi elmi adı almışdır.
Disertasiya mövzusunun adı – “Однопортовая лапароскопическая холецистектомия. Преимущества и недостатки”. 3 məqalə və 12 tezisin
müəllifidir.
Dosent, t.ü.f.d. Babayev Rəşad Mirtahir oğlu 2016-cı ildən dosent vəzifəsində çalışır. 31 məqalə, 1 kitab müəllifidir-Kron xəstəliyinin klinika, diaqnostika və cərrahi müalicə taktikasının xüsusiyyətləri.
Asistent, t.ü.f.d. Baxşəliyev Zahid məqalə, 1 kitab müəllifidir. Kron xəstəliyinin klinika, diaqnostika və cərrahi müalicə taktikasının xüsusiyyətləri. Məqalə sayı 19.
Asistent, t.ü.f.d. Əliyev Tağı Müşfiq oğlu. Məqalə sayı 42.
Dosent, t.ü.f.d. Kazımov Aydın Kamal oğlu. Məqalə sayı 59.
Kafedranın ünvanı
Bakı şəhəri, M.Əzizbəyov r-nu, Sabunçu qəs., küç., Ə. Məmmədəliyev
Tel.: (012) 450-19-05
Avtoreferatlar
Qasımov Nazim Akif oğlu
"Selektiv proksimal vaqotomiyadan sonra kardiyanın funksiyasının bərpası"-14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 1996
"Reflüks-ezofagit: diaqnostika və cərrahi müalicəsinin müasir problemləri"-14.00.27-Cərrahiyyə. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2010.
Kazımov Aydın Kamal
"Qida borusu-Mədə keçəcəyinin çatmamazlığı (klinika, diaqnostika və müalicəsi)" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2000.
Əliyev Tağı Müşfiq oğlu
"Qanaxan 12 barmaq bağırsaq xoraları və reflüks-ezofaqitlərdə orqansaxlayıcı əməliyyatlar" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2007.
Babayev Rəşad Mirtahir oğlu
"Vaqotomiya ilə birgə icra olunan mədədrenləşdirici əməliyyatların uzaq nəticələri" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2008.
Əkbərova İlahə Kamal
"On iki barmaq bağırsağın xroniki keçməməzliyinin cərrahi müalicəsinin xüsusiyyətləri"- 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2013.
Mirzəliyev İbrahim Bəhram oğlu
"Qarnın ön divarının yırtıqlarının cərrahi müalicəsində yeni sintetik torların tətbiqi" 3213.01-Cərrahiyyə. Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2014.
Ümumi cərrahiyyə - II kafedra
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi cərrahiyyə-2" kafedrası 25 may 2009–cu ildə yaradılmışdır. Kafedra Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinikasında fəaliyyət göstərir.
Ə.Əliyev adına ADHTİ Cərrahiyyə klinikasında 2000-ci ildə cərrahiyyə kafedrası nəzdində "Ümumi proktologiya" kursu təşkil edilmişdir. 2005-ci ilin yanvar ayında t.e.d. Ş.H.Əliyevin rəhbərliyi altında ADHTİ-də "Proktologiya" kafedrası yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində kafedrada Azərbaycanın müxtəlif rayonlarından 140-a yaxın həkim–cərrah müxtəlif mövzulu kurslarda olmuş, öz nəzəri və praktik biliklərini artırmışlar. Eyni zamanda kafedranın əməkdaşları tərəfindən Lənkəran, Masallı, İmişli, Qobustan və başqa rayonlarda səyyar kurslar keçirilmişdir. Kafedra respublikada elmi-metodik mərkəzdir. Kafedra əməkdaşları tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən gələn koloproktoloji xəstələrin müalicəsi müasir tələblər səviyyəsində təşkil edilmişdir. 25 may 2009-cu ildə isə proktologiya kafedrası "Ümumi cərrahiyyə-2" kafedrası adlandırılmışdır. Təşkil olunduğu gündən kafedraya tibb elmləri doktoru, professor Ş.H.Əliyev rəhbərlik edir.

"Ümumi Cərrahiyyə-2" kafedrasına t.e.d. Əliyev Şahin Həşim oğlu rəhbərlik edir. 1991–ci ildə Moskva Ümumittifaq Onkoloji Elmi Mərkəzində "Hamiləlikdə melanoma" mövzusunda namizədlik dissertasiyası, 2003-cü ildə isə Dağıstan Dövlət Tibb Akademiyasında "Yoğun bağırsaq vərəminin klinik gedişinin xüsusiyyətləri, onun differensial diaqnostika metodları və cərrahi müalicəsinin taktikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tədris prosesi ilə yanaşı, prof. Ş.H.Əliyev kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. Xüsusilə əhaliyə ixtisaslaşdırılmış proktoloji yardımın təşkili, cərrahlara koloproktologiyanın müasir məsələlərinin vaxtında çatdırılması üçün yaxından iştirak edir. 25 elmi məqalənin müəllifidir.
Kafedranın elmi istiqaməti
Kafedranın əsas elmi istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicə üsullarının işlənib hazırlanması ilə, həmçinin orqansaxlayıcı və mini invaziv (laparoskopik) üsulların tətbiqilə əlaqədardır.
Son 20 il ərzində kafedrada cərrahlar üçün 85-dən artıq təkmilləşdirmə kursları keçirilmışdir. Bu kurslarda 1700-ə yaxın həkim biliklərini artırmışdır. Keçilən kurslar müxtəlif cərrahi mövzulara həsr olunub: "Döş qəfəsi və qarın boşluğu orqanlarının cərrahiyyəsi", "İrinli infeksiya", "Uşaq cərrahiyyəsinin seçilmış məsələləri", "Döş qəfəsinin və qarın boşluğunun təxirəsalınmaz cərrahiyyəsi", "Kəskin cərrahi xəstəliklərin klinikası, diaqnostika və müalicəsi" və s. həmçinin təcili yardım həkimləri üçün qısamüddətli "Döş qəfəsinin və qarın boşluğu orqanlarının təxirəsalınmaz kəskin cərrahi xəstəlikləri" adlı kurs təşkil olunmuşdur. Bu kurslardan 10 il ərzində 1000-dən çox təcili yardım həkimi keçmişdir. Bundan əlavə, son beş ildə 14 həkim 6 aylıq ixtisaslaşma kursu keçərək cərrah ixtisasına yiyələnmişlər.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazası 3 saylı şəhər kliniki xəstəxanasında yerləşərək, xəstəxananın cərrahiyyə şöbələrinin fəaliyyətini kurasiya edir. Kafedranın əməkdaşları tərəfindən qarın boşluğu və döş qəfəsi orqanları üzərində cərrahi əməliyyatların bütün spektri icra edilir. Müalicə fəaliyyətində kafedranın əsas prioritet istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi, həmçinin öd kisəsi və öd yollarının cərrahiyyəsilə əlaqədardlr.
Kafedranın əməkdaşları

Kafedranın assistenti Baxşəliyev Zahid Fərman oğlu 2005-ci ildə "Proktologiya", 2009-cu ildən Ümumi cərrahiyə II kafedrasında assistent vəzifəsində çalışır. Assistent Baxşəliyev Zahid Fərman oğlu "Anorektal nahiyyə xroniki irinli cərrahi xəstəliklərinin diaqnostikasının optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyanın üzərində işləyir, 8 elmi məqalənin müəllifidir. Tədris prosesində həkim müdavimlərlə seminar və praktik məşğələlər aparır.

T.e.d., assistent Fəttah-Pur Vüqar Əli oğlu 01.02.2007-ci ildən Ə.Əliyev adına AzDHTİ-nin Cərrahiyyə-I kafedrasının baş laborantı, 2011-ci ildən Cərrahiyyə-II kafedrasının assistenti vəzifəsində çalışır. 2010-cu ildə "Helicobacter pylori nəzərə alınmaqla mədə şirəsinin reoloji xüsusiyyətlərinin selektiv proksimal vaqotomiyanın nəticələrinə təsiri" mövzusunda dissertasiyanı müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 14 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir.

T.e.ü.f.d, assistent Babayev Rəşad Mirtahir oğlu 2004-cü ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2011-ci ildən kafedrada assistent vəzifəsində çalışır. 2008-ci ildə "Vaqotomiya ilə birgə icra olunan mədədrenləşdirici əməliyytların uzaq nəticələri" -mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 15 elmi işin müəllifidir.
Kafedranın ünvanı
Ə.Əliyev ad. AzDHTİ-nin Cərrahiyyə Klinikası (Sabunçu qəs.) tel.: 450-19-05
Avtoreferatlar
Fəttah-Pur Vüqar Əli oğlu
Helicobacter pylori nəzərə alınmaqla mədə şirəsinin reoloji xüsusiyyətlərinin selektiv proksimal vaqotomiyanın nəticələrinə təsiri. 14.00.27 – Cərrahiyyə. Tibb elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın aftoreferatı. Bakı-2010, 25 səh.
Onkologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrası 1947-ci ildə təşkil olunub. Kafedra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 600 çarpayılıq müxtəlif profilli onkoloji şöbələrində fəaliyyət göstərir. Onkologiya kafedrası 1947-ci ildə yaradılmışdır. Kafedranın ilk bazası Semaşko adına xəstəxanada yerləşib. Onkologiya kafedrasının ilk müdiri tibb elmləri doktoru, professor İ. S. Ginzburq olmuşdur. 1954-cü ildə isə tibb elmləri namizədi, dosent A.M.Nəsirov kafedra müdiri seçilmişdir. 1967-ci ildə kafedra müdiri vəzifəsinə t.e.d., prof. A.T.Abbasov seçilir. A.T.Abbasov 1957-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Klinik Onkologiya və Elmi-Tədqiqat İnstitutunun nəzdindəki aspiranturaya daxil olub, 1960-cı ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1967-ci ilin payızında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiri seçilir. A.T.Abbasova 1969-cu ildə professor elmi adı verilir. Kafedranın inkişafının yüksək mərhələsi 1969–1974-cü illərə təsadüf edir ki, bu da məşhur onkoloq–alim A.T.Abbasovun adı ilə bağlıdır. Onun bilavasitə rəhbərliyi altında kafedra əməkdaşlarının fəaliyyəti, həmçinin həkim–müdavimlərin ixtisaslaşması üçün hər cür şərait yaradılır. Prof. A.T.Abbasovun rəhbərliyi ilə C.Ə.Əliyev, V.A.Əlizadə, M.Q.Əliyev, M.U.Yusifov, E.Q.Saricalinskaya onkologiyanın müxtəlif problemləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər. 1990-1993-cü illərdə kafedraya t.e.d. professor Ə.X.Kərimov müdir seçilmişdir. Assistent t.e.n. F.Ə.Zeynalov, assistent, t.e.n. C.C.Camalov, baş laborant N.M.Əmirəliyev Ə.X.Kərimovun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışlar. 1974-1989-cu illərdə kafedraya tibb elmləri doktoru, professor M.C. Axundova rəhbərik etmişdir. 1990-1993-cü illərdə kafedraya t.e.d. professor Ə.X.Kərimov müdir seçilmişdir. Assistent t.e.n. F.Ə.Zeynalov, assistent, t.e.n. C.C.Camalov, baş laborant N.M.Əmirəliyev Ə.X.Kərimovun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışlar.

1994-cü ildən bu günə kimi Onkologiya kafedrasına Respublika Onkoloji Elmi Mərkəzinin direktoru, görkəmli alim pedaqoq, akademik Əliyev Cəmil Əziz oğlu rəhbərlik edir. C.Ə.Əliyev 1968-1973-cü illərdə kafedranın baş laborantı olmuşdur. O, 1973-1978-ci illərdə Ümumittifaq Onkoloji Mərkəzində böyük elmi işçi kimi tədqiqat aparmış, 1973-cü ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə prof. C.Ə.Əliyev 1996-cı ildə akad. Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik C.Ə.Əliyev onkoloqların Tibbi Elmi Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya və Avropa Onkoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının və Nyu-York Elmlər Akademiyasının üzvü, İngiltərənin Hammer–Smit Kral Universitetinin professorudur. O, dünyanın müxtəlif nüfuzlu nəşrlərində dərc edilmiş 250-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiya, 20 metodik tövsiyə, ixtira və səmərələşdirici təklifin müəllifidir. Akad. C.Ə.Əliyev ölkəmizdə nüfuzlu onkoloji məktəb yaratmış, onun rəhbərliyi altında 40 klinik ordinator hazırlanmış, 30-dan çox namizədlik və 3 doktorluq dissertasiyası yerinə yetirilmişdir. Akad. C.Ə.Əliyev 1979-cu ildə digər müəlliflərlə birlikdə "Dəri şişlərinin müalicəsi" monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının onkologiya üzrə N.N.Petrov adına mükafatına layiq görülmüşdür. Akad. C.Ə.Əliyevin rəhbərliyi altında kafedra süd vəzi xərçənginin erkən diaqnostikası, kompleks müalicəsi istiqamətində elmi tədqiqat işləri aparılır. Elmi axtarışlar prosesində xarici ölkələrdəki onkoloji elmi mərkəzlərlə geniş təcrübə mübadiləsi aparılır. Kafedrada aparılan elmi tədqiqat işləri bədxassəli şişlərin əmələgəlmə səbəblərinin, klinik gedişinin, inkişaf mexanizminin öyrənilməsinə və müalicə profilaktikasına həsr edilmişdir.
Onkologiya kafedrasının əsas vəzifəsi ixtisaslı mütəxəssis onkoloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (ginekoloq, radioloq, mammoloq, uroloq, torakal və abdominal cərrahlar, baş – boyun cərrahları, kimyaterapiyası, ortoped – travmatoloq), onkoloqların xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri üzrə biliklərinin təkmilləşdirilməsindən ibarətdir.
Kafedranın əməkdaşları t.e.d., professor Ə.X.Kərimov, t.e.n., assistent F.Ə.Zeynalov, t.e.n. assistent A.Y.Əliyev, assistent N.A.Əhmədova, aspirant N.Z.Kərimova, baş laborant Ə.Ə.Əsgərova və S.Ə.Seyranqızı akad. C.Ə.Əliyevin rəhbərliyi altında apardıqları elmi-tədqiqatlar nəticəsində tibb elminin ən mühüm məsələlərindən biri olan onkologiya problemlərinin araşdırılmasında böyük işlər görmüşlər. Kafedra şişlərin cərrahi əməliyyat və dərmanlarla müalicəsi, eksperimental və klinik müayinə üsulları sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu müddət ərzində kafedranın işçiləri tərəfindən dünya elmi standartlarına uyğun 10 metodik tövsiyə hazırlanmış, respublika, yaxın və uzaq xaricdə 80-dən çox elmi cəhətdən dəyərli məqalə, müxtəlif jurnal və elmi toplularda dərc olunmuşdur. Onkologiya kafedrasının əməkdaşaları mütəmadi olaraq institutun problemləri ilə sıx təmasda olub, elmi və tədris işlərinin həyata keçirilməsində fəal rol oynayır. Kafedrada il ərzində 40–50–yə yaxın həkim müdavim təkmilləşdirmə kurslarından keçir. Kurslar müxtəlif onkoloji xəstəliklərin, süd vəzisi, qadın cinsiyyət orqanlarının, qarın boşluğu üzvlərinin şişi, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsinə həsr edilmişdir.
Kafedranın elmi istiqaməti
Kafedra əməkdaşları akad. C.Ə.Əliyevin rəhbərliyi altında "Süd vəzisi xərçəngi olan xəstələrin diaqnostikasında proqnostik faktorların qiymətləndirilməsi" mövzusunda elmi araşdırmalar aparır. Elmi - tədqiqat işinin rəhbəri: Akad. C.Ə.Əliyev Məsul icraçı: Prof. Ə.X. Kərimov İcraçılar: T.e.n. F.Ə.Zeynalov T.e.n. A.Y.Əliyev N.A. Əhədova Böyük laborant: D.Ə. Allahverdiyev Ə.Ə. Əsgərova S.Seyranqızı.
Kafedranın müalicə fəaliyyəti
Onkologiya kafedrasının yerləşdiyi Milli Onkologiya Mərkəzində bədxassəli şişlərin bütün lokalizasiyalar üzrə müasir müayinə və müalicə metodları tətbiq edilir. Kafedra əməkdaşları Milli Onkologiya Mərkəzinin işçiləri ilə birlikdə döş qəfəsi, qarın boşluğu, qulaq burun boğaz, ümumi onkologiya, ginekoloji, uroloji, travmatoloji sahələr üzrə mürəkkəb cərrahi əməliyyatlar icra edir. Həmçinin kimyaterapiyası və radioloji diaqnostika və müalicənin müasir metodları onkoloji xəstələrin gündəlik müalicəsində tətbiq edilir.
Kafedranın əməkdaşları

T.e.d., professor Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur. Təhsili: 1960 1 saylı fəhlə-gənclər orta məktəbi 1960-1966 Müalicə-profilaktika fakultəsi, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu 1968-1971 Aspirantura, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi institutunun Döş qəfəsi cərrahiyyəsi kafedrası 1971 Respublikada ilk dəfə olaraq bronxoqrafiya və bronxoskopiya – ağ ciyərlərdə müxtəlif xəstəliklərin bronxoloji müayinəsinə aid tibb elmləri namizədi dissertasiyasını müdafiə edib. (Bronxoloqiçeskie metodı issledovaniə pri razliçnıx zabolevaniəx leqkix) 1971-1975 Cərrahiyyə üzrə müxtəlif kurslar, Bakı, Moskva və Leninqrad şəhərləri 1975 8 aylıq ingilis dili kursu, Kiyev, Ukrayna 1983-1987 Doktorantura, Sankt-Peterburq Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1989 SSRİ Mərkəzi Pulmonoloji İnstitutunda «Ağ ciyərdə göbələk xəstəlikləri» mövzusunda tibb elmləri doktorluq dissertasiyasını müdafiə edib. (Asperqillez leqkix) Tutduğu vəzifələr: 1963-1966 Feldşer, Bakı şəhəri təcili tibbi yardım xəstəxanasının cərrahiyyə qəbul şöbəsi 1966-1968 Həkim-ordinator, akademik M.A.Mirqasımov adına Respublika xəstəxanasının cərrahiyyə şöbəsi 1972-1974 Uşaq döş qəfəsi xəstəlikləri şöbəsinin müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun klinikası 1976-1978 Cərrahiyyə şöbəsinin müdiri, Hərbi Hospital, Efiopiya, Əddis- Əbəbə. Orada 1000 yaxın müxtəlif (travmatologiya, qarın boşluğu, döş qəfəsi, urologiya, ginekoloji xəstəliklər) cərrahiyyə əməliyyatları aparıb. Yaxşı işlədiyinə görə SSRİ səfirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. - 2 - 1978-1980 Cərrahiyyə kafedrası klinikasının şöbə müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1980-1983 Travmatologiya kafedrası klinikasının şöbə müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1989-1990 Cərrahiyyə və onkologiya kafedrasının assistenti, dosenti və professoru 1990-1993 Onkologiya kafedrasının müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1993-2003 Onkologiya kafedrasının professoru 2003-dən Milli Onkoloji Mərkəzinin abdominal şöbəsinin professoru – şöbə rəhbəri Elmi fəaliyyəti: Cərrahiyyənin müxtəlif sahələrinə aid 263-dən çox elmi əsərlərin, 22 metodik tövsiyyənin, 6 səmərəşdirici təklifin, o cümlədən 1989-cü ildə «Süd vəzisində I-II dərəcəli xərçəng zamanı yeni cərrahiyyə orqansaxlayıcı üsulun» müəllifidir. İki mühüm cərrahiyyə əməliyyatı aparmış, onlardan biri böyük sensasiyaya səbəb olmuş – xəstənin döş qəfəsindən 750 qr. embriomanın çıxarılması. Keçmiş SSRİ-nin bütün qazetlərində və «Vestnik xirurqii» jurnalında bu hadisə geniş əks etdirilmişdir (1979). İkincisi isə Efiopiyada ürəyin dəlib keçən bıçaq yarasına görə ürək əzələsinə diafraqma loskutunun tikilməsi (ingilis dilində Efiopiyanın elmi jurnalında dərc edilmişdir). Onun rəhbərliyi altında 6 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru müdafiə etmişdir. Respublika Ali Attestasiya Komissiyasının üzvüdür. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun cərrahiyyə fakültəsinin elmi şurasının üzvüdür. Ailə vəziyyəti: Evlidir. 3 övladı, 7 nəvəsi var.

T.e.ü.f.d., assistent Zeynalov Fəxrəddin Əbil oğlu 1989-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında assistent vəzifəsində çalışır. 1996-cı ildə "Süd vəzisi xərcənginin I - IIa mərhələsi olan xəstələrdə orqansaxlayıcı radikal cərrahiyyə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 115 elmi məqalənin və 18 metodik tövsiyənin müəllifidir.

Assistent Əhədova Nəzrin Akif qızı 2005-ci il noyabr ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında assistent vəzifəsində çalışır. "Disseminə olunmuş kolorektal xərcəngin kimyaterapiyası" mövzusu üzərində işləyir. O, 30 elmi məqalənin müəllifidir.
Kafedranın ünvanı
Milli Onkologiya Mərkəzi, tel.: 468-24-67
Avtoreferatlar
Алиев Джамиль Азиз оглы
Диагностика и лечение pака кожи, нижней губы и слизистой полости pта. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Баку, 1973. Пластические операции при pаке и меланоме кожи. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени доктора медицинских наук по специальности. Москва, 1977.
Алиев Адил Юнис оглы
Первичные злокачественные опухоли костей. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Ташкент, 1987, с.17.
Зейналов Фахраддин Абил оглы
Органосохраняющее радикальное хирургическое лечение больных раком молочной железы. I – II стадии. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Баку. 1996.
Mamalıq və ginekologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına ADHTİ-də Mama-ginekologiya kafedrası 1936-cı ildə yaradılmış və 2№-li klinik xəstəxananın bazasında yerləşdirilmişdir. 1945-ci ildə Mama-ginekologiya kafedrası Sabunçu qəsəbəsində yerləşən 3 №-li xəstəxanaya keçirilir. Həmin vaxtdan doğum və ginekologiya şöbəsi ADHTİ-nin əsas, baza klinikasına çevrildi. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hazırda kafedra, ADHTİ-nin binasında isə kafedranın filialı fəaliyyət göstərir. Kafedra xəstəxananın 160 çarpayılıq mama-ginekologiya şöbəsində yerləşdi-rilmişdir. ADHTİ-nin SSRİ-i Səhiyyə Nazirliyinin tabeliyində olduğu 1968-1999-cu illərdə Mama-ginekologiya kafedrasının iki bazasında öz ixtisaslarını 3624 həkim təkmilləşdirib, onlardan 522-si Rusiya və digər Respublikalardan olub. Tədris metodik proqram əsasında 1 il ərzində ümumi təkmilləşdirmə kursu mama-ginekologiya üzrə (3 ay), tematik kurslar – 2 aylıq "Kliniki mama və perinatologiya" üzrə Respublika rayonlarında səyyar kurslar keçirilmişdir.
"Dölün antenatal mühafizəsi və perinatologiya" 1,5 aylıq, "Mama-ginekologiyada seçilmiş məsələlər", "Endokrinologiya-ginekologiya" kursları aparılmışdır.
1968-ci ildən kafedrada elmi kadrların inkişafına diqqət daha da artırılır. Aspirantura və klinik ordinaturada bir çox kadrlar hazırlıq кeçmişlər. Kafedranın ilk müdiri prof. Əlirza Əsgər oğlu Atayev olmuşdur. O, 1924-cü ildə Moskva Tibb Universitetini bitirdikdən sonra üçüncü Moskva Universitetində ordinator işləmiş, sonra Almaniyada Leypsiq Universitetində ginekologiya ixtisası üzrə prof. Ştekkelin rəhbərliyi altında təcrübə keçmişdir.
1945-ci ildə Mama-ginekologiya kafedrası Sabunçu qəsəbəsində yerləşən 3 №-li xəstəxanaya keçirilir. Həmin vaxtdan doğum və gine-kologiya şöbəsi ADHTİ-nin əsas, baza klinikasına çevrildi.
O vaxtlar kafedrada S.X.Lənbəranskaya, M.M.Seyidova, S.X.Əliyeva, K.J.Bağırbəyova, B.A.İbrahimova, Ş.X.Əfəndiyeva, D.M.Axundov, S.Q.Nəzərli, A.Q.Hüseynov kimi yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirdi.
Kafedrada doğuma yardımın təşkilinin yeni formalarının əmələ gəlməsində elmi və praktiki istiqamətlər verir, mama-ginekologiya xid-məti işinin daha da yaxşılaşmasına kömək edirdi. Kafedrada mama-ginekologiyada konservə olunmuş və plasentar qanın köçürülməsi, uşaqlıq qanaxmalarında uşaqlığın selikli qişasındakı dəyişikliklərin histoloji öyrənilməsi, endemik malyariya ocaqlarında qadınların reproduk-tiv funksiyası, doğuşların ağrısızlaşdırılması və tezləşdirilməsi və s. sahələrdə elmi işlər aparılmışdır. Bu müddətdə kafedranın əməkdaşları K.Y.Bağırbəyova, B.A.İbrahimova namizədlik dissertasiyası müdafiə edərək tibb elminə yeniliklər gətirmişlər.
1957-ci ildə S.Q.Nəzərli "Uşaqlıq miomalarının əmələ gəlməsi, böyüməsi və geri inkişafında cinsi hormonların təsiri" mövzusunda
doktorluq dissertasiyasını müdafiə etmişdi.
1962-ci ildə A.Q.Hüseynov "Doğuşun ağrısızlaşdırma və tezləş-dirilməsində neyroleptik qarışıqlar" mövzusunda namizədlik disserta-siyasını müdafiə etmişdi.
Bu zaman, eyni zamanda cavan mütəxəssislərin kliniki ordinatura və aspiranturalara hazırlanması aparılırdı.
1946-cı ildə A.K.Tağızadə, 1954-cü ildə T.D.Əfəndiyeva, 1955-ci ildə Z.A.Əhmədova, 1957-ci ildə Y.K.Axundov, 1958-ci ildə - N.A.Sa-dıxova, 1958-ci ildə E.N.Babayev, 1959-cu ildə X.R.Ramazanova, 1962-ci ildə F.K.Anzarova, 1963-cü ildə Y.N.Ələsgərov, 1963-cü ildə A.M.Əfəndiyeva, 1965-ci ildə A.D.Ağasiyeva, 1965-ci ildə O.K. Abdullayeva, 1965-ci ildə A.M.Qurova, 1966-cı ildə M.Q.Abdullayeva, 1967-ci ildə D.D.Mirbağırova dissertasiyalar müdafiə etmişlər.
Son illər kafedranın elmi potensialı atrmışdır. S.H.İsrafilbəyli, Z.M.Topçubaşova, A.D.Mailova-Kasumova, J.N.Babayeva, D.D.Mir-bağırova, A.M.Əfəndiyeva, F.İ.Salmanov, V.A.Sadıqova, A.M.Əsədov doğuma xidmətin yeni formaları üzərində elmi tədqiqat aparmış və alınan nəticələr əsasında dissertasiya müdafiə edərək tibb elmləri namizədi adını almışlar.

Kafedra müdiri əməkdar müəllim, dosent t.e.d. Rzaquliyeva Leyla Musa qızı 23.05.1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 1977-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 1992-ci il – namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci idə həmin kafedrada assistent vəzifəsinə keçirilib. 1995-ci ildən bu günədək Mama-ginekologiya" kafedrasında dosent vəzifəsində çalışır. 68 elmi məqalənin müəllifidir. 2011-ci il oktyabr ayından kafedra müdiri əvəzi vəzifəsini icra edir.
Kafedranın elmi istiqaməti
V.A.Sadıqova, T.A.Əsədova, A.B.Qasımova, F.İ.Salmanov, T.B. Kerefova, T.Q.Əlizadə, X.B.Əliyev, T.Z.Əlizadə, E.B.Əliyeva, Z.İ. İsmayılova, M.S.Kərimov, N.A.Mustafayeva, X.T.Seyidova, U.A.Qəribov, A.N.Qazıyeva, S.A.Əkpərbəyova, P.M.Əliyeva, Ş.İ.Əliyeva, T.T. Seyidov, F.F.Babayev, Q.S.Mustafazadə, M.Mayxub və F.Məmmədova kafedrada elmi araşdırmalar apararaq hazırlıq keçmişlər.
Bu gün kafedranın əməkdaşları mama-ginekologiyada yeni elmi problemləri inkişaf etdirir və nəticələr əsasında namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər.
Kafedranın müalicə fəaliyyəti
Kafedrada əsas hestozlu hamilələrə və ekstragenital xəstəlikləri olan hamilələrdə müalicə aparılır. Kafedrada – kolposkopiya, histoloji müayinələr, USM-dən istifadə olunur.
Kafedranın əməkdaşları

Kafedra müdiri, əməkdar müəllim, dosent, t.e.d. Rzaquliyeva Leyla Musa qızı 23.05.1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 1977-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 1992-ci il – namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci idə həmin kafedrada assistent vəzifəsinə keçirilib. 1995-ci ildən bu günədək Mama-ginekologiya" kafedrasında dosent vəzifəsində çalışır. 68 elmi məqalənin müəllifidir. 2011-ci il oktyabr ayından kafedra müdiri əvəzi vəzifəsini icra edir.

T.e.ü.f.d., dosent Hacıyeva Reyhanə Sabir qızı 17.09.1966-cı ildə anadan olmuşdur. 1984-1990-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profi¬laktika" fakültəsini bitirib. 1992-ci il Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş lobarant kimi işə qəbul edilib, sonra assistent kimi və bu günədək kafedranın dosenti vəzifəsində çalışır. 1994-1998-ci illərdə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasının dissertantı olaraq, "Puerperal infeksiyaların yayılma səbəbləri və profilaktika yolları" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 20 elmi məqaləsi və 2 metodik tövsiyənin müəllifidir.

T.e.ü.f.d., assistent Əkbərbəyova Samirə Əliəkbər qızı 05.10.1968-ci ildə anadan olmuşdur. 1987-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitutunun "Pediatriya" fakültəsinə daxil olub. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Pediatriya" fakültəsini bitirib. 1994-cü ildə ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına işə qəbul edilib. 2004-cü ildə baş laborant, sonra isə həmin kafedrada bu günədək asisstent vəzifəsində çalışır. İşlədiyi müddət ərzində 23 elmi işin müəllifidir.

Assistent Məlik-Qasımova Nigar Altay qızı 11.12.1976-cı ildə anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2003-cü ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 2007-ci ildə kafedrada assistent vəzifəsinə keçirilib və bu günədək çalışır. O, 5 elmi işin müəllifidir.

Assistent Mahmudbəyova Zümrüd Faiq qızı 25.12.1981-ci ildə anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə Bakı şəhəri F.Əfəndiyev adına 4 Klinik Xəstəxanada internatura kursu keçmiş və həkim-cərrah ixtisasına yiyələnmişdir. 2007-2009-cu illərdə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında klinik ordinator vəzifəsində çalışmış, tam kursu keçdikdən sonra mama-ginekoloq ixtisası verilmişdir. 2009-cu ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında bu günədək kafedranın assistenti vəzifəsində çalışır. 2010-cu ildə ГОУДПО "Российская медицинская академия последипломного образования Росздрава по «Акушерству и Гинекология»" təkmilləşdirmə kursu keçmişdir. 2009-cu ildə "Объем, качество и пути совершенствования стационарной помощи беременным женщинам на республиканском уровне" mövzusunda elmi iş üzərində çalışır. O, 5 məqalənin (ikisi xaricdə nəşr edilib) müəllifidir.

Assistent Babayeva Arzu Xanrəhim qızı 04.04.1977-ci ildə Bakıda anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini bitirib. 2002-ci ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına işə qəbul edilib. 2007-ci ildə buəzifəsində çalışır.

Assistent Süleymanova Gülnarə Telman qızı 04.01.1975-ci ildə anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini bitirib. 2003-cü ildə Ə.Əliyev ad. ADHTİ-nun "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 2007-ci ildə bu günədək Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında asisstent vəzifəsində çalışır. O, 23 elmi məqalənin müəllifidir.

Assistent Əliyeva Könül Cabir qızı 15 yanvar 1977-ci ildə Lənkəran şəhərində doğulmuşdur. 2000-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Lənkəran şəhər mərkəzi xəstəxanasında cərrahiyyə üzrə internatura kursunu keçmişdir 2006-cı ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun «Mamalıq və ginekologiya» kafedrasında baş laborant, 2012-ci ilin aprel ayından isə həmin kafedrada assistent vəzifəsində işləyir. «Hamiləliyin 12-27 həftəliyində pozulmasının tezliyi, səbəbləri, nəticələri, prediktorları və profilaktikası» mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.

Assistent Musayeva Mətanət Salam qızı 1964-cü il 25 sentyabr Qazax rayonunda anadan olmuşdur. 1980-ci ildə Qazax rayonu 2 N-li orta məktəbi bitirib. 1981-ci ildə ADTU-nun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1988-1989 illərdə ali məktəbi bitirib. 1989-cu ildən Lazer tibb mərkəzində işləyib. 1997-ci ildən 2008-ci ilədək ADTU-nun mama-ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır. 2008-ci ildən isə mama-ginekologiya kafedrasında asistent vəzifəsində işləyir.

Assistent Quliyeva İlahə Ariz qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini Fərqlənmə attestatı ilə bitirərək yüksək balla (642 bal) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. 1999-2005 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirərək 2005-2006 cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. Bu illərdə aşağıdakı ixtisas artırma diplomlarını və sertifikatları əldə etmişdir:
2006-2007 Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2007-2008 Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009 Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010 Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa
Sertifikatlar:
2008 Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa
2010 Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa
2010 DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa
2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011- ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur. 2012 -ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur. 2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının assistenti vəzifəsində çalışır. Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

Assistent Gülməmmədova Çinarə Vaqif qızı 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1982-1992-ci illərdə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib.
1993-1999-cu illərdə Balı şəhəri N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə - Profilaktika fakultəsini bitirib.
2016-cı ildən Ə.Əliyev adlna ADHTİ-nin “Mamalıq-ginekologiya” kafedrasında assistent işləyir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus),
tel.: 43150 38 və 3 saylı Şəhər Klinik Xəstəxanası (Sabunçu qəs.) tel: 431-60-68
Avtoreferatlar
Мустафаева Нателла Арифовна
Нарушения системы гемастаза и баланса простаноидов в птогенезе сочетанных гестозов и их профилактика. 14.00.01 - акушерство и генекология. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва - 1988 г.
Рзакулиева Лейла Муса кызы
Самопроизвольное прерывание беременности в ранние сроки (патогенез, диогностика, лечение). Дисс. на соискание ученой степени кандидата медицинских наук. 14.00.01 - акушерство и гинекология. Москва - 1991 г. Оценка многомерной связи факторов риска и обоснование приоритетов профилактики акушерской и перинатальной патологии. Дисс. на соискание ученой степени доктора медицинских наук. 14.00.01 - акушерство и гинекология. Баку, 2012 г.
Əkbərbəyova Samirə Ələkbər qızı
Əkbərbəyova Samirə Ələkbər qızı. Hamiləlik hestozları zamanı böyrəklərin və ciftin perfuziyasının pozulmaları və onların korreksiya yolları. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2012.
Otorinolorinqologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrası 1945–ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 40 çarpayılıq otorinolarinqologiya şöbəsində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis - otorinolarinqoloq, audioloq və foniatr hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, pediatr) otorinolarinqoloji xəstəliklərin diaqnostikasına, müalicəsinə aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. İlk kafedra müdiri əməkdar elm xadimi, professor M.D.Kajlayev olmuşdur. Həmin illərdə kafedrada R.P.Qurbanlı, A.A.Eyvazov, N.M.Ağayeva, F.S.Fərəcova da çalışmışlar. O dövrdə respublikada təlabatın böyük olduğu otorinolarinqoloq kadrların hazırlanması ilə yanaşı LOR onkologiya, kəskin və xroniki orta otitlər, peşə xəstəliklərinin aktual məsələləri öyrənilmiş, alınan nəticələr elmi mətbuatda çap edilmişdir. Eyni zamanda kəskin və xroniki haymoritlərin müalicəsi, endonazal dakriosistorinostomiya əməliyyatının təkmilləşməsi istiqamətində də araşdırmalar aparılmışdır. Kafedraya 1964-cü ildən 1979-cu ilə kimi tibb elmləri doktoru, professor M.Y.Polunov rəhbərlik etmişdir. Həmin illərdə kafedrada dosent F.S.Fərəcova, tibb elmləri namizədləri S.M.Sultanova, İ.A.Aslanov, F.C.Xəlilov, O.M.Kərimova, Z.A.Səlimxanova çalışmışlar. Elmi araşdırmaların əsas istiqaməti otorinolarinqologiyada fizioterapevtik metodların tətbiqi, xroniki orta otitlərin, xroniki tonzillitlərin müalicəsinin təkmilləşdirilməsi olmuşdur. 1979-cu ildən 1989-cu ilə kimi kafedraya tibb elmləri doktoru, professor N.M.Ağayeva rəhbərlik etmişdir. Göstərilən müddətdə kafedra əməkdaşları revmatizm zamanı LOR üzvlərinin zədələnmələri, xroniki tonzillitin müalicəsi, otorinolarinqologiyada anestezioloji və reanimasiyon tədbirlər, eşitmə siniri nevritinin müalicəsi, yuxarı tənəffüs yollarının allerqoloji xəstəlikləri istiqamətində araşdırmalar aparmışlar. Alınan nəticələr praktik səhiyyəyə tətbiq edilmişdir. 1989-cu ildən kafedraya tibb elmləri doktoru, professor N.M. Hüseynov başçılıq edir. Bu dövrdə kafedrada tibb üzrə fəlsəfə doktorları T.A.Əhmədli, A.Z.Əfəndiyev, V.M.Pənahian, R.M.Həşimli işə başlamışlar. Professor N.M. Hüseynovun kafedrada rəhbərliyə başlaması elmi və tədris fəaliyyətinin səviyyəsinin daha da artmasına səbəb olmuşdur. Onun rəhbərliyi ilə kəskin və xroniki haymoritlərin, xroniki orta otitlərin müalicəsinin təkmilləşdirilməsi, xroniki böyrək çatmamazlığının eşitməyə təsiri, peşə xəstəliklərinə həsr olunmuş elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Bu zaman otorinolarinqologiyada aşağı tezlikli ultrasəsin tətbiqi kimi yeni müalicə metodu təklif olunmuşdur.
Axır illərdə aparılan elmi-tədqiqat işləri vazomotor rinitlərin klinikası, diaqnostikası, müalicəsi və profilaktikasına, kəllə-beyin travmalı, şəkərli diabet və vərəmli xəstələrdə eşitmə analizatorunun vəziyyətinin öyrənilməsinə, sensonevral ağıreşitmənin müalicəsinin təkmilləşdirilməsinə, yuxarı tənəffüs yollarının ən çox yayılmış xəstəliklərindən olan xroniki rinosinusitlərin və qırtlağın xroniki xəstəliklərinin etiologiyası, patogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına, təcili və təxirəsalınmaz otorinolarinqoloji yardımın təkmilləşdirilməsinə həsr edilmişdir. Professor N.M.Hüseynovun rəhbərliyi ilə 1tibb elmləri doktoru (A.M.Xudiyev), 8 tibb üzrə fəlsəfə doktorları (T.A.Əhmədli, V.M.Pənahian, F.A.Qurbanov, R.M.Əbu-Yusif, İ.T.Əlizadə, Y.M.Əsədi, N.F.Mehdizadə, H.M.Rüstəmova) hazırlanmışdır. Kafedra əməkdaşları tərəfindən 2 ixtira, 5 səmərələşdirici təklif edilmiş, 17 metodik tövsiyə,tədris vəsaiti və klinik protokol hazırlanmış, 220 elmi iş çap edilmişdir. Kafedranın əməkdaşları olmuş professor A.Eyvazovun vaxtılə ET Tibbi Bərpa institutunda, professor Z.Cəfərovun, dosent G.Mustafayevanın , N.Şıxlinskinin vaxtılə ATU-nun otorinolarinqologiya kafedrasında , tibb üzrə fəlsəfə doktoru G.Novruzovun hal-hazırda Gəncə şəhərində şöbə müdiri kimi çalışmaları, kafedranın aspirantı olmuş tibb elmləri doktoru F.Qurbanovun DİN Hospitalında şöbə müdiri,kafedranın dissertantları olmuş tibb üzrə fəlsəfə doktoru İ.Əlizadənın Mərkəzi Neftçilər xəstəxanasında şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru N.Mehdizadənin 2 saylı Bakı şəhər klinik xəstəxanasında şöbə müdiri işləmələri kafedranın Respublikanın elmi potensialının artmasında rolunu göstərir. Kafedranın aspirantı olmuş tibb üzrə fəlsəfə doktoru R.M.Əbu-Yusif İordaniyada şəxsi klinikaya rəhbərlik edir. Bu illər ərzində kafedrada 5 tibb elmləri doktoru (N.X.Ağayeva, A.A.Eyvazov, N.M.Hüseynov, A.M.Xudiyev, V.M.Pənahian), 23 tibb elmləri namizədi hazırlanmışdır. Elmi işlərin müdafiələri Bakı, Sankt-Peterburq, Moskva şəhərlərində keçirilmişdir. Kafedrada tədris- pedoqoji proses də daim təkmilləşir. Hal-hazırda hər il orta hesabla 60 həkim-dinləyici öz ixtisasını artırır. Bu illər ərzində kafedrada 3000-dən çox otorinolarinqoloq ixtisaslaşma və təkmilləşmə kursları keçmişdir. Hal-hazırda kafedrada təkmilləşmə və otorinolarinqologiyanın ayrı-ayrı aktual məsələlərinə həsr edilmiş tematik kurslar keçirilir. Kurslar respublikanın bütün şəhər və rayonlarının otorinolarinqoloqlarını əhatə edir.

Kafedranın müdiri tibb elmləri doktoru, professor Hüseynov Nazim Məmmədhüseyn oğlu 1976-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1977-1981-ci illər ərzində Salyan RMX-da otorinolaronqoloq vəzifəsində çalışmışdır. 1981-1984-cü illər ərzində İ.M.Seçenov adına 1 saylı Moskva Tibb İnstitutunda aspiranturada oxumuş və 1984-cü ildə «Клиника, диагностика, лечение и принципы профилактики оcтрых сосудистых поражений слухового анализатора» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almişdir. 1985-1986-cı illərdə Ə.Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasında baş elmi işçi kimi çalışmışdır. 1986-1989-cu illər ərzində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında doktoranturada olmuş və 1993-cü ildə «Пути профилактики и лечения острой нейросенсорной тугоухости» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almişdir. 2006-cı ildən professordur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş otorinolarinqoloqu, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın alimlik dərəcəsi almaq üçün ixtisaslaşmış Elmi Şurasının sədr müavini, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədridir. Yaxın Avroasiya Afrika qulaq burun boğaz dərnəyinin beynəlxalq əlaqələr üzrə koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş, 2008-ci ildə "Akademik Y.Məmmədəliyev mükafatı" almışdır. 2 ixtira 135 elmi işin və 3 səmərələşdirici təklifin müəllifidir.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Azərbaycan Respublikasında yuxarı tənəffüs yollarının ən çox yayılmış xəstəliklərindən olan xroniki rinosinusitlər və qırtlağın xroniki xəstəlikləri və sensonevral ağıreşitmə probleminə həsr olunmuşdur. Hal-hazırda kafedrada üç istiqamətdə elmi iş gedir:
I mövzu: "Müxtəlif etiologiyalı sensonevral ağıreşitmənin etiologiyası, patogenezi və erkən dövrdə müalicəsi məsələləri"(tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi məsləhətçi: professor Hüseynov N.M.
İcraçı: dosent Əfəndiyev A.Z.
II mövzu: "Disfoniayalar zamanı müalicə-bərpaedici tədbirlər"(tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi məsləhətçi: professor Hüseynov N.M.
İcraçı: assistent Həşimli R.M.
III mövzu: "Endoskopik adenoidektomiyanın kliniki nəticələri" (tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi rəhbər: professor Hüseynov N.M.
İcraçı: dissertant Quliyev M.D.
Kafedra əməkdaşları dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib müxtəlif elmi mövzularla çıxış etmişlər:
1. Avropa otorinolarinqoloqlar və baş-boyun cərrahlarının 5-ci kongresi. 2004, Rodos-Kos.
2. 3th Bennual Milano Masterclass. 2005, Milan.
3. «Вестник оториноларингологии» jurnalının 70 illiyinə həsr edilmiş elmi-praktik konfrans. 2006, Moskva.
4. 3th Congress of International Federation of National Oncology Socity. 2006, Praga.
5. Avropa otorinolarinqoloqlar və baş-boyun cərrahlarının 6-cı kongresi. 2007, Vyana.
6. Annual Conference in the 31th Year of the EAFPS. 2008, Dusseldorf.
7. 30-cu Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2008-ci il, Antalya.
8. Annual Conference in the 32-th Year of the EAFPS. 2009-ci il, Porto.
9. 31-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2009-cu il, Antalya.
10. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2010, Moskva.
11. Всероссийская научно-практическая конференция «Прикладная и фундаментальная наука – Российской оториноларингологии». 2010-cu il, Sankt-Peterburq.
12. 3th Rinoplasty Congress San Pietro. 2010-cu il, Della Termo Bologna, İtaliya.
13. 32-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2010-cu il, Antalya.
14. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2011, Moskva.
15. 1st Congress of CE-ORL-HNS.2011-ci il, Barselona.
16. 33-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi.2011-cu il, Antalya.
17. Rusiya otorinolarinqoloqlarının 18-ci qurultayı. 2011-cu il, Sankt-Peterburq.
18. 10-cu Beynəlxalq Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2012, Ankara.
19. 34-cü Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2012-cu il, Antalya.
20. 9-cu Avropa Larinqoloji konqresi. 2012, Helsinki.
21. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2012, Moskva.
22. 7-ci Türk ulusal larinqoloji kongresi. 2013, İstanbul.
23. 35-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2013-cu il, Antalya.
24. 9-cu Türk Rinoloji Konqresi. 2013, Antalya.
25. "Endoskopik və mikroskopik cərrahiyyənin əsasları" konfransı. 2013, Strasburq.
26. Rusiya Rinoloqlarının 10-cu qurultayı. 2013, Moskva.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın yerləşdiyi akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının LOR şöbəsində əməkdaşlar tərəfindən müasir otorinolarinqoloji diaqnostika və müalicə prinsiplərinə əsaslanan metodikalar tətbiq edilir. Həmin xəstəxananın bütün şöbələrinə, habelə respublika rayonlarının həkimlərinə (həm səyyari kurslar, həm də sanitar aviasiya xətti ilə) konsultativ köməklik edilir. Kafedranın əməkdaşları otorinolarinqologiyada müasir müayinə, müalicə və diaqnostika üsulları və digər mövzularda dünyanın bir sıra ölkələrində keçirilən konfranslarda iştirak edirlər və bu sahədə olan ən yeni məlumatları həkimlərə və həkim müdavimlərə çatdırırlar.
Kafedranın əməkdaşları

T.e.ü.f.d., dosent Əfəndiyev Akif Zahid oğlu 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988-1991-ci illər ərzində Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu LOR kafedrasında əyani aspiranturada oxumuş və 1991-ci ildə "Состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении" adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsı almişdir. 1991–cı ildən bu günə kimi ADHTİ-nin otorinolarinqologiya kafedrasında əvvəl assistent, sonra isə dosent (2000-ci ildən) kimi çalışır. Elmi işləri müxtəlif xəstəliklər zamanı qırtlağın sinir-əzələ aparatının funksional vəziyyətinin öyrənilməsinə, sensonevral ağıreşitmə probleminə həsr edilmişdir.ADHTİ-nun Gənc Alimlər Şurasının sədri,Cərrahiyyə fakültəsi Elmi Şurasının üzvü, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədr müavinidir. 74 elmi işin, 3 səmərələşdirici təklifin müəllifidir.

T.e.ü.f.d., assistent Həşimli Ramil Mürşüd oğlu 2001-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. 2001-2003-cü illər ərzində Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyası otorinolarinqologiya kafedrasında kliniki ordinatura keçmiş,2003-2006-cı illər ərzində həmin kafedrada əyani aspiranturada oxumuş və 2006-cı ildə "Хирургическое лечение врожденных и приобретенных параличей гортани у детей"adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildən bu günə kimi ADHTİ -nin otorinolarinqologiya kafedrasında assistent vəzifəsındə çalışır. Elmi fəaliyyəti qırtlağın kəskin və xroniki xəstəliklərinin müalicə və profilaktikasına həsr edilmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş 2-ci qrant müsabiqəsində "Ə.Əliyev adına ADHTİ-də foniatriya (səs müayinə) laboratoriyasının qurulması" adlı layihə ilə qalib olmuşdur (Qrant № EİF-2012-2(6)-39/38/3). 33 elmi işin müəllifidir.
Kafedranın ünvanı
AZ -1012, Bakı, Tiflis prospekti, 3165-ci məhəllə, akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, II korpus, II mərtəbə.
Tel: (+ 99412 4314841)
Avtoreferatlar
Гусейнов Назим Мамед оглы
Клиника, диагностика, лечение и принципы профилактики острых сосудистых поражений слухового анализатора. 14.00.04 - болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва - 1984 г.
Пути профилактики и лечения острой нейросенсорной тугоухости (Клинико-экспериментальное исследование). 14.00.04 - Болезни уха, горла и носа; 14.00.25 - Фармакология. Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва - 1993 г.
Керимова Офеля Мамедхан кызы
Применение местной гипотермии при тонзиллэктомии. 14.753 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1971 г.
Эфендиев Акиф Захид оглы
Функциональное состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении. 14.00.04 – болезни уха, горла и носа, 14.00.13-нервные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Ленинград - 1991 г.
Ахмедли Томрида Асаф кызы
Заболевания верхних дыхательных путей у работников текстильного производства, лечение и профилактика. 14.00.04 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1992 г.
Панахиан Вафа Мустафа оглы
Внутрипазушное применение низкочастотного ультразвука в комплексном лечении гнойно-воспалительных заболеваний верхнечелюстных пазух. 14.00.04 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1996 г.
Распространенность и профилактика врожденных и наследственных заболеваний ЛОР-органов в Азербайджанской Республике. 14.00.04 - Болезни уха, горла и носа; Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва - 2004 г.
Гашимли Рамиль Муршуд оглы
Хирургическое лечение врожденных и приобретенных параличей гортани у детей. 14.00.04 – болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Санкт-Петербург - 2006 г.
Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
1961-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrası nəzdində stomatologiya kursları təşkil edilmişdir. Cərrah-stomatoloqların hazırlanması və təkmilləşdirilməsinə olan böyük tələbatı nəzərə alaraq 1974-cü ildə Stomatologyia kafedrası nəzdində cərrahi stomatologiya kursu təşkil olunur və ona rəhbərlik dos. R.M.Həsənliyə tapşırılır. Bu kursun ilk bazası akad. M.A.Mirqasımov adına Respublika Kliniki Xəstəxasının Travmatologiya şöbəsində 20 çarpayılıq palata olmuşdur. 1980-cı ilin oktyabrından kursun klinik bazası akad. M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxasının cərrahi stomatologiya şöbəsi, poliklinik bazası ilə – Stomatoloji Mərkəzin cərrahiyyə şöbəsi olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrası nəzdində stomatologiya kursları təşkil edilmişdir. Ümumi cərrahiyyə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Q.K.Əliyevin Stomatologiya kursunun fəaliyyətinin istiqamətləndirilməsində və təşkilində xidmətləri danılmazdır. Stomatologiya kursunun ilk rəhbəri tibb elmləri namizədi Əliağa Abbas oğlu Əhmədov olmuşdur. Ə.A.Əhmədov kursun fəaliyyətə başladığı ilk günlərdən qarşıya çıxan çətinliklərə baxmayaraq yüksək nəzəri və praktik səviyyədə həkim-stomatoloqların respublikada ilk təkmilləş-dirmə kursunu həyata keçirmişdir.
Ə.A.Əhmədov 1962-ci ildə Cərrahiyyə kafedrasının stomatologiya kursu üzrə dosenti, 1964-cü ildə isə Stomatologiya kafedrasının müdiri seçilir. Kafedra müdiri işlədiyi 3 il ərzində təkcə Azərbaycandan deyil, həm də keçmiş SSRİ-nin digər respublikalarından 60-a qədər həkim-stomatoloq təkmilləşmə kursu keçmiş-dir.
Əməkdar elm xadimi, prof. Ə.A.Əhmədov kafedranın baza və müasir tibbi avadanlıqla təchizində, gənc, perspektivli kadrların kafedraya cəlb olunmasında böyük təşəbbüs göstərmiş və buna nail olmuşdur. Sözsüz ki, bütün bunların kafedranın genişləndirilməsində, müəllim ştatı ilə komplektləşdirilməsində və stomatologiya sahəsində elmi tədqiqatların aparılmasında böyük əhəmiyyəti olmuşdur.
1968-ci ildən Stomatologiya kafedrasına dosent O.R.Məmmədov rəhbərlik etməyə başlamışdır. 1989-cu ilədək kafedraya rəhbərliyi müddətində o, həkim-stomatoloqların ixtisaslaşma və təkmilləşməsinə, pedaqoji prosesin və müalicə-profilakti işlərinin yaxşılaşdırılmasına nail olmuşdur. Kadr hazırlığının səviyyəsini yüksəltmək məqsədilə kafedraya t.e.n. R.M.Həsənli və t.e.n. O.S.Seyidbəyov cəlb olunmuşlar. Bu illər ərzində kafedra əməkdaşlarının səyi «Azərbaycanın bəzi istehsal müəssisələrində çalışan fəhlələr arasında dişlərin və ağız boşluğu selikli qişasının peşə xəstəlikləri» problemlərinin həllinə yönəldilmişdir. Sənaye istehsal müəssisələri ilə sıx əlaqələr yaradılmış, bu müəssisələrdə çalışanlar arasında stomatoloji-peşə xəstəliklərinin aşkarlanması və müalicə-profilaktika tədbirlərinin hazırlanıb, həyata keçirilməsi başlanmışdır.
Elmi fəaliyyətin nəticəsi olaraq dos. O.R. Məmmədovun rəhbərliyi altında peşə patologiyaları üzrə altı elmlər namizədi dissertasiyası müdafiə olunmuşdur (T.M. Hənifəyev, Z.İ. Qarayev, A.D. Pleşeyev, A.Polyakov, İ. Güləliyev, T. Şalbarov). Cərrahi stomatologiya kursunun klinik bazasının genişləndirilməsi və tam müstəqil fəaliyyət göstərməsi zamanın tələbi idi. Ona görə də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorluğu kursun bazasının genişləndirilməsi, ştatının artırılması və ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi haqda qərar qəbul edir.
Kafedranın fəaliyyətinin mühüm aspektlərindən biri də poliklinika və stasionarda müalicə işidir: Xəstələrin mütəmadi nəzarətdən keçirilməsi, məsləhətlər, müzakirələr, operativ müdaxilələr və s. Klinik bazalarda kafedranın əməkdaşları ağır xəstələrin diaqnostikası və müalicəsini öz üzərlərinə götürürlər. Burada əsas diqqət müalicənin effektli nəticəsinə və müddətinin qısaldılmasına yönəldilir. Buna müalicənin düzgün təşkili, həm də yeni, effektiv müalicə üsullarının tədbiqi sayəsində nail olunur. Gündəlik praktikada kafedra əməkdaşları diaqnostika və məqsədilə müasir tibbi texnika və avadanlıqdan geniş istifadə edirlər.
Bu gün kafedranın üz-çənə cərrahlarının təcrübəli əlləri travma və yaralanmalardan sonra sifətin konturlarını bərpa edir, itirilmiş çeynəmə, udma, nitq funksiyalarını qaytarır, üzün eybəcərliklərini aradan qaldırır, diş cərgəsini implantasiya üsulu ilə düzəldir və s.
Kafedranın əməkdaşları daim Bakı şəhərinin və respublikanın digər bölgələrinin müalicə müəssisələrinə konsultativ köməklik göstərirlər. Rayonlarda keçirilən səyyari kurslar zamanı onlar praktik həkimlərin iştirakı ilə klinik konfranslar təşkil edir, yerlərdə müalicəvi işlər yerinə yetirirlər.
Kafedra əməkdaşlarının çoxşaxəli fəaliyyəti yüksək ixtisaslı həkim stomatoloqların təkmilləşmə işinin effektivliyinin yüksəlməsinə xidmət edir. Yarandığı ilk gündən Stomatologiya kafedrasının fəaliyyəti günbəgün genişlənmiş, müalicə, tədris və elmi fəaliyyəti daim təkmilləşmişdir.
Tədrisin yeni formalarının seçilməsində Stomatologiya kafedrası öz qarşısına belə bir tezis qoymuşdur: mütəxəssislərin ixtisası yüksəldikcə, kursların müddətini azaltmaqla onları tematik kurslara uyğunlaşdırmaq. Diplomdan sonrakı tədrisin optimallaşdırılması ümumi və tematik kurslarda oxunan mühazirələrin təkmilləşdirilməsindən çox asılıdır. Stomatologiya kafedrasında tədris prosesi elə təşkil olunmuşdur ki, həkim-müdavim qısa müddət ərzində müasir stomatolo-giyanın müxtəlif sahələri üzrə maksimum həcmdə bazis biliyə yiyələnə bilsin. Dərslərin keçirilməsi zamanı müasir texniki vasitələrdən geniş istifadə olunur.
Təkcə son 5 il ərzində Stomatologiya kafedrası ümumi və tematik təkmilləşmə üzrə 50 kurs keçirmişdir. Bu tsikllərdə respublikanın 600-dən çox həkim-stomatoloqu öz ixtisasını artırmışdır.
Kafedranın elmi istiqaməti
Stomatologiya kafedrasında elmi-tədqiqat işlərinin vəziyyəti və səviyyəsinin, həm də tədrisinin keyfiyyətini müəyyən etdiyini nəzərə alaraq, aparılan elmi işlərin sayını artırmaqla yanaşı çoxistiqamətli olmasına diqqət yetirilmişdir.
Alınan nəticələr üz-çənə nahiyyəsinin kəskin iltihabi prosesləri zamanı xəstələrin orqanizmində baş verən patofizioloji dəyişikliklər haqqındakı təsəvvürü genişləndirir, xəstənin vəziyyətinə daha obyektiv qiymət verməyə və iltihabi prosesin proqnozunu təyin etməyə imkan verir. Sonuncu isə kompleks müalicə və fəsadların profilaktikası tədbirlərinin həyata keçirilməsi zamanı aşkarlanmış patoloji dəyişiklərin nəzərə alınmasını tələb edir.
Göstərilən mövzu üzrə 1 doktorluq (O.S.Seyidbəyov ) və 1 namizədlik (R.K.Əliyeva) dissertasiyası müdafiə olunmuşdur.
Təkcə son bir neçə il ərzində prof. O.S.Seyidbəyovun rəhbərliyi altında 6 namizədlik dissertasiyası müdafiə edilmişdir (H.Ə.Əsədov, A.R.Ağazadə, F.Məmmədov, R.Soltanov, R.M.Qarayev, R.Q.Abışov ). Bu dissertasiyalar terapevtik və cərrahi stomatologiyanın aktual məsələlərinə həsr olunmuş və onların üçünün müəllifi kafedranın əməkdaşlarıdır.
Kafedranın elmi tədqiqat fəaliyyətinin nəticələri 100-dən çox elmi əsərdə öz əksini tapmışdır. Bununla yanaşı kafedranın əməkdaşları 2 monoqrafiya, 20–yədək metodik tövsiyə dərc etdirmiş, 3 müəllif şəhadətnaməsi, 2 patent, 5 səmərələşdirici təklif şəhadətnaməsi almışdır.
Hazırda kafedranın əsas elmi fəaliyyəti «Üz-çənə nahiyyəsinin anomaliya və qüsurlarının dəqiq diaqnostikası və rekonstruktiv cərrahi üsulların təkmilləşdirilməsi» istiqamətində aparılır. Bu mövzu üzrə 2 doktorluq (dos. H.Ə.Əsədov və t.e.n. A.R.Ağazadə) və 1 namizədlik dissertasiyası (aspirant S.Əliyev) yerinə yetirilir.
Dos. M.M.Əliyevin «Kəskin zəhərlənmələr zamanı ağız boşluğu selikli qişası xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi» mövzusunda doktorluq dissertasiyası tamamlanmış və müdafiəyə təqdim edilmişdir.
Bununla belə aspirant E.Musayevin «Psoriaz zamanı gicgah-çənə oynağı patalogiyalarının müalicəsi və profilaktikası», aspirant Z.Əliyevin «Bağırsaq disbakteriozunun ağız selikli qişasında təzahürü zamanı kliniko-mikrobioloji və immunoloci paralellər», L.Quliyevanın «Allergik stomatitlərin klinikası, diaqnostikası və müalicə prinsipləri» mövzusunda namizədlik dissertasiyaları yekunlaşma mərhələsindədir.
2008-ci ildə L.X.Quliyeva “Ağız selikli qişasının allergik xəstəliklərinin klinik-immunoloji paralelləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır.
2017-ci ilin ilk aylarında bu iş böyük müvəffəqiyyətlə başa çatdırılmışdır və Cəmil Əli oğlu Babayev həmin il mayın 24-də “Оценка состояния полости рта у больных с хронической болезнью почек, пути профилактики и лечения” mövzusunda dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinı qazanıb.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bütün əməkdaşları kafedra yerləşən səhiyyə oсağında müaliсə işində fəal iştirak edirlər. Professor O.S.Seyidbəyov hər gün RKX üz-çənə сərrahiyyəsi şöbəsində səhər konfransında xəstələrin müzakirəsində iştirak edir və məsləhətlər verir.
Kafedranın dosentləri və assistentləri həkim-dinləyiсilərin iştirakı ilə xəstələri müayinə edir və müzakirələr aparırlar. Kafedranın işçiləri terapiya, сərrahiyyə və ortopediya şöbələrində hər gün xəstələrin qəbulu və müalijəsi ilə məşğul olurlar. Onlar gördükləri iş barəsində hər ay hesabat verirlər.
Kafedranın əməkdaşları

Tibb üzrə elmlər doktoru, professor Ağazadə Afət Rəşid qızı, 1988-ci ildə Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir. 2000-ci ildə «Replantasiya və retensiya olunmuş dişlərin diş cərgəsinə çıxarılması əməliyyatlarında hidrooksiapatit əsaslı implantasion osteoplastik biomaterialın istifadəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2005-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında işləyir. 01.02.2012-ci ildən etibarən kafedranın dosentidir.
2013-cü ildə «Osteoporozlu pasiyentlərdə dental implantasiya zamanı diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi» mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə elmlər doktoru dərəcəsini almışdır.
Beynəlxalq ekspertlər qrupunun tərkibində yumşaq sümüklərdə sabitlik və fiksasiya üçün yeni implantat, həmçinin ətraf toxumaları zədələnmələrdən qoruyan və invaziv müdaxilənin gedişatına effektiv təsir göstərən yeni cərrahi alətlər işləyib hazırlamışdır. İşləmələrin yeniliyi ixtiralar üçün alınmış 3 patent və 4 səmərələşdirici təklif əsasında müdafiə edilmişdir.
Bir çox xarici ölkələrdə keçirilən təkmilləşmə kurslarında iştirak etmiş və sertifikatlarla təmin olunmuşdur. Beynəlxalq konfrans, simpozium və qurultaylarda dəfələrlə mühazirə ilə çıxış etmişdir. European Association for Osseointegration (EAO), European Federation of Periodontology (EFP) üzvüdür. PerioBaku Cəmiyyətinin sədridir.
Dosent A.R. Ağazadənin indiyədək 70-dən çox elmi əsəri (onlardan 3 monoqrafiya, 3 patent, 4 səmərələşdirici təklif) nəşr olunmuşdur.

Məzahir İbrahim oğlu İsmayilov 21 oktyabr 1952-ci ildə Oğuz rayonunda anadan olub.
1974-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib.
1991-ci ildə Moskva şəhərində "Клинико-лабораторные исследования влияния формовочных материалов на качество изготавливаемых несъемных зубных протезов" mövzusunda elmi işi müdafiə edərkən, tibb elmləri namizədi elmi dərəcəsini qazanıb.
1992 ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistent vəzifəsinə təyin edilmişdir.
2003 ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosent vəzifəsinə təyin edilərək, hindiyə qədər də həmin vəzifədə çalışır.
2014 ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyası tərəfindən dosent diplomuna layiq görülüb.
Kafedrada işlədiyi müddət ərzində Məzahir İbrahim oğlu İsmayilovun 28 elmi əsəri dərc olunmuşdur. Onların arasında elmi məqalələr, dərsliklər, metodik dərs vəsaitləri, metodik tövsiyələr, tədris vəsaitlər var.

Kafedranın assistenti, t.e.ü.f.d. Əliyev Zaur Üzeyir oğlu 2000-ci ildə ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının ordinaturasına qəbul olunub. 2002-ci ildə ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına aspiranturasına qəbul olunub. 2007-ci ildə «Bağirsaqların disbiotik pozuntuları fonunda residiv aftoz stomatitin kliniki-mikrobioloji və immunoloji parallelləri və kompleks müalicənin effektliyi» mövzusunda dissertasiya işini müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 50 dən çox elmi məqalələrin, 2 monoqrafiyanın, və bir çox səmərələşdirici təkliflərin müəllifidir, «Caspian Ortodontik Jurnalının» baş redaktorudur. Hal hazirda kafedrada assistent vəzifəsində çalışır.

Cəmil Əli oğlu Babayev 1 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2002-2003-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında internatura kursu keçib.
2003-2013-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının Baş laborant vəzifəsinə təyin edilib.
2013-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistent vəzifəsinə təyin edilmişdir, və hal-hazırda bu vəzifədə çalışır.
23.11.2012-ci ildə "Оценка состояния полости рта у больных с хронической болезнью почек, пути профилактики и лечения" elmi işi cərrahiyyə fakultəsinin elmi şurasında təsdiq edilib.
2017-ci ilin ilk aylarında bu iş böyük müvəffəqiyyətlə başa çatdırılmışdır və Cəmil Əli oğlu Babayev həmin il mayin 24-də dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinı qazanıb. 2018-ci ildə də yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru diplomuna layiq görülüb.
Kafedrada işlədiyi müddət ərzində Cəmil Əli oğlu Babayevin 29 elmi əsəri dərc olunmuşdur. Onların arasında 20 elmi məqalələr, 3 tezis, 3 dərs vəsaiti, 2 metodik tövsiyə və 1 patent var.

T.e.ü.f.d., assistent Abışov Rəşad Qüdrət oğlu 1992-1993 illərdə Seçenov adına Moskva Tibb Akademiyasinda üz-çənə və plastik cərrah kimi ixtisaslaşmışdır.
1995-1998-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasını bitirmişdir. 2001-ci ildə "Üz-çənə skeletinin zədələnmələri və onların ekspertiza cəhətdən qiymətləndirilməsi"mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1998-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ağız və üz-çənə cərrahiyyə " kafedrasının assistentidir. 40 elmi meqalənin, 2 dövlət ixtirasının, 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 2 monoqrafiyanın və 1 metodik tədris vəsaitinin müəllifidir. Almaniya, İtaliya, Finlandiya, Turkiyə, İsrael və Ukraynada dəfələrlə kurs keçmiş və sertifikatlarla təmin olunmuşdur.

Kafedranın dosenti, t.e.ü.f.d Əhmədbəyli Cavid Ramiz oğlu 2000-2005-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirmişdir. Həmin universitetdə Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını uğurla başa vuraraq 2011-ci ildə parodontologiya və implantologiya sahəsində federasiyanın beynəlxalq mütəxəssis diplomunu, 2012-ci ildə həmin universitetin parodontologiya kafedrasında parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirərək və «İncə biotipli çox sayli diş əti çəkilmələrin yalniz taca istiqamətlənmiş dilimlə təkbaşina və ya hüceyrəsiz dermal matrisa membrani ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmində parodontologiya üzrə fəlsəfə doktoru (PhD in Periodontology) dərəcəsini, həmçinin 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən Parodontologiya üzrə Uzmanlıq diplomunu almışdır. 2015-ci ildən Ə. Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti vəzifəsində çalışır. 2009-ci ildən Bakıda yerləşən 5A Dent estetik stomatoloji klinikasında qeyri-cərrahi parodontolojı müalicə ilə yanaşı, dişlər və implantlar ətrafında plastik və rekonstruktiv parodontolojı cərrahiyyə üzrə özəl kliniki fəaliyyətini və tətqiqatlarını davam etdirir. İndiyədək 15 elmi əsəri yerli və beynəlxalq dövri jurnallarda nəşr olunmuşdur. Beynəlxalq İmplantologiya Təşkilatının implantologiya üzrə beynalxalq mühazirəçisi, Quitessenz AZ elmi-praktik jurnalının redaksiya heyyətinin parodontologiya bölməsi üzrə üzvü, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidentidir. European Federation of Periodontology (EFP), International Association for Dental Research Beynəlxalq (IADR), International Team for Implantology (ITI), International Academy of Periodontology (IAP), Türkiyə Parodontologiya Cəmiyyətinin (TPD) və Türkiyə Estetik Stomatologiya Akademiyasının (EDAD) fəal üzvüdür. 15-dən çox yerli və beynəlxalq tədbirlərdə məruzələrlə cıxış etmişdir, həmçinin 60-dan çox yerli və beynəlxalq konfrans, simpozium və təkmilləşdirmə kurslarında iştirak edərək sertifikatlarla təmin olunmuşdur.

T.ü.f.d., dosent Əliyev Səid Zöhrab oğlu 2002-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirmiş və 2004-cü ildə Ə.Əliyev adına ADHTİ-nin stomatologiya kafedrasının əyani aspiranturasına qəbul olunmuşdur. 2008-ci ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2008-2014-cü illərdə institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında assistent vəzifəsində çalışdıqdan sonra 2014-cü ildən bu günə qədər həmin kafedranın dosentidir. O, işlədiyi dövr ərzində kafedranın ixtisası üzrə mütəxəssislərin hazırlanması və təkmilləşməsi işini yüksək səviyyədə aparmış və özünü hər tərəfli üz-çənə cərrahı kimi göstərmişdir. Mühazirələri, seminar və praktiki məşğələləri müasir səviyyədə aparır. S.Z.Əliyev 50 çap olunmuş elmi işin, onlardan bir patent, 3 səmələşdirici təklifin, iki metodik tövsiyənin, bir monoqrafiyanın, iki dərs vəsaitinin müəllifidir. 2016-ci ildən institutun cərrahiyə fakültəsinin dekanı vəzifəsində çalışır.

Тibb üzrə fəlsəfə doktoru, Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Lalə Xaqani qızı Quliyeva 1998-ci ildə ATU-nu bitirdikdən sonra birillik internatura keçmiş, uşaq stomatoloji mərkəzində həkim-stomatoloq işləmiş, 2000-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuş,
2014-2019-cü illərdə kafedranın assistenti vəzifəsində çalışmış, 2019-cu ildə isə kafedranın dosenti vəzifəsinə təyin edilmişdir.
2008-ci ildə L.X.Quliyeva “Ağız selikli qişasının allergik xəstəliklərinin klinik-immunoloji paralelləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır.
İndiyədək L.X.Quliyeva tərəfindən 50-dən çox elmi əsəri işıq üzü görmüşdür. O, 1 dərsliyin, 1 dərs vəsaitinin, 1 patentin və 2 səmərələşdirici təklifin həmmüəllifidir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus),
tel.: 431 58 54, Bakı ş., Tbilisi pros., 3165-ci məhəllə
Avtoreferatlar
Ortodontiya kafedrası
Kafedra haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk ortodontiya kafedrası təsis olunmuşdur. Həmin İnstitutun rektoru N.A. Qasımovun 267 saylı, 30 iyun 2022-ci il tarixli əmri ilə “ortodontiya” kafedrasının müdiri vəzifəsinə tibb elmləri doktoru Qasımova Ziba Vaqif qızı təyin edilmişdir. Kafedranın assistentləri vəzifəsinə professor O.S. Seyidbəyovun tələbələri – t.e.n. O.F. Qasımov və t.e.n. G.B. Əliyeva təyin edilmişlər. Kafedranın əməkdaşları həmçinin 2005-ci ildə yaradılmış Azərbaycan Peşəkar ortodontlar cəmiyyətinin (APOC) üzvləri, dos. Z.V. Qasımova isə həmin cəmiyyətin sədridir. APOC daima müxtəlif elmi-praktik konfranslar keçirərək, iştirakçılara Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ballar verir ki, bu da sonradan sertifikatlaşdırma imtahanının verilməsi üçün zəruridir.
Birinci ortodontiya kafedrasının yaradılması – ölkəmiz və bu tibbi ixtisas üçün tarixi hadisədir. Tibb üzrə fəlsəfə doktoru R.Q. Həşimov tərəfindən bu gün tibbin kifayət qədər tələbat olan sahəsində – ortodontiyada və ölkəmizdə, ilk növbədə uşaqlar arasında diş-çənə sistemi anomaliyalarının geniş yayılması ilə əlaqədar olaraq başladığı elmi-praktik və təşkilatçılıq fəaliyyətinin keçdiyi uzun və keşməkeşli yol Azərbaycanda ilk ortodontiya kafedrasının yaradılması ilə başa çatdı.
Ortodontiya kafedrasının yaradılması üzərimizə ixtisaslı həkim-ortodont kadrlarının hazırlanması və bundan sonra “ortodontiya” ixtisasının ölkəmizin rifahı naminə aktiv inkişaf etdirilməsi, həmçinin innovativ işləmələrimizin dünya ortodontiya təcrübəsinə yeridilməsi üçün bütün bilik və səylərimizi sərf etmək vəzifəsi qoyur.
Kafedranın əməkdaşları

Qasımova Ziba Vaqif qızı 13.12.1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini 1989-cu ildə fərqlənmə diplomu ilə bitirib. Həmin il uşaq stomatologiya kafedrasının kliniki ordinaturasına qəbul olunub. 1991-1994-cü illərdə uşaq stomatologiyası üzrə aspiranturaya qəbul olunub və “Diş-çənə anomaliyalarının kompleks müalicəsində aşağıtezlikli ultrasəsin tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildə müsabiqə yolu ilə uşaq stomatologiyası kafedrasına assistent vəzifəsinə seçilib. 2002-ci ildən stomatologiya (müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika fakültələrinin) kafedrasında assistent, 2003-cü ildən isə dosent vəzifəsində çalışır. 2016-cı ildən hal hazıradək “Ortho-1” klinikada məsləhətçi, 2018-ci ildən Terapevtik stomatologiya kafedrasında dosent vəzifəsində çalışıb.
Qasımova Z.V. proqrama uyğun IV kurs terapevtik stomatologiyadan xarici tələbələrə ingilis dilində, III kurs İctimai Səhiyyə fakültəsinin, V kurs Hərbi tibb fakültəsi və II kurs Hərbi feldşer fakültəsinin tələbələri üçün stomatologiya fənni üzrə Azərbaycan və rus bölməsində mühazirələr və praktiki məşğələlər aparıb.
Elmi-praktiki tədqiqat və müalicəvi işləri 90 çap olunmuş məqalə və tezislərdə əksini tapıb, 2 patentin, 2 səmərələşdirici təklifin və 10 metodik vəsaitin müəllifidir. Hal-hazırda, t.e.n. Qasımova Z.V. müasir mövzuya aid elmi-praktiki iş üzərində çalışır, dəfələrlə Azərbaycanda və digər ölkələrdə keçirilən konfranslarda çıxış edib.
2021-ci ildə “Şaquli diş-çənə anomaliyalarının diaqnostika, müalicə və profilaktika metodlarının optimallaşdırılmasının müasir prinsipləri” mövzusunda elmlər doktorlu elmi dərəcəsi müdafiə edib. 2022-ci ildən hal hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri vəzifəsində çalışır.

Əliyeva Günel Bəy-Rza qızı 17 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2002-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə internaturanı Azərbaycan Respublikasının Stomatoloji Mərkəzində keçib. 2008-2014-cü illərdə həmin mərkəzdə həkim-stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən Stomatoloji Mərkəz MMC-nin Ortodontiya şöbəsində həkim-otodont vəzifəsində işləyir.
2022-ci il iyun ayından etibarən indiki tarixədək ADHTİ-nun ortodontiya kafedrasında assistent vəzifəsində işləyir. 2015-ci ildə "Yüksək texnologiyalı stomatoloji yardıma tələbat və onun effektivlik meyarlarının optimallaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edib.
5 məqalə və 1 tezisin müəllifidir.

Qasımov Orxan Fuad oglu 11 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub.
2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunda kliniki ordinaturada təhsilini davam etmişdir.
2010-2016-cı illərdə Respublika Stomatoloji Mərkəzində həkim-stomatoloq vəzifəsində çalışıb.
2009-2012-ci illərdə Ə. Əliyev adına AzDHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dissertant vəzifəsində çalışıb, və 2012-ci ildə “Ortodontik pasiyentlərdə əsas stomatoloji xəstəliklərin diaqnostik və müalicə üsullarının təkmilləşdirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
2018-ci ildən Ə. Əliyev adına AzDHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti və 2022-ci ildən hal hazıra qədər Ə.Əliyev adına AzDHTİ-nun ortodontiya kafedrasının assistenti vəzifəsində çalışır.
32 çap olunmuş məqalə və tezis, 3 metodik vəsaitin müəllifidir.
Hematologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası 1967-ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 40 çarpayılıq hematologiya şöbəsində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis, hematoloq və transfuzioloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, ginekoloq, pediatr, həkim-laborant) hematoloji xəstəliklərin diaqnostikasına, müalicəsinə, həmçinin transfuziologiya və koaqulologiyaya aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. Təşkil olunduğu gündən 1988-ci ilə qədər kafedranın müdiri tibb elmləri doktoru, professor H.M.Abdullayev olmuşdur. Prof. H.M.Abdullayevin rəhbərliyi altında irsi hematoloji xəstəliklər, hemofiliya, hemoqlobinopatiyalar və müxtəlif qan xəstəliklərinin cərrahi müalicəsinin aktual problemləri üzrə elmi tədqiqat işləri aparılmışdır. Özünün uzunmüddətli elmi işlərini ümumiləşdirərək prof. H.M.Abdullayev 1973-cü ildə hemofiliya probleminə aid fundamental monoqrafiya yazıb çap etdirmişdir. Bu kitab keçmiş Sovetlər İttifaqında hemofiliyaya aid yeganə monoqrafiya olub indi də həkimlərin stolüstü vəsaitidir. Prof. H.M.Abdullayevin rəhbərliyi altında 1 doktorluq, 11 namizədlik dissertasiyası müdafiə olunmuş, 1 monoqrafiya, 9 metodik tövsiyə, 200-dən çox elmi məqalə çap edilmişdir. 1988-ci ildən 1990-cı ilədək kafedranın müdiri tibb elmləri doktoru, professor Z.İ.Əfəndiyev olmuşdur. O, kafedranın təşkil olunduğu vaxtdan 2002-ci ilədək kafedranın professoru vəzifəsində işləmişdir. Prof. Z.İ.Əfəndiyevin hərtərəfli elmi fəaliyyətində qanın laxtalanması və hemofiliya problemləri xüsusi yer tutur. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1974-cü ildə keçmiş Sovet İttifaqında ilk dəfə olaraq respublikamızda internat məktəbi nəzdində hemofiliyalı şagirdlərin təhsili təşkil edilmişdir. Azərbaycanda hemofiliyanın yayılması, "imbred" populyasiyasının aşkar edilməsi, hemofiliya geninin respublika ərazisində "dreyfi" və ocaqlaşma səbəbləri ilk dəfə Z.İ.Əfəndiyev tərəfindən müəyyən edilmişdir. Prof. Z.İ.Əfəndiyevin rəhbərliyi ilə 8 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, 120-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, 8 metodik tədris vəsaitinin müəllifidir. Bu əsərlərin bir çoxu ABŞ, Fransa, Türkiyə və keçmiş Sovet İttifaqında çıxan jurnal və toplularda dərc olunmuşdur.Prof. Z.İ.Əfəndiyevin elmi tədqiqatlarının nəticələri 15-dən çox beynəlxalq və keçmiş ümumittifaq konqres və konfraslarda təmsil olunmuşdur.

1990-cı ildən bu günədək kafedranın müdiri vəzifəsində tibb elmləri namizədi, dosent, əməkdar müəllim və Prezident tərəfindən "Tərəqqi medalı" ilə təltif olunmuş Qədimova Elmira Əbdülbağı qızı fəaliyyət göstərir. Tədris prosesi ilə yanaşı, t.e.ü.f.d., dosent Qədimova E.Ə. kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. Xüsusi ilə ölkə patologiyası olan talassemiya xəstəliyinin kompleks müalicəsində cərrahi əməliyyatın (splenektomiya) aparılmasına göstərişlər, əks-göstərişlər, əməliyyatdan əvvəl və sonrakı dövrlərdə xəstələrin hemotransfuzion və başqa terapevtik müalicələrinin taktikası dosent E.Ə.Qədimova tərəfindən işlənib hazırlanmışdır. Elmira xanımın rəhbərliyi ilə 1 namizədlik dissertasiya müdafiə olunmuş, 1 dissertasiya da müdafiə üçün qəbul olunmuşdur. O, eyni zamanda Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəridir və 2000-ci ildən bu günə kimi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yeni Azərbaycan Partiyasının sədridir. Elmi-tədqiqat işlərini ümumiləşdirərək dosent E.Ə.Qədimova 1996–cı ildə "Лечение больных талассемией с применением спленэктомии" adlı monoqrafiya nəşr etdirmiş və doktorluq dissertasiyasını müdafiə təqdim etmişdir. O, yerli və xarici ölkələrin jurnal və toplularında dərc edilmiş 130-dan çox elmi məqalələrin (tədqiqat işinin), 15 tədris–metodik tövsiyənin, 1 monoqrafiyanın və 2 tədris vəsaitinin müəllifidir. Dosent E.Ə. Qədimova Rusiya, Almaniya, Kanada, Türkiyə, Macarıstan, İsveçrə, İtaliya, Avstriya, Yunanıstan və digər ölkələrdə keçirilmiş Beynəlxalq konqress, simpozium və konfranslarda iştirak etmiş, Azərbaycanda hemofiliya problemi, əldə olunan nailiyyətlər barədə geniş təqdimat və çıxışlar etmişdir. Kafedrada hal-hazırda dörd həkim-rezident hematologiya ixtisası üzrə elmi-praktik fəaliyyətdədirlər.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Hemofiliya probleminə həsr olunub. Hal-hazırda kafedrada bu mövzuya aid 2 istiqamətdə elmi iş gedir:
I mövzu: "Hemofiliyalı xəstələrdə dayaq-hərəkət sistemi ağırlaşmalarının kompleks diaqnostika, müayinə və müalicəsi"
Elmi rəhbər: kafedra müdiri E.Ə. Qədimova
İcraçı: assistent M.M. Kazımova
II mövzu: "Hemofiliyalı xəstələrdə profilaktik müalicənin tətbiqi"
Elmi rəhbər: kafedra müdiri E.Ə. Qədimova
İcraçı: assistent G.Ə. Əlizadə
Kafedrada 2010-2014-cü illər üçün "Respublikamızda hemofiliyalı xəstələrin yayılma tezliyinin öyrənilməsi, müasir üsullarla diaqnozu təsdiq edilmiş xəstələrin qeydiyyata götürülməsi və müasir müalicə üsullarının tədbiqi" mövzusunda elmi iş planlaşdırılıb.
Kafedranın professor müəllim heyyətinin 150-dən çox yerli və xarici elmi əsərləri çapdan çıxmışdır. (növbəti səhifələrdə).
Kafedranın professor-müəllim heyəti dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib, müxtəlif elmi mövzularla çıxış ediblər, Azərbaycan Respublikasını təmsil ediblər:
1. "Hemofiliya probleminə həsr olunmuş 27-ci Ümumdünya konqressi", 21 -25 may 2006–cı il, Kanada, Vankuver.
2. "Hemofiliyaya həsr olunmuş IV Ümumrusiya Elmi - praktik konferensiya", 18 sentyabr 2006-cı il, Moskva.
3. "İstanbulda Hemofiliya günləri", 01-03 mart 2007.
4. "Hemofiliyalı xəstələrdə dayaq hərəkət apparatı", 03-06 may 2007, İtaliya.
5. "Hemofiliyalı xəstələrin ambulator müalicəsinin təşkili, Hemofiliya məktəbi", Ümumrusiya seminarı. 12-13 fevral 2008.
6. "Hemofiliya günləri"-nə həsr olunmuş konfrans. 01-02 mart 2008, Türkiyə - Antaliya.
7. "XXVIII Beynəlxalq Hemofiliya konqressi", 01-05 iyun 2008.
8. "Hemofiliya xəstəliyində istifadə olunan laxtalanma preparatları", 17 dekabr 2008, Avstriya - Frankfurt.
9. "Hemofiliya və digər koaqulopatiyaların illik Avropa konqressi", 26-27 fevral 2009, Almaniya.
10. "XXI əsrdə plazma preparatlarının təhlükəsizliyi", 2 aprel 2009, Moskva.
11. "Hemofiliyalı xəstələrin profilaktik müalicəsi", 11-12 iyun, Macarıstan - Budapeşt.
12. "Hemofiliyada inhibitor problemi", 04-08 iyul 2009, İsveç - Stokqolm.
13. "Hemofiliyanın ağırlaşması - inhibitor və onun idarə olunması", 17-18 sentyabr 2009, Avstriya - Vena.
14. "Hemofiliya A - nın müalicəsində Rekombinat VIII laxtalanma faktorları", 11-13 oktyabr 2009, Moskva.
15. "Hemofiliyalı xəstələrdə inhibitorluq", 3-4 may 2009, Macarıstan - Budapeşt.
16. "Hemofiliya" probleminə həsr olunmuş 29-cu Beynəlxalq konqress - 10 iyul - 14 iyul 2010-cu il, Argentina - Buenos - Aeres.
17. "Hematoloji xəstəliklər", 1 oktyabr - 2 oktyabr 2010-cu il, Yunanıstan - Afina.
18. "Hemofiliyalı xəstələrin registri" seminar. 27 noyabr - 28 noyabr, Türkiyə - Sapanca.
19. EAHAD Hemofiliyaya həsr olunmuş, Avropada aparılan işlər. 2 fevral - 4 fevral 2011-ci il, İsveçrə - Jeneva.
20. "12th Muskuloskeletal" konfrans. 31 mart - 3 aprel , 2011-ci il, Dubay.
21. "Hemofiliyalı xəstələrdə inhibitorun profilaktikası" V Avropa konqresi. 22 fevral-24 fevral. 2012-ci il Roma.
22. "Hemofiliya probleminə dair XXX Beynəlxalq Konqres". 8 iyul-12 iyul. 2012-ci il Paris.
23. "Hemofiliya probleminə dair konfrans". 6 fevral-9 fevral. 2013-cü il Varşava, Polşa.
24. İTİ proqram-hesabat". Mart 2013-cü il. Frankfurt. Namayina.
25. "İTİ proqram-hesabat". 25 noyabr-29 noyabr. 2013-cü il. Frankfurt. Namayina.
Kafedranın müalicə fəaliyyəti
Kafedra müdiri dosent Qədimova E.Ə., dosent Yusifova N.Y və assistent Hüseynov Q.A., assistant Əlizadə G.Ə. Respublika Hematoloqlar Cəmiyyətinin üzvüdürlər. Onlar əhalinin sağlamlığı naminə hematologiya üzrə müalicə - profilaktik iş aparırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə bizim klinikanın nəzdində Hemofiliya mərkəzi fəaliyyət göstərir. Bununla əlaqədar elmi-tədqiqat işləri aparılır və həmin profillər üzrə xəstələrin müalicəsi ilə məşğul olunur. Kafedra müdiri dosent Qədimova E.Ə. Respublika Hemofiliya mərkəzinin bilavasitə rəhbəridir və Dünya Hemofiliya Federasiyasının üzvüdür. Hemofiliya və Talassemiya irsi qan xəstəlikləri üzrə dövlət proqramına əsasən Hemofiliyalı xəstələrin müalicəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq qanın laxtalanma preparatları: VIII, IX faktorlar alınır. Kafedranın əməkdaşları RKX-nın Hematologiya şöbəsində xəstələrin müalicə işində bilavasitə iştirak edir, başqa şöbələrdə, həmçinin Bakı şəhərinin başqa müalicə idarələrində konsultasiya aparılır. Dosent Yusifova N.Y. akad. Mir-Qasımov adına RKX-nın endokrinologiya, oftalmologiya, assistent Əlizadə G.Ə - üz-çənə cərrahiyyəsi, nefrologiya, travmatologiya, LOR, proktologiya şöbələrində xəstələri konsultasiya edirlər. Səhər konfransları kafedranın, şöbənin əməkdaşları və kursantların iştirakı ilə aparılır, mürəkkəb diaqnozlu xəstələrin tibbi yoluxması da müzakirə edilir. Hər gün kafedranın müdiri dosent Qədimova E.Ə. ağır xəstələrə baxır. Kafedranın bazası olan Mir-Qasımov adına RKX-nın hematologiya şöbəsində bilavasitə bu şöbənin xəstələrinə xidmət edən laboratoriya fəaliyyət göstərir. Burada hematoloji xəstəliklərin diaqnozunu qoymaq üçün bütün müayinələr aparılır. Belə ki, qanın ümumi, biokimyəvi və izoseroloji analizləri, koaquloqramma, mieloqramma ilə yanaşı hemostaz sisteminin geniş müayinələri olunur. Dünyada hemofiliyalı xəstələrə profilaktik müalicə və inhibitor formasının həm diaqnostikası, həm müalicə üsullarının tətbiqi bizim mərkəzdə müvafiq qaydalar üzrə aparılır. Son zamanlar hematoloji xəstələrdə hemostaz sisteminin qiymətləndirilməsi tək koaquloqramma ilə deyil, həmçinin qanın 13 laxtalanma faktorlarının aktivliyinin kəmiyyətcə təyin edilməsinə əsaslanır. (bax son səh.) Hemofiliyanın agirlaşması olan inhibitor titrinin təyin edilməsi üçün Betesda müayinəsi aparılır.Hemostaz sistemin müayinələri kafedranın baş laborantı Əfədiyeva Sevic Vaqif qızı və Zeynalova Səkinə Əli qızı tərəfindən aparılır.
Kafedranın əməkdaşları

Kafedranın t.e.ü.f.d., dosenti Yusifova Natella Yasən qızı 1999-cu ildən kafedrada işləyir, 2001-ci ildən assistent, 2008-ci ildən etibarən dosent vəzifəsində çalışır. 2003-cü ildə o, respublikamızda ilk dəfə olaraq "Hemofiliyalı xəstələrin psixoloji xüsusiyyətlərinin müalicə-profilaktika işində əhəmiyyəti" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir, 40-a qədər elmi əsərin müəllifidir. Dosent N.Yusifova dəfələrlə Türkiyə, Macarıstan, Almaniya, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak etmiş və respublikamızı layiqincə təmsil etmişdir.Əsərləri beynəlxalq koqres toplularında dərc olunmuşdur. Onun klinik hematologiya və transfuziologiyaya aid mühazirələri və seminar məşğələləri tədris materiallarının müdavimlərə anlaşılan tərzdə çatdırılması ilə fərqlənir.

Kafedranın t.e.ü.f.d., assistenti Hüseynov Qiyas Adil oğlu 2005-ci ildən kafedrada assistent vəzifəsində çalışır. 2006-cı ildə "Neosit kütləsinin müalicə dozalarının alınması və onların effektivliyinin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 20-dən artıq elmi əsəri var. Hal-hazırda qanın ekstrakorporal müalicə üsullarının öyrənilməsi haqqında elmi iş üzərində işləyir.

Assistent Əlizadə Günel Əli qızı 2008-ci ildən kafedranın baş laborantı, 2009-cu ildən kafedranın assistenti vəzifəsində çalışır. "Hemofiliyalı xəstələrdə profilaktik müalicə" mövzusunda elmi praktik fəaliyyət göstərir. Kafedranın tədris prosesində həkim müdavimlərlə praktik məşğələlər aparır.Hal-hazırda “Hemofiliyalı xəstələrin profilaktik müalicəsi” mövzusunda dissertasiyasını müdafiə etmək üçün AAK-a təqdim edib.
Kafedranın ünvanı
Bakı şəhəri, AZ1-122, A.Şərifzadə küçəsi, 212
Tel.: (+ 99412) 431-30-60, 431-19-11
Avtoreferatlar
Кадымова Эльмира Абдулбаги кызы
Оценка микроциркуляции периферических кровеносных капилляров у резус-сенсибилизированных беременных женщин как метод прогнозирования гемолитической болезни новорожденных. Дисс. на соискание ученой степени кандидата медицинских наук. 14.00.29 - гематология и переливания крови; 14.00.01 - акушерство и генекология. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва - 1984 г.
Yusifova Natella Yasən qızı
Hemofiliyalı xəstələrin psixoloji xüsusiyyətlərinin müalicə - profilaktika işində əhəmiyyəti. 14.00.29 - hematologiya və qanköçürmə. Tibb elmləri namizədi alimlik dərəcəsinin iddiası üçün təqdim edilmiş dissertasiya. Bakı - 2004.
Hüseynov Qiyas Adil oğlu
Neosit kütləsinin müalicə dozalarının alınması və onların effektivliyinin öyrənilməsi. 14.00.29 - hematologiya və qanköçürmə. Tibb elmləri namizədi alimlik dərəcəsinin iddiası üçün təqdim edilmiş dissertasiya. Bakı - 2006.
Kafedranın metodik işləmələri
Anemiyalar
- Dəmir defisitli anemiya
- Meqoloblast anemiyalar
- Porfirin mübadiləsinin pozulması nəticəsində əmələ gələn anemiyalar
- Qlükoza – 6 fosfat dehidrogenaza defisitli anemiya
- Dizeritropoetik və aplastik anemiya
- Hemoqlobinopatiyalar
- Talassemiya
Qanyaranma nəzəriyyəsi
Leykozlar:
- Kəskin leykoz və variantları
- Xroniki limfoleykoz
- Xroniki mieloleykoz
- Mielom xəstəliyi
- Subleykemik mieloz
- Eritremiya
- Sitostatik xəstəliklər
- Leykemoid reaksiyalar
- Yığılma xəstəliyi
- Fankoni sindromu
Hemostaz sistemi
- Hemostaz sisteminin damar - trombositar mərhələsi
- Koaqulasion hemostaz
- Fibrinoliz
- Hemorragik vaskulit
- Hemofiliya A və B
- Villebrand xəstəliyi
- Trombositopenik purpura
- Trombositopatiyalar və trombasteniyalar (Qlansman tipli)
- Teleangioektaziyalar, angiomalar
- Trombohemorragik sindrom
Transfuziologiya bölməsi
- Qan xidmətinin təşkili
- Qanköçürmənin taktikası, metodikası, təhlükəsizliyin təmin edilməsi
- Müasir qan əvəzedicilər
- Hemotransfuziyanın profilaktikası və fəsadları
- Plazmaferez
- Ozonoterapiya
- Qan xəstəliklərində və tibbin müxtəlif sahələrində transfuzion terapiya
Nefrologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrası 1983–cü ildə bir başa akademik M.C.Cavad-zadənin iştiraki ilə yaradılmışdır. Kafedranın ilk rəhbəri professor Fikrət Hüseynov olmuşdur. Professor F.H.Hüseynov, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Nefrologiya kafedrası keçmiş SSRİ-də Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda sonra ikinci kafedra olmuşdur.
Hal-hazırda, kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 60 çarpayılıq Nefrologiya şöbəsində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis, nefrolog hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, ginekoloq, pediatr, həkim–laborant) nefrolojı xəstəliklərin diaqnostikasına, müalicəsinə, həmçinin puls-terapiya və plazmaferez aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. Kafedra yarandığı gündən Respublikada nefroloji xidmətin təşkilində elmi-metodik mərkəz rolunu oynayır. Kafedra nefrologiya üzrə ixtisaslaşma və tematik təkmilləşmə kursları keçirilir. 1983-cü ildən indiyə qədər köhnə SSRİ məkanında və müstəqil Azərbaycan Respublikasında minlərlə həkim ixtisaslarını artırmışlar. Kafedranın əməkdaşları Respublikanın regionlarında sanitar aviasiya xətti ilə ağır xəstələrin diaqnostikası və müalicəsində fəal iştirak edirlər.
Kafedranın elmi istiqaməti
1. Uratlı nefrolitiaz
2. Podaqrik nefropatiya və purin mubadiləsinin pozulması
3. Şəkərli diabet zamanı böyrəklərin zədələnməsi
4. Xroniki böyrək xəstəlikləri zamanı hamiləliyin qedişatı
5. Xroniki böyrək çatışmazlığının intensivləşməsinin qiymətləndirilməsi və profilaktikası
Hal-hazırda kafedranın dissertlantları böyrəklərin uratlı zədələnməsi və hemodializli xəstələrdə metabolik sindrom mövzusunda elmi işlər aparılır.
Kafedranın əməkdaşları mütəmadi olaraq nefrologiyanın aktual məsələlərinə həsr olunmuş Respublika və Beynəlxalq simpoziumlarda iştirak etmişdir (Respublika böyrək günü simpoziumu, Moskva, İstanbul, London şəhərlərində aparılmış Beynəlxalq simpoziumlar).
Kafedra tərəfindən Moskva şəhərindəki Diplomdan Sonrakı Təhsil Rusiya Akademiyanın nefrologiya kafedrası, İstanbul, Tehrandakı nefrolojı klinikaları ilə elmi əlaqələr yaradılmışdır.
Kafedranın müalicə fəaliyyəti
Kafedra müdiri t.e.d. Sərdarlı F.Z. Respublika Nefrolojı Mərkəzinin rəhbəridir. Kafedranın əməkdaşları əhalinin sağlamlığı naminə nefrologiya üzrə müalicə-profilaktik iş aparırlar. Nefrolojı Mərkəz akademik M.Ə.Mir-Kasimov adına RKH-nın nefrologiya və hemodializ şöbələrində yerləşmişdir. Mərkəzdə elmi-tədqiqat işləri aparılır və Respublikanın rayonları üzrə nefrolojı xəstələrin müayinə və müalicəsi aparılır. Bundan əlavə kafedranın əməkdaşları tərəfindən RKH-n kardiologiya, hemotologiya, cərrahiyyə, mama-ginekologiya, hamiləlik patologiyası, reanimasiya, burun-boğaz-qulaq, nevrologiya, endokrinologiya şöbələrində konsultasiya edilir. Nefrologiya kafedrası əməkdaşları və Russiya Federasiyasının Diplomdan sonraki təhsil akademiyasının nefrologiya kafedrasının əməkdaşları sıx əlaqələr vardır və dayma ağır patologiya ilə xəstələrin müzakirəsi aparılır.
Kafedranın əməkdaşları

1995-ci ildən Nefrologiya kafedrasına t.e.d., Sərdarlı Fuad Zülfüqar oğlu rəhbərlik edir. Bu müddət ərzində kafedra öz elmi-pedaqoji fəaliyyətini daha da genişləndirmişdir. 1991–ci ildə "Hiperurikemiya xroniki böyrək xəstəlikləridə risk faktorudur" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Kafedranın müdiri tibb elmləri doktoru, professor F.Z.Sərdarlı eyni zamanda Respublika Nefroloji Mərkəzinin rəhbəridir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Professor F.Z.Sərdarlı "Podaqrik nefropatiya" mövzusunda doktorluq dissertasiyasını 2005-ci ildə müdafiə etmişdir. Bu zaman, o, podaqralı xəstələrdə böyrəklərin zədələnmə səviyyəsini, podaqrik nefropatiyanın etiologiyasını, patogenezini və müalicəsini hərtərəfli öyrənmişdir. Bu mövzuda monoqrafiya çapa təqdim olunmuşdur. O, 80-dan çox elmi əsərin müəllifidir. Kafedrada aparılan elmi-pedaqoji və müalicə işlərinə rəhbərlik edir. Elmi fəaliyyəti geniş və hərtərəflidir. Elmi əsərləri yaxın və xaricdə çap olunmuşdur. 1995-2008- ci ilə qədər Çərrahiyyə fakultəsinin dekan vəzifəsində calışmışdır. Hal-hazırda onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiəyə hazırdır. Dosent Həsənova M.Q. birlikdə “Xroniki böyrək çatışmazlığı” dərsliyi 2013-cü ildə çapdan çıxmışdır.

T.ü.f.d., dosent Bəxtiyarova Lalə Bahadur qızı Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Təcili Yardım Xəstəxanasında internaturanı keçib. 1992-ci ildə ADHTİ-nin Terapiya kafedrasında kliniki ordinaturanı bitirdikdən sonra Nefrologiya kafedrasının assistenti vəzifəsinə təyin edilib. 1995-ci ildə "Revmatizmin müxtəlif formalarında böyrəklərin parsial funksiyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996-cı ildən cərrahiyyə fakültəsi Elmi Şurasının elmi katibi olub. 2000-ci ildən Nefrologiya kafedrasının dosentidir. 2006-ci ildən Ə.Əliyev ADHTİ-nin elmi katibidir.

T.ü.f.d., dosent Həsənova Mətanət Qəzənfər qızı Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Təcili Yardım Xəstəxanasında işləyib. 1995-ci ildə ADHTİ-nin Nefrologiya kafedrasına kliniki ordinaturaya qəbul olunub. 1997-cı ildən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildə "Hiperurikemiya fonunda xroniki böyrək xəstəlikləri zamanı helium-neon lazer işığının kompleks müalicədə effektiv tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildən ADHTİ-nin cərrahiyyə fakultəsinin Elmi Şurasının elmi katibdir. 2009-cü ildən Nefrologiya kafedrasının dosentidir.

Assistent Cabbarov Şadoğlan Mənsur oğlu 1986-cı ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1987-ci ildən Astara Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib. 1990-cı ildə ADHTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qədul olunub. 1996-cı ildən bu günədək Nefrologiya kafedrasının assistentidir. Hal-hazırda “Xroniki böyrək çatışmazlığının intensivləşməsinin qiymətləndirmə metodikası, risk amilləri və profilaktikasının imkanları” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.
Eminbəyli Xuraman Rasim qızı 1996-ci ildə Az.DHTİ-nun nefrologiya kafedrasında internaturaya daxil olunmuşdur və 1997-ci ildən bu günə qədər kafedrada baş laborant vəzifəsində çalışır. 2012-ci ildə “Функциональное состояние почек на ранних стадиях диабетической нефропатии у больных с СД 2” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiyyə etmişdir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus), tel.: 431-49-00
Avtoreferatlar
Сардарлы Фуад Зульфугар оглу
"Гиперурикемия как фактор риска при хронических заболеваниях почек" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва-1991.
"Подагрическая нефропатия" 14.00.05-Внутренние болезни. Урология. Диссертация на соискание доктора медицинских наук. Баку-2005.
Бахтиярова Лала Бахадур кызы
"Порциальные функции почек при различных формах ревматизма" 14.00.05 - Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1995.
Гасанова Метанет Газанфар кызы
"Эффективность применения чрезкожного гелий-неонового лазерного облучения в комплексном лечении больных с хроническими заболеваниями почек протекающих на фоне гиперурикемии" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-2003.
Эминбейли Хураман Расим кызы
"Функциональные состояния почек на ранних стадиях диабетической нефропатии у больных с сахарным диабетом 2 типа" 14.00.05 - Внутренние болезни. Диссертации на соискание доктора философии по медицине. Баку-2012.
Мехтиева Зюмрюд Сейфулла кызы
"Особенности диабетической нефропатии" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1989.
Багирова Рияда
"Нефрогенная гипертензия" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1991.
Манаширова Флора
"Состояние внутрипочечной гемодинамики у больных с гиперурикемией, их медикоментозная коррекция" 14.00.05- Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-2003.
Urologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrası 1947-ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında fəaliyyət göstərir.
Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis-uroloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin uroloji xəstəliklərin diaqnostikasına, müalicəsinə aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir.
Urologiya və operativ nefrologiya Kafedrası 1947-ci ildə yaradılmış və kafedraya müdir professor M.B.Əbiyev seçilmişdir. Lakin kafedra üçün bazanın olmaması səbəbindən altı aydan sonra bağlanmışdır. 1952-ci ilin sentyabr ayında 14 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin bazasında Urologiya kafedrası yenidən təşkil olunmuşdur. 30 uroloji çarpayısı olan şöbə каfedra üçün, həkimlərin ixtisaslaşması və təkmilləşməsi üçün kifayət etmirdi. Həmin vaxt kafedra 3 nəfərdən - kafedra müdiri professor M.B.Əbiyev, assistent S.X.Tağiyev və ordinator V.Ə. Zeynalovadan ibarət olmuşdur. 1962-ci ildə Urologiya kafedrası kadr çatışmazlıgına görə yenə bağlanmış və 1963-cü ilin avqust ayında yenidən təşkil edilmişdir. Tibb elmləri doktoru, professor Cavad-zadə Mirməmməd Cavad oğlu kafedraya müdir seçilmişdir. 1966-cı ildə M.C. Cavad-zadənin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə keçmiş Sovetlər birliyində ilk dəfə olaraq Baki şəhərində ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - 250 çarpayılıq Respublika Klinik Uroloji Xəstəxanası yaradılır. Urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ və böyrəklərin köçürülməsi, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi genetik məsləhətxanası olan bu böyük ixtisaslaşdırılmış müalicə ocağı nəinki əhaliyə uroloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, həm də urologiya sahəsində çoxistiqamətli elmi-tədqiqat işlərinin aparılmasına, Urologiya və operativ nefrologiya kafedrasında mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə geniş imkanlar açır.
Azərbaycanın sidikdaşı xəstəliyinin endemik zonası olduğunu nəzərə alaraq ilk gündən başlayaraq bu sahədə və aşağı sidik yollarının xəstəlikləri sahəsində elmi işlər aparılırdı. 1963-cü ildən 1970-ci ilədək ilk dissertantlar olmuş R.K. Həsənov, S.B.İmamverdiyev, Q.A.Sadıxov, K.A.İsmayılov, P.S.Malkov, F.H.Hüseynov, N.Ə.Qarayev, A.A.Nəzərov, A.Y.Rzayev, T.H.Xasıyev M.C.Cavad-zadənin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişlər. Kafedrada apardığı elmi tədqiqat işlərinin nəticəsi olaraq Hüseynov Fikrət Hüseyn oğlu 1970-ci ildə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, ilk dəfə olaraq klinikada uronefroloji xəstəliklərin radioloji diaqnostikası kimi böyük və mürəkkəb işi ümumiləşdirmişdir. Professor F.H. Hüseynov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkİmləri Təkmilləşdirmə İnstitutunun yeni yaradılmış Nefrologiya Kafedrasının ilk müdiri və İnstitutun tədris işləri üzrə prorektoru olmuşdur. 1973-cü ildə F.H.Hüseynovun M.C. Cavad-zadə ilə birlikdə "Operativ uronefrologiyada radioizotop müayinələri" kitabı çapdan çıxmışdır.
Pavel Sergeyeviç Malkov - urologiya üzrə ixtisaslaşma kursundan sonra 1966-cı ildə kafedraya kliniki ordinator götürülmüşdür. Kafedrada tibb elmləri doktorunadək fəaliyyət yolu keçən professor P.S. Malkov hazırda Penza Dövlət Həkİmləri Тəкmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasına rəhbərlik edir və eyni zamanda həmin institutun elmi işlər üzrə prorektorudur. K.A.İsmayılov 1969-cu ildə M.C.Cavad-zadənin rəhbərliyi ilə "Воугəк və sidik axarlarının daşlarının çıxarılması zamam qarın divarının az travmatik kəsikləri və operativ müdaxilələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, assistent, 1970-ci ildən 1992-ci ilədək isə dosent vəzifəsində işləmişdir. M.C.Cavadzadə ilə birlikdə "Urologiya" dərsliyinin həmmüəllifidir.
K.İ.Abdullayev l978-ci ildə M.C.Cavad-zadənin rəhbərliyi ilə Moskva şəhərində "Uşaqlarda sidikdaşı xəstəliyində böyrəküstü vəzilərin simpatoadrenal sisteminin vəziyyəti və mineralokortikoid funksiyası" mövzusunda namizədlik və 1987-ci ildə yenə orada "Adaptasiyasız sidik kisəsinin yaşla fərqli diaqnostikası və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə M.C.Cavad-zadənin çapdan çıxmış "Sidİk kisəsinin neyrogen disfunksiyası" monoqrafiyasında həmmüəllifdir.
Z.K.Həmzəyeva ilk dəfə olaraq Keçmiş Sovet ittifaqında M.C. Cavad-zadənin rəhbərliyi altında Respublika Kliniki Uroloji Xəstəxanasında 1980-ci ildən fəaliyyət göstərən ixtisaslaşdırılmış tibbi genetik konsultasiya laboratoriyasının müdiri olmuşdur. Z.K.Həmzəyeva eyni zamanda ADHTİ-nin Urologiya və operativ nefrologiya kafedrasının assistenti vəzifəsində işləmişdir. Laboratoriyanın elmi materialları əsasında 1981-ci ildə Moskva şəhərində "Azərbaycanda uşaqlarda urolitiazın etiologiyasında irsi faktorların rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Kafedrada hazırlanaraq namizədlik və doktorluq alimlik dərəcəsi almış çoxsaylı kadrlar keçmiş sovetlər ittifaqının müxtəlif şəhərlərində və respublikanın müxtəlif tibb müəssisələrində fəaliyyət göstərirlər: İmamverdiyev S.B. - ATU-nun Urologiya Kafedrasının müdiri; Ağayev M.M. - ATU-nun Terapiya каfedrasının professoru; Əliyev R. - Türk-Amerika tibb mərkəzinin müdiri; İsmayılov K.A. - Gəncə şəhəri A.Səhhət adına xəstəxananm urologiya şöbəsinin müdiri; Nadirov R. - Gəncə şəhəri 3 saylı xəstəxanada urologiya şöbəsinin müdiri; Şimkus E.M. - Simferopol Tibb İnstitutu Urologiya Kafedrasının müdiri; Malkov P.S. - Penza Tibb İnstitutunda prorektor; Taşiyev G.S. - Krım Tibb İnstitutunun kafedra müdiri və b. 1963-cü ildən başlayaraq həkimlərin diplomdansonrakı hazırlıq istiqamətində kafedrada "Urologiya" üzrə ixtisaslaşma və ümumi təkmilləşmə, "Uşaqlarda sidik-cinsiyyət orqanlarının cərrahi xəstəlikləri", "Vazorenal hipertoniya və xroniki böyrək çatışmazlığı", "Uşaqlarda sidik-cinsiyyət orqanlarının xəstəliklərinin diaqnostikası və müalicəsinin müasir məsələləri", "Təxirəsalınmaz urologiya" və s. mövzularda tematik təkmilləşdirmə kursları keçirilmişdir. Hal-hazırda kafedrada təqvim planına uyğun olaraq tədris ilində "Urologiya" üzrə 2 ümumi təkmilləşmə, "Operativ urologiya" üzrə 1, "Üşaq yaşlarda urologiya" üzrə 2 tematik təkmilləşmə kursları keçirilir. 1963-cü ildən bu günə kimi kafedrada 9.000-ə yaxın həkim-dinləyici diplomdansonraki hazırlıq üçün ixtisaslaşma, ümumi və tematik təkmilləşmə kurslarında təhsil almışlar. 492 həkim-dinləyici, o cümlədən 177 nəfər ümumi və 315 nəfər isə tematik təkmilləşmə kurslarında öz təhsillərini artırmışlar. "Вöугəк və sidik yolları xəstəliklərinin diaqnostikası və müalicəsi zamanı müasir radionuklid və endocərrahiyyə üsulları" (2000-2004); "Operativ uronefrologiyada urodinamik dəyişikliklərin müasir diaqnostikası metodları və müalicəsi" (2005) və s. mövzularda geniş elmi tədqiqat işləri aparılır.
Bu müddət ərzində kafedrada 16 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 16 elmi-tədris filmləri, 27 metodik tövsiyələr, 43 səmərələşdirici təkliflər, 830-dan çox elmi məqalələr hazırlanmış, 12 ixtira haqqında müəllif şəhadətnaməsi alınmışdır.
Kafedranın professor və müəllim heyəti tərəfindən ABŞ, AFR, Macarıstan, Polşa, Bolqarıstan, Türkİyə, İran, Italiya, İngiltərə, İspaniya, Avstraliya, Moskva, Sankt-Peterburq, Kiyev, Almatı, Tbilisi, Daşkənd, Riqa və Keçmiş SSRİ-nin digər şəhərlərində və yaxın xaricdə beynəlxalq simpoziumlarda və konqreslərdə məruzələr edilmişdir.
Kafedrada 7 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 3 tibb elmləri doktoru-professor, 1 tibb elmləri namizədi-dosent və 1 tibb elmləri namizədi-assistent, 1 assistent və 1 baş lobarant çalışır. Uzun illər kafedranın müdiri olmuş akademik M.C.Cavad-zadə "Sidik axarlarının daşları" mövzusunda namizədlik dissertasiyasını 1954-cü ildə Moskva şəhərində, "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyasını isə 1962-ci ildə Leninqrad şəhərində müdafiə etmişdir. Akademik M.C.Cavad-zadə 1975-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Тəкmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışmışdır. O, 32 monoqrafiya, dərs vəsaiti və 700-ə yaxın elmi işin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 16 elmi-tədris filmi çəkilmişdir. O, Azərbaycanda öz uroloji məktəbini yaratmış və çoxsaylı elmi istiqamətlərin əsasını qoymuşdur. M.C. Cavad-zadə Rusiya Tibb Elimləri Akademiyasının müxbir üzvi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik vəzifəsində çalışmışdır. O, əməkdar elm xadimidir
Kafedranın bazası olan M.C. Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında həkimlərin diplomdansonrakı təhsili üçün bütün imkanlar vardır. Kafedranm professor-müəllim heyyəti sidikcinsiyyət sisteminin anadangəlmə və qazanılma xəstəliklərində mürrəkkəb cərrahi və orijinal rekonstruktiv plastik əməliyyatları yüksək professionallıqla yerinə yetirirlər. Kafedranm bazasında 3 uroloji, litotripsiya və endocərrahiyyə, uşaq uronefroloji, reanimasiya və intensiv terapiya şöbələri, xroniki hemodializ mərkəzi fəalliyyət göstərir. Bunlarla yanaşı klinikada Radioizotop diaqnostik laboratoriyası, Tibbi-genetik məsləhətxana, Ümumklinik, biokimyəvi və ekspres laboratoriya, 2 ultrasəs müayinəsi kabinəsi, Distansion zərbə dalğalı litotripsiya (DZDL), transuretral rezeksiya (TUR) kabinələri, urodinamik tədqiqatlar laboratoriyası, rentgen və digər yardımçı tibbi kabinələr vardır. 1991-ci ildən Almaniyanın "Siemens" firmasının "Litostar- Plus" aparatı vasitəsilə distansion zərbə dalğalı litotripsiya üsulu ilə böyrək və sidik axarı daşlarının parçalanaraq çıxarılması əməlliyatı aparılır. Kafedra müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz edilmişdir. Kafedrada operativ nefrologiyanın bütün sahələri üzrə elmi tədqiqatlar aparılır. Elmi işlərin materialları Beynəlxalq məclislərdə (Tyer, 1967; Buxarest, 1968; Rostok, 1969; London, 1970; Belqrad, 1971; Paris, 1972; Tehran, 1975; Praqa, 1976; Bağdad, 1977; Afina, 1980; Barselona, 1981; Vena, 1982; San-Fransisko, 1982; Sofiya, 1983; Bonn, 1985; Budapeşt, 1986; Tokio, 1988; Hamburq, 1988; Yunanıstan, 1989; Təbriz, 1990; Almaniya, 1993; Türkiyə, 1994; Sidney, 1994) təmsil edilmişdir.
1963-cü ildən 2008- ci ilədək M.C.Cavad-Zadə tərəfindən cərrahi və uroloji xəstəliklərə görə 15.000-dən artıq müxtəlif cərrahi əməliyyatlar həyata keçirilmişdir. Yeni müayinə üsullarının nəticələri onun tələbələrinin namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapır. 1963-cü ildən 2008-ci ilədək Urologiya və operativ nefrologiya kafedrasında akademik M.C.Cavad-zadənin rəhbərliyi ilə 74 tibb elmləri namizədi və 16 tibb elmləri doktoru, 18 nəfər kliniki ordinator və 14 nəfər aspirant hazırlanmışdır.
Onun elmi axtarışlarının nəticəsi olaraq 40-a yaxın monoqrafiya, dərslik, onlarla metodik tövsiyələr və 700 –dən artıq elmi məqalələri çap olunmuş, 12 cərrahi əmaliyyatlara aid tədris filmi çəkilmişdir. "Sidik axarının daşları", "Böyrəklərin polikistozu", "Süni böyrək və onun klinik tətbiqi", "Böyrəklərin kistoz xəstəlikləri", "Urologiyada limfoqrafiya və çanaq fleboqrafiyası", "Böyrəklərin və sidik axarlarının daşları", "Böyrək daşı xəstəliyi", "Operativ uronefrologiyada radioizotop müayinələr", "Urologiya", "Böyrək və sidikçıxarıcı yolların iltihabi xəstəlikləri", "Operativ nefrologiyada autohemotransfuziya", "Xronik hemodializ", "Böyrək anomaliyalarının cərrahi müalicəsi", "Urologiyadan sorğu", "Kistoz xəstəliklər", "Böyrək çatışmazlığı ilə fəsadlaşan böyrək daşı xəstəliyində əməliyyatdan əvvəl hazırlıq və əməliyyatdan sonrakı dövrdə xəstələrə yanaşmanın xüsusiyyətləri", "Xroniki uremiya zamanı ürək fəaliyyətinin pozulmasının patogenezi, diaqnostika və müalicəsi", "Böyrək çatışmazlığı zamanı dərman preparatlarının tətbiqi", "Uroloji xəstəliklərin farmakoterapiyası","Qaranquş" uroloji sanatoriyasının reabilitasiya şöbəsində böyrək və sidik yolları xəstəlikləri və onların bərpaedici müalicəsinə metodik tövsiyələr, "Uşaqlarda tormozlanmayan sidik kisəsi", "Bakı saglamlıq zonasında prostatın adenomektomiyasından sonra xəstələrin reabilitasiyası", "Sidik-cinsiyyət sistemi orqanlarında cərrahi əməliyyatlar zamanı homeostazın vəziyyəti və korreksiyası üsulları", "Sidik kisəsinin neyrogen disfunksiyaları" , "Xroniki böyrək çatışmazlığı zamanı ürək-qan damar sisteminin dəyişiklikləri", "Detruzor-sfinkter dissinergiyası", "Uşaqlarda enurez", "Epidural anesteziya və urologiyada analgeziya", "Xroniki böyrək çatişmazlığı" və s. əsərlər onun qələminin məhsuludur.
M.C.Cavad-Zadə 1975-ci ildən rektoru olduğu Ə.Əliyev adına Az.DHTİ-da öz yüksək təşkilatçılıq bacarığını nümayiş etdirdi. Rektor vəzifəsini təhvil aldığı dövrdən o, bütün səyini institutun inkişafına, elmi-pedoqoji və elmi kadrların hazırlanmasına yönəltmişdir. İnstitutda daha savadlı mütəxəssislərin hazırlanması məqsədilə əlavə olaraq nefrologiyada, anesteziologiya və reanimatologiya, farmasiyanın iqtisadiyyatı və təşkili kafedraları, damar cərrahiyəsi və immunologiyanın əsasları ilə kliniki-biokimya kursları təşkil olunmuşdur.
30 ildən artıq instituta rəhbərliyi dövründə institutda 45-dən artıq elmlər doktoru, 150 elmlər namizədi hazırlanmışdır. Onlarla monoqrafiya, müəlliflik şəhadətnamələri, səmərələşdirici təkliflər dərc etdirilmişdir.
M.C.Cavad-Zadənin rəhbərliyi ilə tibb elminin, elmi tədqiqatların effektivliyinin və klinik təbabətə tətbiqinin inkişaf etdirilməsi institut alimlərinin elmi potensiyalının yüksək səviyyəsinin bariz nümunəsidir. Deyilənlərə sübut Ə.Əliyev adına Az.DHTİ-n alimlərinin SSRİ və Azərbaycan Dövlət mükafatları, elm və texnika sahəsində Lenin komsomolu mükafatı, SSRİ Nazirlər Sovetinin mükafatı, SSRİ XTYS-in qızıl, gümüş və bürünc medalları, SSRİ Səhiyyə Nazirliyinin, Respublika Nazirlər Soveti Rəyasət heyətinin Fəxri fərmanları ilə təltif olunmasıdr.
M.C.Cavad-Zadənin təşkilatçılığı və əzmkarlığı sayəsində Ə.Əliyev adına AzDHTİ-da onun rəhbərliyi ilə Uroloqların I Ümumittifaq qurultayı (1972), Nefroloqların Rəyasət heyətinin III-cü Plenumu (1976), Transplantasiya üzrə VIII Ümumittifaq Konfrans (1979), Nefroloqların II Ümumittifaq qurultayı (1980), Nefroloqların Ümumittifaq VIII-ci qurultayı (1980), Hemodializ üzrə Sovet-Yapon simpoziyumu (1984), SSRİ həkim və provizorların diplomdan sonrakı hazırlığnın planlaşdırılması və təkmilləşdirilməsinə həsr olunmuş Ümumittifaq toplanışı (1982), cərrahiyyə, urologiya üzrə həkimlərin diplomdan sonrakı hazırlığının təkmilləşməsi proqramının müzakirəsinə həsr olunmuş ekspert komissiyasının iclasları (1983-1984), SSRİ TEA Rəyasət heyətinin səyyar iclası, Uşaq həkimlərinin UET idarə heyətinin iclası (1986), dərman preparatları-Tarevid üzrə beynəlxalq simpozium (1986), "Alkohol sahəsində nəzarət siyasəti" mövzusunda beynəlxalq toplantısı (1986), SSRİ TEA -nın pediatriya üzrə Beynəlxalq simpoziumu (1986), Gənc uroloqların III Ümumittifaq seminarı( 1987), , Herontologiya üzrə Sovet-Yapon seminarı (1988), Azərbaycan-Türkiyə simpoziumu (1990),S "Yeni minilliyin radiologiyası" Beynəlxalq simpoziumu (2002), "Endourologiyanın müasir nəaliyyətləri" Beynəlxalq simpoziumu (2006) və s. beynəlxalq tədbirləri Bakıda keçirilmişdir. Elm sahəsində görkəmli xidmətlərinə görə M.C.Cavad-Zadə 1974-cü ildən SSRi (indi Rusiya) TEA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. O, Beynəlxalq və Avropa uroloqlar cəmiyyətinin həqiqi üzvü, Purkinye adına (Çexiya) tibbi cəmiyyəti və Bolqarıstan Uroloji cəmiyyətinin fəxri üzvü olmuşdur.
M.C.Cavad-Zadə SSRİ dövlət mükafatına, SSRİ nazirlər sovetinin mükafatına, Zaqafqaziyada ilk dəfə böyrək köçürülmə əməliyyatlarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
"Urologiya və nefrologiya", "Azərbaycan tibb jurnalının" redaksiya heyətinin üzvü vəzifələrini icra etmiş M.C.Cavad-Zadənin Azərbaycan tibb elminin inkişafı və əhaliyə göstərilən tibbi xidmətin təşkilində xidmətləri əvəzsizdir.
Akademik M.C. Cavad-Zadə IX, X, XI və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Akademik M.C.Cavad-Zadə Azərbaycanda uroloji məktəbi yaratmaqla bir çox elmi - kliniki - praktik sahələrin əsasını qoymuşdur ki, bunlarada anesteziologiya - reanimatologiya, nefrologiya və xroniki hemodializ böyrəkköçürmə ilə, uşaq urologiyası, radionuklid – radioimmun – immunokimyəvi müayinələrin aparılması ilə şöbənin yaradılması, endouroloji şöbə və endouroloji əməliyyatlar, autohemotransfuziologiya, tibbi – genetik laborotoriya, distansion zərbə dalgalı litotrisiya şöbəsi, angioqrafiya şöbəsi – damar müayinələri, sidik cinsiyyət orqanlarının anadangəlmə anomaliyalarında rekonstruktiv plastik əməliyyatlar və s. aiddir.
Akademik M.C.Cavad-Zadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O,Lenin ordeni,"Fəxri nişan", "Oktyabr inqilabı", Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı ilə mükafatlandırılmış, "Əməkdar elm xadimi" fəxri adına və "Şöhrət" ordeninə layiq görülmüşdür. 2007-ci ildə ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən akademik Mirməmməd Cavadzadə ölkənin ən ali mükafatı "İstiqlal" ordeni ilə təltif olunmuş, vəfatından sonra (2008 ci il) 2009-cu ildə isə Respublika prezidentinin sərancamı ilə uzun illər rəhbərlik etdiyi Respublika Klinik Uroloji xəstəxanasına onun adı verilmişdir.
Kafedranın tədris bazası ixtisaslaşdırılmış müaliçə müəssisəsi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Akademik M.C.Cavad-Zadə adına Respublika klinik uroloji xəstəxanası 2008-ci ildən 2 uronefroloji şöbə, Uşaq uronefroloji, böyrəkköşürmə şöbəsi, qəbul-məsləhət şöbəsi, radiologiya və şua diaqnostika şöbəsi, klinik laboratoriya, anesteziologiya və reanimasiya şöbəsi və əməliyyat bloku şöbələri fəaliyyat göstərirlər.
Klinikada 2 mühazirə zalı var. Bu zallar müxtəlif proyeksion aparatlar və stasionar kino qurğuları ilə təchiz olunmuşdur.
Kafedrada urologiyanın bütün bölmələrin tədrisi üşün 16 elmi – metodik filmlər, rəngli və ağ-qara slaydlar, pover-poyentda elektron variantlı mühazirələr, şəkillər, mulyajlar və s. Vəsaitlər vardır. Ümumiyyətlə kafedranın və klinikanın təchizatı tədris, elm və müalicə işlərinin aparılmasına imkan verir.
Kafedranın ştatı 8 nəfərdən ibarətdir.
Kafedranın elmi əlaqələri Rusiya, Almaniya, Türkiyyə, Bolqarıstan və digər ölkələrin uroloji elmi cəmiyyətləri ilə aparılır. Kafedranın əməkdaşları Beynəlxalq Uroloqlar Cəmiyyətinin, Avropa Uroloqlar Cəmiyyətinin, Purkinye (Çexoslovakiya) adına Tibbi Cəmiyyətin fəxri üzvləri, Bolqarıstan Uroloqlar Cəmiyyətinin üzvləridirlər.
Kafedranın əməkdaşları Azərbaycan Tibb Universitrtinin Urologiya üzrə Dissertasion Şurasının üzvüdürlər.
2012- ci ildə Bakı şəhərində Avropa Uroloji Məktəbi (ESU), Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) və Ə.Əliyev adına AzDHTİ "Radikal prostatektomiyanın texniki tövsiyyələri və Böyrəkdaşı xəstəliyinin müasir müalicəsi" mövzusunda birgə konfrans, 2012 – ci ildə Gəncə şəhərində Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) təşəbbüsü ilə "Prostat vəzin adenomasının müasir müalicə üsulları" mövzusunda konfrans, Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) və androloqlar Assosiasiyasının Vİİ simpoziumu (Bakı, 2013), "Sidik yollarının residivləşən bakterial infeksiyalarının müalicəsində yeni imkanlar" mövzusunda konfrans (Bakı, 2013), " Prostat vəzin xoşxassəli hiperplaziyasınının müalicəsi" mövzusunda konfranslar (Bakı, 2013) keçirilmişdir. 2013 – cü ildə Azərbaycan Uroloqlar Assosiasiyasının (AUA) prezidenti Professor S.M.Cavadzadə və Səhiyyə Nazirliyinin baş uroloqu Professor İ.H. Fiqarov Avropa Uroloqlar Assosiasiyasının xxviii konfransında (Milan, 2013) iştirak etmişlər.

2009-ci ilin fevral ayından kafedraya tibb elmləri doktoru, professor Cavad-zadə Samir Mirməmməd oğlu başçılıq edir. Professor S.M. Cavad-zadə "Nefrolitiazlı xəstələrdə operativ müalicə və DZDL böyrəklərin funksional vəziyyətinə və каlsium homeostazının bəzi göstəricilərinə təsirinin müqayisəli qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasını 1992-ci ildə Baki şəhərində, "Endemik reqionda sidikdaşı xəstəliyi" mövzusunda doktorluq dissertasiyasını isə 1999-cu ildə Moskva şəhərində müdafiə etmişdir. O, ilK dəfə Azərbaycanda sidikdaşı xəstəliyində distansion zərbə dalğalı litotripsiya və aşağı sidik yollarının xəstəliklərində transuretral rezeksiya müasir müalicə üsullarını geniş surətdə tətbiq etməklə bu istiqamətdə öz elmi işlərini davam etdirir. 2005-ci ildə "Tərəqqi’" ordeninə layiq görülmüşdür.1 kitab, 4 metodik tövsiyə, 1 patent, 7 səmərələşdirici təklif və 42 elmi məqalənin müəllifidir. Professor Cavad-zadə Samir Mirməmməd oğlu 2009-cu ildən Azərbaycan Uroloqlar Asossiasiyasının prezidentidir.
Kafedranın elmi istiqaməti
Mövzunun adı: Sidik cıxarıcı yollarının xəstəliklərinin muasir müalicə üsulları.
İşin məqsədi: Hazırkı işin məqsədi, prostat vəzin hiperplaziyası ilə olan xəstələrin müalicə taktikasının seçimi üçün optimal kriteriaların hazırlanması, prostat vəzin adenomasının müxtəlif üsullarına göstərişləri sistemləşdirmək və cərahhi müaıicə aımış xəstələri aparılmasının optimal taktikasını müəyyən etmək, şəxsi və arxiv materiallarında uretroplastikanın müxtəlif növlərinin nəticələrinə öyrənməklə uretranın strikturasına müalicəsinin optimal yanaşmanı işləyib hazırlamaq və həmçinin xroniki böyrək catişmazligi ilə fəsadlaşmiş böyrəkdaşi xəstəliyində fəaliyətdə olan böyrək parenximasi həcminin reduksiyasi dərəcəsi və böyrəklərin glomerulyar və tubulyar fəaliyətinin pozulmasi ilə hormonal sistemində baş verən dəyişiklikləri müəyyən etmək və alinmiş nəticələrə əsasən böyrəklərin fəaliyyətində və hormonal homtostazda müəyyən olunmuş pozgunluglarin təhlilini vermək.
Gözlənilən nəticələr: Bütün yuxarıda göstərilənlər böyrəklərin, sidik kisəsinin, prostat vəzin və uretranın xəstəlikləri ilə olan xəstələrin müayinəsini yüngülləşdirilməyə imkan verəcək, müalicəni və diaqnostikanı yüksək dərəcədə aparılması üçün klinik tibbin müasir tələblərini nəzərə alaraq şərait yaradacaq, həmçinin xəstənin və stasionar maliyyə xərclərində müsbət təsir göstərəcək. Alinmiş nəticələrə əsasən böyrəklərin fəaliyyətində və hormonal homtostazda müəyyən olunmuş pozgunlugları təhlilini vermək.
I mövzu: "Xroniki böyrək çatişmazliğinda böyrəklərin fəaliyyəti və hormonal sistemdə olan dəyişikliklər".
Konsultant: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Dosent Qarayev M.H.
II mövzu: "Sidik kanalının strikturalarında uretroplastika əməliyyatlarının effektivliyi"
Elmi rəhbər: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Assistent Əbilov N.A.
III mövzu: "Критерии выбора методов оперативного лечения доброкачественной гиперплазии предстательной железы и сравнительная оценка их эффективности"
Elmi rəhbər: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Baş laborant Aşurov C.B.
Kafedranın professor müəllim heyətinin 250–dən çox yerli və xarici elmi əsərləri çapdan çıxmışdır (növbəti səhifələrdə). Onlar dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib, müxtəlif elmi mövzularla çıxış edərək Azərbaycan Respublikasını təmsil ediblər.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın yerləşdiyi akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında kafedranın əməkdaşları tərəfindən müasir uroloji diaqnostik və müalicə prinsiplərinə əsaslanan metodikalar tətbiq edilir. Həmin xəstəxananın bütün şöbələrinə, habelə respublika rayonlarının həkimıərinə (həm səyyari kurslar, həm də sanitar aviasiya xətti ilə) müalicə-konsultativ köməklik edilir. Kafedranın əməkdaşları urologiyada müasir müayinə, müalicə və diaqnostika üsulları və digər mövzularda dünyanın bir çox ölkələrində keçirilən konfranslarda iştirak edirlər və bu sahədə olan ən yeni məlumatları həkimlərə və həkim müdavimlərə çatdırırlar. Kafedra müdiri professor S.M. Cavad-Zadə, professor İ.H. Fiqarov, professor Hüseynov E.Y.,dosent Qarayev M.E., assistent Hüseynova T.T., assistent Əbilov N.A. və baş laborant Aşurov C.B. Azərbaycan Uroloqlar Assosiasiyasının üzvüdürlər.
Kafedranın əməkdaşları Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xəstələrin müalicə işində bilavasitə iştirak edir, Bakı şəhərinin başqa müalicə idarələrində konsultasiya aparılır. Səhər konfransları kafedranın, şöbənin əməkdaşları və kursantların iştirakı ilə aparılır, mürəkkəb diaqnozlu xəstələrin tibbi yoluxması da müzakirə edilir. Hər gün kafedranın müdiri professor Cavad-Zadə S.M. ağır xəstələrə baxır.
Kafedranın əməkdaşları

Kafedranın professoru, tibb elmləri doktoru Fiqarov İsmət Hüseyn oğlu 2 kitabın, 8 metodiki tövsiyənin, 1 patentin, 12 səmərələşdirici təklif və 82 elmi məqalənin müəllifidir. Professor İ.H.Fiqarov hipertenziyada damar müayinələrinin aparılması, vazorenal hipertenziyanın diaqnostikası və cərrahi müalicəsi istiqamətində - uroonkologiya, sidikdaşı xəstəliyi və böyrəklərin anomaliyalarında, sidikcinsiyyət orqanlarının zədələnmələrində çoxsaylı elmi işlərin müəllifidir. Onun rəhbərliyi ilə "Varikosele" və "vazorenal hipertoniya" elmi-tədris filmi çəkilmişdir. Respublikanın əməkdar həkimidir və səhiyyə nazirliyinin baş uroloqudur.

Kafedranın professoru, tibb elmləri doktoru Hüseynov Eldar Yəhya oğlu 1990-cı ildən kafedranın assistenti, 1995-ci ildən dosenti, 2005-ci ildən professorudur. 1989-cı ildə Moskva şəhərində Pediatriya ETİ-də "Enurezlə olan uşaqlarda sidik kisəsinin funksional pozgunluqlarının urodinamik diaqnostikası və müalicəsi" mövzusunda namizədlik, 2001-ci ildə Moskva şəhərində Urologiya ETİ-də "Obstruktiv və refluksu uropatiyalarda aparılan rekonstruktiv plastik əməliyyatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə akademik M.C. Cavad-zadə ilə müştərək "Uşaqlarda sidik yollarında aparılan rekonstruktiv-plastik əməliyyatlar", 2014-cü ildə "Uşaqlarda hidronefroz" monoqrafiyaları çapdan çıxmışdır. 2 monoqrafiya, 70-a qədər elmi məqalənin,1 ixtiranın, 12 səmərələşdirici təklifin, 3 metodik tövsiyyənin müəllifidir.

Assistent Hüseynova Tamilla T. qızı 1994-cü ildən kafedranın assistenti vəzifəsində çalışır. 1994-cü ildə "Qalxanvari vəzinin funksional vəziyyəti və uşaqlarda urolitiazın genetik aspektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 16 elmi məqalənin müəllifidir.

Assistent Əbilov Nicat Arif oğlu 2004-2005-ci illərdə akad. M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında həkim-intern, 2005-ci ildən 2010-cı ilə qədər kafedrada baş-laborant, 2010-cı ildən assistent vəzifəsində çalışır. "Uretranın daralmalarında uretroplastika əməliyyatlarının effektivliyi" mövzusunda elmi-axtarış işi aparır. 4 elmi məqalənin müəllifidir.
Kafedranın ünvanı
Ünvan: Bakı şəhəri, AZ1001 Zərgər Palan küçəsi, 4
Tel.: (+ 994 12) 492-24-25, 492-25-47
Avtoreferatlar
Гусейнов Эльдар Яхья оглы
Уродинамическая диагностика нарушений функции очевого пузыря у детей с энурезом и его лечение. 14.00.35 - детская хирургия. Диссертации на соискание учёной степени кандидата медицинских наук. Москва - 1989.
Гусейнов Эльдар Яхья оглы
Реконструктивно - пластические операции при обструктивных и рефлюксирующих уропатиях у детей. 14.00.40 - урология. Диссертации на соискание учёной степени доктора медицинских наук. Баку - 2001.
Фигаров Исмет Гусейн оглы
Лечение нефрогенной гипертензии при хронической почечной недастаточности. 14.00.40 - урология, 14.00.05 - внутренние болезни. Диссертации на соискание учёной степени доктора медицинских наук. Баку - 1995.
Oftalmologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
1935-ci ildə Ə.Əliyev adına ADHTİ-nin həyatında mühüm hadisə baş verdi, Azərbaycanın tibb elmi tarixində və respublikada yaddaqalan iz buraxmış oftalmologiyanın inkişafında Göz xəstəlikləri kafedrası təşkil olundu. Kafedra ölkəmizdə oftalmologiyanın inkişafına böyük təsir göstərmişdir. Belə ki, orada praktiki və nəzəri oftalmologiyanın inkişafına çoxlu güc sərf etmiş Azərbaycan oftalmologiyasının tanınmış nümayəndələri çalışırdılar.
Kafedranın təhsil, elmi və müalicə diaqnostika işi üçün bazası Azərbaycan Klinik İnstitutunun göz şöbəsi oldu. Belə ki, 1946-cı ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu təşkil edildikdə onun kliniki və laborator şöbələri kafedranın yeni bazasına çevrildi. 1966-cı ildən bu günədək baza akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz şöbəsindədir. Eyni zamanda 1977-ci ildən 1983-cü ilədək kafedranın bazası 4№-li Şəhər Klinik Xəstəxanasının göz şöbəsi olmuşdur. Kafedranın ilk müdiri professor Y.K.Varşavski (1935-1937) olmuşdur. Sonralar kafedraya professor S.İ.Vəlixan (1939-1971), professor U.N.Səmədova (1971-1982), akademik Z.Ə.Əliyeva (1982-1985), professor M.Y.Sultanov (1985-1996), professor Ç.C.Cərullazadə (1996-2000), professor N.S.Tağızadə (2000-2004) rəhbərlik etmişlər.
Hal-hazırda kafedraya tibb elmləri doktoru E.M.Qasımov rəhbərlik edir. Eyni zamanda kafedrada professor R.V.Hacıyev, dosentlər K.Q.Tağıbəyov, N.F.Qurbanova, assistentlər N.M.Hacıyeva, V.Ə.Aslanova, P.V.Museyibova, 8 baş laborant çalışır. Əvvəllər müxtəlif illərdə kafedrada Fprofessor S.A.Axundov-Bağırbəyova, tibb elmləri namizədləri P.Zairova, B.X.Novruzova, X.A.Rəcəbova, Z.X.Vəlixan, T.Mirzəyev, S.M.Əsgərova çalışmışlar. Professor S.İ.Vəlixan Peterburq Qadın Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, yüksək biliyə, dünya görüşünə malik, əla peda-qoq və 1928-ci ildə doktorluq disseratasiya müdafiə edib, professor adına layiq görülmüş ilk azarbaycanlı qadın idi. O, 32 il müddətində - 1939-cu ildən 1971-ci ilədək Ə.Əliyev adına ADHTİ-nin göz xəstəlikləri kafedrasına rəhbərlik edib, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işlərin təşkilində aktiv iştirak etmiş və elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1938-ci ildən 1946-cı ilədək keçmiş klinik institutun göz şöbəsinin müdiri olaraq, elə orada traxoma ilə mübarizə şöbəsi yaratmışdır. Elmi tədqiqatlarının əksəriyyətini traxoma probleminə və bu patologiya zamanı görmə orqanında baş verən histoloji və sitoloji dəyişikliklərin öyrənilməsinə yönəltmiş, eyni zamanda traxoma əleyhinə mübarizədə metodik-təşkilati iş formasının təşkilində aktiv iştirak etmişdir. Prof. S.İ.Vəlixan 61 elmi işin müəllifidir. Məsələn: "Gözün cü-zam xəstəlikləri zamanı anatomik dəyişiklikləri", "Azərbaycanda traxomaya qarşı mübarizə barədə suallar", "Gözləri traxomadan, konyunktivitdən və başqa xəstəliklərdən necə qorumalı?". Onun rəhbərliyi altında 4 doktorluq (prof. K.Qanboy, prof. L.S.Slyuski, prof. S.X. Axundova-Bağırbəyova, prof. Ü.N.Səmədova), 16 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Prof. S.İ.Vəlixanın fəaliyyəti yüksək qiy-mətləndirilmişdir. 1942-ci ildə ona SSRİ-nin əməkdar elm xadimi adı verilmiş, "Qırmızı ulduz" və "Şərəf nişanı" ordenlərinə, eyni zamanda bir sıra medallara layiq görülmüş, Az.SSR-in Səhiyyə Nazirliyi tərəfindən bir neçə Fəxri Fərman ilə təltif olunmuşdur.
Prof. S.X.Axundova-Bağırbəyova 1946-cı ildə kafedrada assistent, sonradan dosent və 1954-cü ildən professor vəzifəsində çalışmışdır. 1949-cu ildə tibb elmləri namizədliyi və 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Az.ET Göz Xəstəlikləri İnstitutunun təşkilində aktiv iştirak etmişdir. O, buynuz qişanın köçürülməsi, toxuma terapiyası, torlu qişanın qopması problemi haqqında elmi işlərin müəllifidir. Oftalmologiya üzrə 2 doktorluq və 12 namizədlik disseratasiyasının elmi rəhbəridir. Qırmızı Əmək Bayrağı və Lenin ordenləri ilə təltif olunmuşdur, Azərbaycan SSR-in əməkdar həkimi və elm xadimidir. 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Prof. Ü.N.Səmədova traxomalı xəstələrdə qlaukomanın diaqnostikasına həsr olunmuş bir sıra elmi işlərin müəllifidir. O, buynuz qişanın bitişmiş leykomalarının və stafilomalarının nəticəsində əmələ gələn ikincili qlaukomada patohistoloji dəyişiklikləri öyrənmişdir.
Kafedraya böyük şöhrəti insanlarda görmə üzvünün peşə patologiyası probleminə həsr olunmuş fundamental tədqiqatların aparılması gətirmişdir. Azərbaycan oftalmologiyasının parlaq nümayəndəsi akademik Z.Ə. Əliyevadır. O, Azərbaycanda oftalmologiyanın gələcək müvəffəqiyyətli inkişafına təsir göstərmiş, respublikada sənaye oftalmologiyasının təşkilatçısı olaraq, SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatının laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan əməkdar elm xadimi, professor və görkəmli alim idi. 1979-cu ildə onun birbaşa iştirakı ilə görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə problem laboratoriyası təşkil olunmuşdur. Onun şina istehsalında və yod sənayesində gözün peşə patologiyası sahəsində apardığı tədqiqatları oftalmologiyaya gətirilən dəyərli yeniliklərdəndir.
Akademik Z.Ə.Əliyeva sərbəst və MDB-nin bir çox tanınmış oftalmoloqları ilə birgə 18 əsaslı monoqrafiyanın müəllifidir (akad. A.P.Nesterov, prof. N.B.Şulpina, prof. Z.M.Skripniçenko, L.K. Maşetova, prof. U.S.Veltxover, prof. M.Q.Marqolis, prof. M.Y.Sultanov və başqaları). Məsələn: "Terapevtik oftalmologiya", "Görmə üzvünün peşə patologiyası", "İrididiaqnostokanın əsasları", "Şəkərli diabet zamanı gözün xəstəlikləri", "Görmə üzvünün vərəmi", "Yaşaparmanın fiziologiyası", "Yaşaxmanın cərrahi müalicəsinin müasir üsulları", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Şina istehsalında görmə üzvünün sənaye parologiyası" və başqaları. Akademik Z.Ə.Əliyevanın 140 elmi məqaləsi dərc edilmişdir. O, 1 ixtiranın həmmüəllifidir, 4 tibb elmləri namizədliyi dissertasiyasının elmi rəhbəri olmuşdur. Akademik Z.Ə.Əliyeva Dünyanın Müdafiə Komitəsinin, "Bilik" cəmiyyətinin, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, "Oftalmologiyada yeniliklər" jurnalı redaksiya heyətinin üzvü olaraq böyük ictimai iş aparmışdır.
Prof. M.Y.Sultanov dakriologiyanın inkişafında nəzərəçarpacaq yeniliklər əldə etmişdir. O, yaşaparıcı yolların patologiyası zamanı cərrahi müalicə və diaqnostika sahəsində çox çalışmış, yaşaparıcı yolların xəstəliyinin təsnifatını işləyib hazırlamışdır. Prof. M.Y.Sul-tanov kafedradakı cərrahi alətlərin modelinə uyğun olaraq yaşaparıcı yolların cərrahi müalicəsinin orijinal üsullarını hazırlamışdır ki, bu da hazırda oftalmocərrahiyyədə geniş istifadə olunur.
Prof. M.Y.Sultanov 186 elmi məqalənin müəllifidir, ixtiraya görə 8 müəlliflik şəhadətnaməsi almışdır. O, Akademik Z.Ə.Əliyeva ilə birgə yaşaparmanın fiziologiyası və yaşaparıcı yolların patologiyasının cərrahi müalicəsinə aid 3 monoqrafiya yazmışdır. Onun rəhbərliyi altında 2 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Prof. Ç.C.Cərullazadə rekonstrukriv oftalmocərrahiyyədə silikon implantların və qurğuların tətbiq edilmə imkanlarının klinik eksperi-mental olaraq öyrənilməsi ilə məşğul olmuşdur. İxtiraya görə 20 həmmüəllif şəhadətnaməsi var, 3 tibb elmləri namizədliyi dissertasiyasına rəhbərlik etmişdir.
Prof. N.S.Tağızadə kafedra müdiri və institutun elmi işlər üzrə prorektoru olmuşdur. O, orqanizmə stirol və tetraxloretilen buxarlarının xroniki təsiri zamanı gözdə baş verən zədələnmələrə qarşı müalicə və profilaktika tədbirləri işləyib hazırlamışdır. Onun tərəfindən peşə zərərlərinin yaşaparıcı yollarının xəstəliklərinin etiologiya və patogenezinə təsir rolu aşkara çıxarılmış və prof. M.Y.Sultanovla birgə müalicəsinin yeni üsulları təklif olunmuşdur (xarici dakriosis-torinostomiya, dakrioduktorinostomiya üsulu, yaş kisəsinin hidropsunun müalicəsi və s.). 48 məqalənin müəllifidir, ixtiraya görə 7 həmmüəllif şəhadətnaməsi var, 2 tibb elmləri namizədliyi dissertasiyasının elmi rəhbəri olmuşdur.
Kafedranın işçiləri maraqlı və məhsuldar elmi tədqiqatlar aparır. Qlaukomanın və kataraktanın dərindən öyrənilməsi və cərrahi müalicəsi, buynuz qişanın köçürülməsi ilə bağlı problemlərin öyrənilməsi, okuloplastika və rekonstruktiv cərrahiyə, peşə patologiyaları, yaşaparıcı yolların xəstəlikləri, diabetik retinopatiya, buynuz qişanın xəstəliklərinin öyrənilməsi kafedrada aparılan orjinal tədqiqatlardır.
Hazırda kafedrada qlaukomanın əmələ gəlməsinə səbəb olan faktorlar, gözdə damar dəyişiklikləri, eyni zamanda görmə üzvünün infeksion xəstəlikləri ilə bağlı suallar, uşaqlarda və böyüklərdə yaşaparıcı yolların patologiyası və cərrahi müalicə üsulları, okuloplastik və rekonstruktiv cərrahiyəsi ilə məşqul olur.
Kafedrada 7 tibb elmləri doktoru, 12 tibb elmləri namizədi, 27 klinik ordinator hazırlanmışdır. Onlardan bir çoxu respublikanın və xarici dövlətlərin tibb müəssisələrində çalışır.
Kafedranın əməkdaşları tərəfindən oftalmologiyanın müxtəlif bölmələrinə aid olan 30-dan artıq monoqrafiya yazılıb, 300-dən artıq elmi məqalə dərc olunub, 20 metodik tövsiyə hazırlanıb və ixtiraya görə 10 həmmüəllif şəhadətnaməsi alınıb. Tibb elminin son nailiyyətlərindən lazer cərrahiyyəsi metodundan istifadə olunur.
Kafedrada əsas yeri tədris tutur. Tədris işi diplom aldıqdan sonra ixtisaslaşmaya və təkmilləşməyə uyğunlaşdırılmış proqram üzrə aparı-lır ki, bunun əsasında həkim-oftalmoloqlar xəstəyə yüksək nəzəri və professional oftalmoloji kömək göstərmək imkanına malik olurlar. Tədris planları daim təkmilləşir. Təhsil prosesinə bilik və qavra-manın yeni forma və texnologiyası tətbiq edilir. Bunlara testləşməni, təhsilin prezentasiya şəklində keçirilməsi və s. göstərmək olar. Kafedranın və akademik Z.Ə. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin işçiləri tərəfindən 1050 Attestasiya testləri tərtib olunmuşdur və Səhiyyə Nazirliyində təsdiq edilmişdir. Bu testler oftalmologların sertifikasiyası zamanı istifadə olunur. Təhsil zamanı proqramın yerinə yetirilməsi üçün praktik məşğələlərdən, müxtəlif növ seminarlardan, tədris konferensiyalarından istifadə olunur. Kafedrada oftalmologiyanın bütün bölmələrini tədris etmək qabiliyyətinə malik yüksək hazırlıqlı müəllimlər və bu proqrama uyğyn tədris ləvazimatı vardır. Ləvazimatlardan slaydlar, mühazirə mətnləri, həkim-dinləyicilər üçün metodik tövsiyələr, testlər, Azərbaycan, rus və ingilis dillərində kompyuter proqamlarını və s. göstərmək olar. Hər kursun başlanğıcında həkimdinləyicilərin bilikləri və hansı yeniliklərlə tanış olduqları aşkar olunur. Tədris prosesində bu iş tez-tez təkrar olunur. İmtahan kursun sonunda test üsulu ilə keçirilir.
Tədris işi ixtisaslaşdırma, ümumi və tematik təkmilləşmə kurs-larında aparılır. Məsələn, "Oftalmologiya", "Oftalmologiyada aktual suallar", "Göz xəstəliklərinin diaqnostikasında və terapiyasında seçil-miş müasir üsullar", "Qlaukoma", "Görmə üzvünün damar patologiya-sı", "Yaxındangörmə və digər ametropiyalar", "Attestasion kurs" və başqaları. Akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi göz xəstəlikləri kafedrasının tədris bazasıdır.
Kafedrada keçmiş SSRi-nin müxtəlif regionlarından, Azərbaycanın rayonlarından, Bakı, Gəncə, Sumqayıt və s. şəhərlərdən 5000-dən artıq oftalmoloq hazırlanmışdır. Kafedrada 1939-1971-ci illərdə 1500, 1971-1982-ci illərdə 500-dən artıq, 1982-ci ildən hazırkı vaxtadək 2000 oftalmoloq öz ixtisaslarını artırmışlar. Müəllim heyətinin hazırlanması, tədris prosesinin yüksəlməsi, elmi axtarışların keçirilməsi kafedranın beynəlxalq əlaqələrindən çox asılıdır. Kafedra tədris prosesində Rusiya, Türkiyə, ABŞ və digər dövlətlərin tanınmış, qabaqcıl və ən mühüm nailiyyətlər əldə etmiş tədris və elmi mərkəzlərinin təcrübəsindən istifadə edir.
Bu gün kafedra bütün qətiyyəti ilə öz gücünü Ə.Əliyev adına ADHTİ-də əla təhsilli, professional hazırlıqlı, yüksək təkmilləşmiş of-talmoloqların hazırlanmasına yönəltmişdir.

2004-cü ildən bu günədək kafedranın müdiri işləyən tibb elmləri doktoru, professor Qasımov Elmar Mustafa oğlu, eyni zamanda akad. Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır. Moskva oftalmologiya məktəbinin yetirməsidir (Moskva şəhəri, Dövlət Tibb Universitetinin müalicə fakültəsinin göz xəstəlikləri kafedrası). O, torlu qişada və görmə sinirində baş verən metobolik pozulmaların korreksiyası üçün trofiki lazerokoaqulyasiyanı dərindən öyrənmış və ətrafdakı toxumanın minimal zədələnməsini təmin edən mis buxar lazerindən istifadə etmişdir.
Kafedranın elmi istiqaməti
Tor qişanın damar mənşəli patologiyalarında müasir diaqnostika və müalicə üsullarının səmərəliliyinin öyrənilməsi.
İcraçılar: Məsul: prof. Qurbanova N.F.
Assistentlər: Hacıyeva N.M., Tağıbəyov K.Q., Aslanova V.A., Ocak P.V., Hidayət-zadə S.S., Həsənova S.O., Həsən-zadə L.Y.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazası akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yerləşir. Kafedranın professor və dosentləri müntəzəm olaraq müxtəlif xəstələrə baxış keçirir, diaqnostika və müalicə məsələlərində həkimlərə yaxından kömək göstərirlər. Bu prosesdə kafedranın digər işçiləri, həkim- müdavimlər, rezidentlər də iştirak edirlər. Diaqnostikası çətin olan xəstəliklər araşdırılır, tez-tez kliniki təhlillər, konsiliumlar təşkil edilir. Eyni zamanda kafedrada tez-tez göz xəstəliklərinin müxtəlif sahələrinə dair elmi-praktik konfranslar da keçirilir, diskussiyalar aparılır. Kafedranın assistentləri müxtəlif patologiyalı xəstələrin müalicəsi ilə məşğul olur.
Kafedranın əməkdaşları

Kafedranın professoru, t.e.d. Rasim Vahid oğlu Hacıyevin tədqiqatları diabetik retinopatiyanın patogenezinə və bu patologiya zamanı görmə üzvünün qlial hüceyrələrində, ekstrasellulyar matriksdə və kapilyarlarda baş verən dəyişikliklərə həsr olunmuşdur.

T.e.d., professor Nigar F. Qurbanova kafedranın professorudur. Moskvada namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Namizədlik dissertasiyası fakoemulsifikasiya əməliyyatından sonra uzunmüddətli müşahidə dövründə revers İOL olan gözlərin funksional vəziyyətinin klinikasına həsr olunmuşdur. Doktorluq dissertasiyasında diaqnostika üsulları əsasında oftalmotravmotoloji yardımın müasir aspektlərini öyrənmışdır. Hal-hazırda katarakta və qlaukomanın cərrahi müalicəsiylə məşqul olur. 60dən çox elmi məqalə və bir çox tezisin müəllifidir.

T.e.ü.f.d., dosent Hacıyeva Nüşabə Mirzəli qızı kafedranın dosentidir. "B-talassemiyalı xəstələrin görmə organının vəziyyəti" mövzusunda namizədlik dissertasiyanı müdafiə edib. Hal-hazırda gözün ön hissəsinin cərrahiyyəsi ilə məşqul olur. 40 yaxın məqalələrin müəllifidir. 2012-ci ildə Moskva şəhərində Oftamologiya üzrə Təkmilləşmə kursu keçmişdir.

Assistent, t.e.ü.f.d. Aslanova Vəfa Əli qızı kafedranın assistentidir. "Yaşaparıcı yolların irinli-iltihabi xəstəliklərinin bir sıra etiopatogenetik amilləri" mövzusunda namizədlik disertasiyasını müdafiə edib. 2010-cu ildə Ankara şəhərində iki göz xəstəxanasında və Başkent universitetində kurs keçib. 40-dan artıq elmi məqalələrin, 2 metodik tövsiyənin və 2 tı tədris vəsaitinin həmmüəllifidir. (müəlif t.e.d. prof Qasımov E.M.)

Assistent Ocak Pərvin Vaqif qızı kafedranın assistentidir. 2000-2002-ci il tarixində Moskva şəhərində kliniki ordinaturada, 2010-2011 ildə İstanbul Beyoglu Göz Xəstəxanasında okuloplastika və rekonstruktiv cərrahiyə kursunu keçib. Hal-hazırda "Dakriosistitlərin residivlərinin profilaktikasının yeni üsulu" mövzusunda dissertasiya üzərində işləyir və okuloplastik cərrahi əməliyyatları aparır.
Kafedranın ünvanı
Akad. Z.Əliyeva ad. Milli Oftalmologiya Mərkəzi, 6-cı mkr., Cavadxan küçəsi, m. 32/15, tel.: 569-09-38
Avtoreferatlar
Qurbanova Nigar F. qızı
Клинико-функциональное состояние глаз с «реверсной» ИОЛ после факоэмульсификации при миопии высокой степени в отдаленном периоде наблюдения. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва-2001 г.
Разработка комплексной системы мероприятий по оказанию офтальмотравматологической помощи на основе современных методов диагностики и лечения. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва-2004 г.
Hacıyeva Nüşabə Mirzəli qızı
Состояние органа зрения больных бета-талассемией. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва-1997 г.
Aslanova Vəfa Ə. qızı
Gözyaşı aparıcı yolların irinli-iltihabi xəstəliklərinin bir sıra etiopatogenetik amilləri. 14.00.08 - Göz xəstəlikləri. Tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının avtoreferatı. Bakı-2004-cü il.
Anesteziologiya və reanimatologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Azərbaycanda ilk dəfə olaraq 1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun döş qəfəsi cərrahiyyəsi kafedrası nəzdində həkim anestezioloq-reamimatoloqlar üçün kurslar təşkil olunmuşdur. Kurslarda aparılan tədris işi anesteziologiya və reanimatologiya ixtisası üzrə ixtisaslaşdırmanı (6 aylıq kurslar) və həkim anestezioloq-reanimatoloqların təkmilləşdirilməsini (4 aylıq kurslar) nəzərdə tuturdu. Həmin kurslara tibb elmləri namizədi, dosent A.Q.Axundov rəhbərlik edirdi.
Azərbaycanda həkim anestezioloq-reanimatoloqlar üçün ilk iş yerlərinin (ştatların) açılması 1960-cı illərə təsadüf etdiyinə görə ölkəmizdə mütəxəssis anestezioloq-reanimatoloqların hazırlanmasında bu kursların böyük rolu olmuşdur. 1980-ci ildən başlayaraq kursların tədrisi ADHTİ-nin cərrahiyyə kafedrasının nəzdində (3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının bazasında) davam etmişdir.
Ölkəmizdə anestezioloq-reanimatoqlara olan tələbatın getdikcə artması, yeni bir elmi-praktik sahə olan anesteziologiya və reanimatologiyanın sürətlə inkişafı, müasir diaqnostika və müalicə metod və texnologiyaların yayılmasında izlənən sıçrayış artıq bu sahə üzrə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi ilə məşğul olan bazanın genişləndirilməsini tələb edirdi. Tədris imkanları məhdud olan kurslar bu işin aparılması üçün kifayət etmirdi.
Beləliklə, anesteziologiya və reanimatologiya sahəsində həkimlərin ixtisaslaşma və təkmilləşdirmə prosesini daha geniş miqyasda və müasir tələblərə uyğun formada təşkil etmək məqsədilə 1984-cü ildə ADHTİ-də anesteziologiya və reanimatologiya kafedrası yaradıldı. Kafedranın müdiri vəzifəsinə tibb elmləri doktoru, professor S.N.Lınyov təyin edildi. Kafedra müəllim ştatı ilə komplektləşdirildi və akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxana və Respiblika Uroloji Klinik Xəstəxana (hazırda akademik M.C.Cavadzadə adına) kafedranın klinik bazaları təyin edildi. Həmin dövr ərzində kafedranın bazalarında yüzlərlə həkim anesteziologiya və reanimatologiya ixtisası üzrə ixtisaslaşdırma (5 aylıq kurslar), ümumi təkmilləşdirilmə (3 aylıq kurslar) və tematik təkmilləşdirilmə (0,5 aydan 2 aya qədər) kursları keşmişdir. İlk addımlardan kafedra həkimlərin ixtisasının artırılması ilə yanaşı elmi tədqiqatlarla da məşğul olmuşdur. Bu illərdə həyata keçirilmiş elmi-tədqiqat işlərin mövzuları sepsis və endotoksikozlar zamanı intensiv terapiya, travmatoloji xəstələrdə, qanaxmalarla müşayiət olunan anemiyalı ginekoloji xəstələrdə əməliyatlar zamanı anesteziya və intensiv terapiyası ilə bağlı olmuşdur.
Anesteziologiya və reanimatologiya kafedrasının nəzdində 2001-ci ildə “Təxirəsalınmaz halların reanimasiyası və intensiv terapiyası” kursu təşkil olunmuşdur. Kursa rəhbərlik t.e.n. F.C.Tağızadəyə həvalə edilmişdir. Kurslar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim-tədris mərkəzinin binasında yerləşir. Kurslarda aparılan tədris işi təcili yardım həkimlərin ümumi təkmilləşdirilməsini (4 həftəlik kurslar) və müxtəlif mövzularda tematik təkmilləşdirilməsini (2 həftəlik kurslar) nəzərdə tutur. Təlim-tədris mərkəzi bütün lazımi texniki-tədris avadanlığı, mulyajlar, simulyatorlar və əyani vəsaitlərlə təmin olunub.
2000-ci ildən anesteziologiya və reanimatologiya kafedrasına əməkdar elm xadimi, tibb elmləri doktoru, professor K.N.Hacımuradov rəhbərlik edir.
K.N.Hacımuradov 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirdikdən sonra 7 saylı Bakı Şəhər Xəstəxanasında internatura kursunu keçib. 1977-1996-ci illər ərzində Respublika Uroloji Klinik Xəstəxanasının (hazırda akademik M.C.Cavadzadə adına) anesteziologiya və reanimatologiya şöbəsində həkim vəzifəsində işləyib. 1986-cı ildə Kiyev şəhərində “Prostat vəzinin adenoması olan xəstələrdə əməliyyatdan sonraki trombotik ağırlaşmaların profilaktika metodların effektivliyinin öyrənilməsi” mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyanı müdafiə edib. 1995-ci ildə “Sidik-cinsiyyət sistemi orqanların cərrahi əməliyyatlarında epidural anesteziyanın tətbiqi” mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyanı müdafiə edib. 1997-1999-cu illərdə o, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya və reanimatologiya kafedrasının professoru vəzifəsində işləyib, 2000-ci ildə həmin kafedranın müdiri vəzifəsinə seçilib. 2007-ci ildə K.N.Hacımuradova professor elmi adı verilib, 2015-ci ildə o, eməkdar elm xadimi fəxri adına layiq görülüb. Onun elmi rəhbərliyi ilə anesteziologiya və reanimatologiya ixtisası üzrə 8 tibb üzrə fəlsəfə doktoru və 1 tibb elmləri doktoru hazırlanıb. K.N.Hacımuradov anesteziologiya, reanimatologiya və intensiv terapiyanın vacib problemlərinə həsr olunmuş 100-ə yaxın elmi əsərin, o cümlədən 4 elmi ixtiranın, 6 metodik tövsiyənin, 2 monoqrafiyanın və 1 tədris vəsaitinin müəllifidir.
K.N.Hacımuradovun anesteziologiya və reanimatologiya kafedrasına rəhbərlik etdiyi dövrdə tədrisin keyfiyyətinin artırmaq və müasir tələblərə uyğun olan formaya gətirmək məqsədi ilə çoxlu işlər görülüb. “Anesteziologiya və reanimatologiya üzrə həkimlər üçün diplomdansonrakı təhsil proqramı” yenidən hazırlandı. Kafedrada aparılan təkmilləşdirmə kursların sayı artırıldı və onların mövzuları xeyli genişləndirildi, mühazirələr təkmilləşdirildi, məşğələlərin praktik yönümü gücləndirildi. Tədris-pedaqoji işi daha yüksək səviyyəyə qaldırıldı, ixtisasın mürəkkəb mövzularının mənimsənilməsinə xidmət edən tədris üsulları tətbiq olunmağa başlandı (müxtəlif xəstəxanalarda baş vermiş anestezioloji ağırlaşma və ölüm hallarının detallı təhlili, simulyatorlar üzərində treninqlər, prezentasiyalar və s.). Bu səylərinin nəticəsidir ki, müdavimlər mühazirə və praktik məşğələlərə daha böyük həvəs göstərməyə başladılar.
Hazırda kafedrada həkim anestezioloq-reanimatoloqların diplomdan sonrakı təhsili və hazırlığı aşağıdakı növlər üzrə yerinə yetirilir: müxtəlif növlü təkmilləşdirmə, ixtisas üzrə yenidən hazırlanma, doktorantura, dissertantura, rezidentura. Ümumi təkmilləşdirmə kursların təhsil müddəti 4 həftədir. Ümumi təkmilləşdirmə kursunun məqsədi həkim anestezioloq-reanimatoloqların anesteziologiya və reanimatologiya, habelə bu sahə ilə bağlı olan fənlərə dair aktual nəzəri bilikləri əsasında təkmilləşməsinə və yüksəkixtisaslı vəzifə tələblərinə müvafiq praktiki bacarıq və vərdişləri mənimsəməsinə nail olmaqdır. Tematik təkmilləşdirmə kurslarının məqsədi işin xarakterinə və tutduğu vəzifəsinə müvafiq olaraq həkim-mütəxəssislərinin anesteziologiya və reanimatologiyanın ayrı-ayrı aktual bölmələri və istiqamələri üzrə təkmilləşdirməsindən ibarətdir. Tematik təkmilləşdirmə kurslarında təhsilin müddəti mövzudan və kontingentdən aslı olaraq 2 həftədən 4 həftəyə qədər dəyişə bilər. Anesteziologiya və reanimatologiya ixtisası üzrə yenidən hazırlanma kursun müddəti 2 aydır.
Kafedranın elmi işlərini planlaşdıranda ilk növbədə həmin işlərdə istifadə olunan tədqiqat metodlarının müasirliyinə, obyektivliyinə, dəqiqliyinə diqqət yetirilir. Akademik M.C.Cavadzadə adına Respiblika Uroloji Klinik Xəstəxananın anesteziologiya, intensiv terapiya, böyrək transplantasiya şöbələrində, ümumi və transplantoloji əməliyyat otağlarında olan müasir anestezioloji cihaz və monitorinq sistemlərdən, laborator və radioloji diaqnostika metodlardan tədqiqatlar zamanı istifadə etmək imkanlarının olması bu məsələnin həllində böyük rol oynamışdır. Bir çox elmi işlərdə yüksək dəqiqliyə malik olan radioizotop metodlardan (cərrahi xəstələrdə flebotrombozların erkən diaqnostikası, antitrombotik profilaktika və müalicə metodlarım öyrənilməsi, əməliyyat və anesteziya stress faktorlarının böyrəklərin funksional vəziyyətinə təsirinin öyrənilməsi), exokardioqrafik, dopplerkardioqrafik, mərkəzi hemodinamikanı öyrənmək üçün metodlardan (müxtəlif əməliyyatlar və anesteziyalara məruz qalan xəstələrdə) istifadə olunub. Bunların hesabına kafedrada yüksək elmi-metodiki səviyyəsinə malik olan və elmi yeniliyi ilə seçilən bir çox elmi araşdırmalar həyata keçirilmişdir.
Kafedra tərəfindən xüsusi önəm verilən başqa istiqamət seqmentar anesteziya metodlarının ölkəmizdə ilk dəfə olaraq dərindən öyrənilməsi və cərrahiyyənin müxtəlif sahələrində geniş istifadəsinin başlanması olmuşdur. Bu sahədə aparılan çoxşaxəli elmi-praktik işlər nəticə etibarılə həm kafedranın bazalarında, həm də ölkənin digər xəstəxanalarında regionar anesteziya metodların populyarlaşmasına səbəb olmuşdur. Kafedranın bu sahədə qazandığı böyük təcrübə onun ölkə miqyasında regionar anesteziya üzrə elmi-metodiki mərkəzi kimi tanınmasına gətirib çıxarmışdır. Bələliklə, ölkəmizdə regionar anesteziya sahəsində yüksək səviyyəli mütəxəssislər və alimlərin yetişdirilməsində ADHTİ-nin anesteziologiya və reanimatologiya kafedrasının xüsusi xidmətləri vardır.
Kafedranın elmi istiqaməti
Hazırda anesteziologiya və reanimatologiya kafedrasında 2011-2015 illər üçün planlaşdırılmış ”Tənəffüs sistemi və qan dövranı pozğunluqları olan xəstələrdə anesteziya və intensiv terapiya metodlarının optimallaşdırılması və ağırlaşmaların profilaktikası”mövzu üzrə elmi-tədqiqat işi aparılır. Kafedrada planlaşdırılan növbəti elmi istaqamət transplantoloji əməliyyatlarda anesteziya və intensiv terapiyanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu günə kimi ADHTİ-nun anesteziologiya və reanimatologiya kafədrasında 3 doktorluq və 12 namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə olunub, 300-ə yaxın elmi məqalə, 3 monoqrafiya, 4 dərs vəsaiti, 1 kliniki protokol, 5 elmi ixtira və 20-dən çox tədris-metodik işləmələr işıq üzünü görüb.
Kafedranın müalicə fəaliyyəti
Kafedra əməkdaşlarının müalicə işi akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və akademik M.C.Cavadzadə adına Respiblika Uroloji Xəstəxanasında yerləşən anesteziologiya şöbələrində habelə intensiv terapiya və reanimasiya şöbələrində aparılır.
Kafedranın əməkdaşları

T.ü.e.d., dosent Nəsirova Rimma İlyas qızı 1977-ci ildə N.Nərimanov adına Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub, 1983-cü ildə bitirib. R.İ.Nəsirova ATU-ni və 2 saylı Bakı Şəhər Klinik Xəstəxanasında 1 illik internatura kursunu bitirdikdən sonra 1984-1987-ci illərdə Gəncə Şəhər İnfeksion Xəstəxanasında həkim-reanimatoloq vəzifəsində işləmişdir. O, 1987-1989-cu illərdə Ə.Əliyev adına ADHTİ-də anesteziologiya və reanimatologiya kafedrasında klinik ordinatura, 1989-1992-ci illərdə həmin kafedrada aspiranturanı keçmişdir. 1992-ci ildə "Uşaq yaşlı ortoped-travmatoloji xəstələrdə anesteziyanın antistressor komponentləri" mövzusunda yazırmış namizədlik dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-1998-ci illərdə ADHTİ-nin anesteziologiya və reanimatologiya kafedrasında assistent vəzifəsində, 1998-ci ildən isə dosent vəzifəsində çalışır. O, işlədiyi dövr ərzində kafedranın ixtisası üzrə mütəxəssislərin hazırlanması və təkmilləşməsi işini yüksək səviyyədə aparmışdır. 1998-2003-cü illərdə Dissertasiya şurasının elmi katibi, 2009-cu ildən bu günə kimi institutun cərrahiyə fakültəsinin dekanı vəzifəsində çalışır. 24.09.2012 il tarixində "Gerontoloji Urologiyada Regionar Anesteziya və Analgeziya metodlarının optimallaşdırılması mövzusunda Tibb elmləri doktoru adını almışdır. O, 29 elmi məqalənin, 6 tezis, 3 səmərələşdirici təklif və 1 metodik tövsiyyə müəllifidir.

Assistent, t.ü.f.d. Quliyev İsrafil Qara oğlu 1984-cü ATU-nun II-müalicə-profilaktika fakultəsinə qəbul olunub. 1990-cı ildə həmin institutu bitirərək 1990-91-cı ildə M.Topçubaşov ad. ETKECİ-da anesteziologiya və reanimatologiya ixtisası üzrə internnatura keçib. 1991-2000-ci ildə RKUX-nun anesteziologiya və reanimatologiya şöbəsində anestezioloq və reanimatoloq vəzifəsində işləyib. 2000-ci ildən Ə.Əliyev ad. ADHTİ-nun anesteziologiya və reanimatologiya kafedrasının assistenti vəzifəsində çalışır. 2007-ci ildə "Transuretral əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 10 elmi əsərin müəllifidir. metodlarının optimallaşdırilması" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Hal-hazırda İ.Q.Quliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun anesteziologiya və reanimatologiya kafedrasında fəaliyyətini davam etdirir və anesteziologiya və reanimatologiya ixtisası üzrə kadır hazirlığında pedaqoq kimi yaxından iştirak edir. O, 10 elmi məqalənin və 1 elmi ixtiranın müəllifidir.

Assistent, t.ü.f.d. Fətullayeva Aida Ağadadaş qızı 1995-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2001-ci ildə həmin universiteti bitirmiş, respublika kliniki xəstəxanasında bir illik internatura keçdikdən sonra anestezioloq – reanimatoloq ixtisasını yiyələnmişdir. 2002- ci ildən 2015- ci ilədək 2 saylı doğum evində həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışıb.
2008-ci ildə ATU-nun “I Daxili xəstəliklər və reanimatologiya” kafedrasına müsabiqə yolu ilə anesteziologiya və reanimatologiya ixtisası üzrə aspiranturaya daxil olmuş, kafedra müdiri ə.e.x. prof. A.Ə.Axundbəylinin rəhbərliyi altında “Baş- beyin əzilməsi zamanı hemostaz sistemin pozulmasının ilkin diaknostikası və kompleks müalicənin korreksiyası” mövzusunda dissertasiya işi yerinə yetirilmişdir və 2013-cü ildə müdafiə etmiş və 2014-cü ildə ATU-nun cərrahiyyə klinikasında həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışıb.
2015-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun anesteziologiya və reanimatologiya kafedrasında kadr hazırlığında pedaqoq kimi yaxından iştirak edir və RKX-da həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışır. O, 11 elmi məqalənin və 3 tezislərin müəllifidir.
Kafedranın ünvanı
Bakı şəh., AZ 1122, A.Şərifzadə küç., 212, akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (2-ci korpus).
Bakı şəh., AZ 1001, Zərgərpalan küç., 4, akademik M.C.Cavadzadə adına Respiblika Uroloji Xəstəxanası.
Tel.: (+994 12) 431 30 40; (+994 12) 492 03 85.
Avtoreferatlar
Hacımuradov Kamil Nizam oğlu
“Prostat vəzinin adenoması olan xəstələrdə əməliyyatdan sonraki trombotik ağırlaşmaların profilaktika metodların effektivliyinin öyrənilməsi”. 14.00.40 - Urologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Kiyev - 1986.
“Sidik-cinsiyyət sistemi orqanların cərrahi əməliyyatlarında epidural anesteziyanın tətbiqi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya, 14.00.27 – Cərrahlıq. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 1995.
Nəsirova Rimma İlyas qızı
“Uşaq yaşlı ortopedo-travmatoloji xəstələrdə anesteziyanın antistressor komponentləri”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 1992.
“Gerontoloji urologiyada regionar anesteziya və analgeziya metodlarinin optimallaşdirilmasi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 2012.
Qədirov Aydın Vəli oğlu
“Anemiyalı qadınların fibromiomasına görə uşaqlığın amputasiyası əməliyyatı zamanı kecirilən ümumi keyləşmənin gedişində lipoperoksidləşmə-antioksidləşmə prosesinin tənzimi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 1997.
Quliyev İsrafil Qara oğlu
“Transuretral əməliyyatlar zamanı anestеziya metodlarının optimallaşdırılması”. 14.00.37 – Anesteziologiya və reanimatologiya, 14.00.40 - Urologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 2007.
Fətullayeva Aida Ağadadaş qızı
“Baş-beyin əzilməsi zamanı hemostaz sistemin pozulmasının ilkin diaknostikası və kompleks müalicənin korreksiyası” 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 2013.
Şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrası
Kafedra üzrə modul saatları (1-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rentgenologiya kafedrası 1950-ci ildə rentgenologiya kursunun əsasında yaradılmışdır və ilk müdiri dosent İ.İ.Şakov seçilmişdir. 1967-1972 illərdə kafedra müdiri dosent K.V.Polatxanova, 1972-2011 illərdə isə professor Ə.A.Əkbərbəyov seçilmişdirlər. 2011-ci ildən bu günədək kafedraya dosent F.C.Nəsirova rəhbərlik edir.
Hələ 1936-1945-ci illərdə institutun nəzdində fəaliyyət göstərən rentgenologiya kurslarında həkim-müdavimlər, əsasən, ixtisaslaşma keçmişlər. Tədris müddəti 10 ay davam etmişdir. 10 il ərzində cəmi 30 nəfər həkim-rentgenoloq ixtisasını artırmışdır. Rentgenologiya kurslarına dosent A.A.Ştuss rəhbərlik etmişdir.
Kursun ilk bazası 3 № Sabunçu Klinik Xəstəxanası olmuşdur. Sonralar 1950-1962-ci illərdə kafedra Rentgen Radiologiya İnstitutunda və 1962-ci ildən akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərir. Kafedranın ilk əməkdaşları K.V.Polatxanova, Z.C. Murtuzayeva (eyni zamanda ilk aspirantı), R.K.Səfərəliyev olmuşlar. 1962-1990-ci illərdə kafedranın əməkdaşları sırasına Ə.A.Əkbərbəyov, Z.Z.Ramazanova, X.A.Musayev, G.Ə.Əlizadə, T.A.Həsənov, S.Ə.Mirzəməmmədov, S.S.Manafov assistent, T.O.Rəhimova baş laborant vəzifəsinə qəbul olunmuşlar.
1991-ci ildə Ə.Əliyev adına ADHTİ-nin Rentgenologiya kafedrası nəzdində endoskopiya üzrə kurslar təşkil olunmuşdur. Kursları Səhiyyə Nazirliyinin endoskopiya üzrə baş mütəxəssisi O.K.Şirəliyev təşkil edirdi. 1999-cu ildə bu kursların bazasında “Şüa diaqnostikası və endoskopiya” kafedrasının yaradılması haqqında qərar qəbul edildi. Yeni yaradılmış kafedranın qarşısında endoskopiya ilə yanaşı, ötən əsrin 90-cı illərində sürətli inkişafa nail olmuş diaqnostikanın yeni metodu - ultrasəs tədqiqatları metodu üzrə də mütəxəssislər hazırlamaq işini qaydaya salmaq məsələsi qoyulmuşdur. 2009-ci ildə “Rentgenologiya” kafedrası və “Şüa diaqnostikası və endoskopiya” kafedrası ilə birləşib və “Şüa diaqnostikası” kafedrası adlanıb. Müasir dövrdə xəstəliklərin şüa terapiyası geniş tətbiq olunmasına baxmayaraq ölkəmizdə bu ixtisas üzrə ixtisasartırma kursları keçmək üçün ixtisaslaşmış mərkəz olmamışdır. “Şüa diaqnostikası” kafedrasının nəzdində şüa terapiyası kursunun açılması bu məsələni həll etmiş olur. 27.11.2018-ci il tarixində keçən Böyük Elmi şurada müzakirələrdən sonra yekdilliklə qərara alındı ki, ”Şüa diaqnostikası” kafedrasının adı dəyişdirilərək, “Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrası olsun.
Müdavimlər ümumi təkmilləşdirmə kursu zamanı müasir tədqiqat metodları ilə (rentgenologiya, ultrasəs müayinəsi, kompüter tomoqrafiya, radionuklid diaqnostika və maqnit rezonans tomoqrafiya) tanış olurlar. Hal-hazırda kafedrada dosentlər Fəridə Nəsirova, Arzu Nuriyeva və Gövhər Qasımzadə, assistentlər Qiyas Məmmədov, Müqabil Mürsəlov, baş laborantlar Fidan Sərdarlı və Jalə Əkbərova əməkdaşları işləyir, həmçinin Gülmira Nəsirova (Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsinin əməkdaşı) saat üzrə müəllim vəzifəsində çalışır. Tədrisin keyfiyyətini artırmaq məqsədi ilə kafedraya 2015-ci ilin aprel ayından əlavə olaraq radiologiya üzrə Aydın Mirzəyev və fetal EXO üzrə mütəxəssisi Azər Fərəc, 2021-ci ildən isə invaziv radiologiya üzrə uzman Alışev Nicat seminar dərsləri aparılması üçün dəvət olunub və hal hazırda fəaliyyət göstərirlər.
Xarici mütəxəssislərin də dərs prosessinə cəlb edilməsi istiqamətində işlər aparılır. Belə ki, 2010-cu ildə kafedrada Rusiya Federasiyasının Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, akademik Ternovoy S.K. maqnit-rezonans tomoqrafiya üzrə mütəxəssisi mühazilələrlə çıxış etmişdi.
Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Diplomdan sonra Təhsil Akademiyasının 09.09.2012-ci il tarixindən 30.09.2012 il tarixinə kimi kafedrada ultrasəs diaqnostikası kafedrasının başda professor Mitkov V.V. rəhbərliyi altında kurs keçirilib, və oktyabr ayında 07.10.12 – 27.10.12 il tarixlərində həmin Akademiyanın şüa diaqnostikası kafedrasının başda kafedra müdiri prof. Tyurin İ.Y. rəhpərliyi altında prof. Koçergina N.V., ass. Kolomin V.Q., dos. Korjenenko Q.P.-nun rentgen və kompüter tomoqrafiya üzrə mühazirələri olmuşdur.
Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin kafedrada keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmuşlar: 2015-2018-cı illərdə Van Lessen və Allard Olthof (şüa diaqnostikasının Master Klass tədris aparan mütəxəssisi).
Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri və rezidentlər də iştirak edirlər. Tədris ili ərzində kurslarda 800-900 həkim təkmilləşmə keçərək ixtisasını artırır. Kafedranın əməkdaşları Azərbaycan Respublikasında şüa terapiyası və şüa diaqnostikası sahəsində milli kadrların təkmilləşməsində çox böyük və səmərəli işlər hazırlanır. Paralel olaraq azərbaycanlı həkimlər üçün treninqlər, distant və səyyar kurslar da keçirilir. Eyni zamanda kafedrada namizədlik və doktorluq elmi işlər aparılır.
Kafedranın elmi istiqaməti
Kafedra əsasən bir neçə istiqamətdə elmi araşdırmalarla məşğuldur:
Kafedra əsasən bir neçə istiqamətdə elmi araşdırmalarla məşğuldur:
1. Ağır müştərək travmalar zamanı şüa diaqnostikasının müasir metodlarının proqnostik əhəmiyyəti. İcraçı – G.Ş.Qasımzadə
2. Sümük bədxassəli şişlərinin şüa diaqnostikası. İcraçı – F.C.Nəsirova
3. Sumqayıt şəhərində məskunlaşmış əmək qabilliyyətli 20-59 yaşlı məcburi köçkün əhali arasında arterial hipertenziyanın və metabolik pozğunluqların yayılması. İcraçı - M.M. Mürsəlov
4. Birinci trimestrdə hamiləlik patologiyalar (düşüklər, beçəxor, xoriokarsinoma, ektopik hamiləlik). İcraçı - A.A. Nuriyeva
5. Hiperurikemiyalı xəstələrdə USM, rentgen, radionuklid, KT-sı müayinələrinin diaqnostik imkanları. İcraçı - F.F. Sərdarlı
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazasında yeni müasir rentgen, MRT və KT aparatı ilə təchiz olunmuş şüa diaqnostikası şöbə təşkil olunub ki, bu da kəllənin, döş qəfəsi və qarın boşluğu orqanlarının, həmçinin oynaqların və sümüklərin müayinəsini aparmağa imkan verir. USM kabinetində qarın boşluğu üzvləri - qaraciyər, öd kisəsi, böyrək, sidik kisəsi, mədəaltı və prostat vəzilərinin tibbin müasir tələblərinə uyğun ultrasəs müayinələri aparılır. Müdavimlərə seminar məşğələləri təkmilləşdirmək məqsədi ilə metodik tövsiyələr və tədris-metodik vəsaitlər işlənib hazırlanıb. Dosent F.C.Nəsirova və kafedranın digər əməkdaşları, əsasən, qarın boşluğu üzvlərinin müasir kompleks diaqnostikası, ürək-damar sistemi xəstəlikləri və sümük xəstəliklərinin şüa diaqnostikası istiqamətində elmi işlərini davam etdirirlər.
Kafedranın müdiri

Dosent Nuriyeva Arzu Aydın qızı 1972-ci il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-1989-cu illərdə Bakı şəhəri 248 №-li məktəbdə orta təhsil almış və oranı gümüş medalla bitirmişdir. 1990-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna müalicə profilaktika fakultəsinə daxil olmuş, 1996-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1996-1997-ci illərdə Bakı şəhəri 5 №-li Klinik xəstəxanasında anesteziologiya və reanimatologiya üzrə internatura kursunu bitirmişdir. 2005-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya və reanimatologiya kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. Bu illər ərzində Nuriyeva A. həmçinin Respublika Klinika xəstəxanasının patoloji hamiləlik şöbəsində anestezioloq vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə yüzlərlə hamilə qadınlara keyser əməliyyatlarında anesteziya keçirmişdir. 2011-ci ildə iyul ayının 1-də həmin İnstitutun Şüa diaqnostikası kafedrasının assistenti vəzifəsinə təyin olunmuşdur. 2011-ci il oktyabr-noyabr aylarında Moskva şəhəri Diplomdansonraki Təhsil Akademiyasında V.V.Mitkovun rəhbərliyi etdiyi "Şüa diaqnostikası" kafedrasında teoretik kurslarda iştirak etmişdir. Həmçinin həmin müddətdə Moskva şəhərində "Şüa diaqnostikası" üzrə keçirilmiş IV-cü qurultayın iştirakçısı olmuş assosiasiyanın üzvü seçilmişdir. 2016-ci ildə professor Ə.A.Əkbərbəyovun rəhbərliyi altında “Ultrasəs müayinəsinin hestasiyanın müddətindən asılı diaqnostik və proqnostik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal hazırda Ə.Əliyev adına AzDHTİ-nun "Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada işlədiyi müddətdə 13 elm məqalə, 1 dərslik və 1 metodik tövsiyyə müəllifidir. Tibb üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki övladı var.
Kafedranın əməkdaşları

Dosent Mürsəlov Müqabil Mursəl oğlu 1999-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II-ci müalicə işi fakültəsini bitirmişdir. 2001-ci ildə Ə.Əliyev adına AzDHTİ-nun terapiya kafedrasının əməkdaşı olub. 2009-cu ildə Rusiya Diplomdansonrakı təhsil Akademiyasında Radiologiya kafedrasında 6 ay müddətində təhsil alıb və hal-hazırda Ə.Əliyev adına AzDHTİ-nun "Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən İnstitutun rezidentura şöbəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2014-cü ildən isə Ə.Əliyev adına AzDHTİ-nun Tədris hissəsinin müdiri vəzifəsində çalışır. 33 elmi işlərin müəllifidir. Ailəlidir.

Dosent, t.e.ü.f.d. Nəsirova Fəridə Cahangir qızı 1982-ci ildə N.Nərimanov adına ADTİ müalicə profilaktika fakültəsinə daxil olub, 1988-ci ildə qırmızı diplom ilə bitirib. 1988-1989-ci illərdə akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 1 illik internaturanı keçmişdir. 1989-cu ildə Respublika Diaqnostika Mərkəzində həkim radioloq vəzifəsində iş fəaliyyətinə başlamışdır. 1990-ci ildə F.Nəsirova Moskva şəhərinə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda radiologiya ixtisası üzrə təkmillləşdirmə kursuna göndərilmişdir və müvəffəqiyyətlə keçmişdir. Sonralar o, digər xarici ölkələrdə də kurslarda olmuşdur. 1995-ci ildə "Xroniki böyrək çatışmamazlığı olan xəstələrdə sümük sisteminin dəyişilməsi və onun korreksiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 8 sentyabr 1998-ci ildən Ə.Əliyev adına ADHTİ-da rentgenologiya kafedrasında assistent, 2007-ci ildən bu günə kimi dosent vəzifəsində çalışır. 2009-ildən həmin kafedra şüa diaqnostikası kafedrası adlanır. Son illərdə Bakı, Bodrum, Münxen, Ulan-Bator, Viyana və Sinqapur şəhərlərində keçirilən ümumdünya elmi konfranslarında və radioloji cəmiyyətin konqresslərində iştirak etmişdir. O, yerli və xarici ölkələrin jurnal və toplularında dərc edilmiş 50-dən yuxarı elmi əsərin, o cümlədən 7 məqalənin xarici dilində, 1 dərs vəsaiti, 4 tədris–metodik tövsiyənin və 2 səmərələşdirici təkliflərin müəllifidir. 2011-ci ilin oktyabr ayından kafedra müdiri vəzifəsini rəhbərlik edir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun böyük elmi və cərrahiyyə fakültəsinin elmi şuralarının üzvüdür. Rezidentlər və şüa diaqnostikası həkim müdavimlər üçün test sertifikasiyası suallarının hazırlanması və tərtib edilməsində bilavasitə iştiraki olmuşdur. Ailəlidir, iki övladı var.

Assistent Məmmədov Qiyas Murad oğlu 1979-cu il mart ayının 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 2004-cü ildə ATU-də təhsilini bitirmişdir. 2004-2005-ci illər ərzində Milli Onkolgiya Mərkəzində (MOM) rentgenolgiya üzrə internatura kursunu bitirmişdir. 2005-ci ilin avqust ayından – 2019-cü ilin aprel ayına qədər Az ETTOİ-də həkim rentgenoloq kimi çalışıbdır. 2006-cı ildə MOM-də “şüa diaqnostikası və terapiyası” ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. Akademik R.N.Rəhimovun rəhbərliyi altında “Qeyri-spesifik immunoloji şərtlənən rezistentlik göstəricilərinə aşağı ionlaşdırıcı şüalanmanın təsiri” mövzusu üzrə dissertasiya hazırlayaraq, 2010-cu il tarixdə dissertasiyanı müdafiyə etməklə, aspiranturada təhsilini bitirmişdir. 2019-cu ilin aprel ayınadək şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının assistenti vəzifəsinə təyin olunmuşdur. 34 elmi məqalə və 1 patentin sahibidir. Ailəlidir, 2 övladı var.

Dosent Qasımzadə Gövhər Şahin qızı 2007-ci ildə I saylı şəhər xəstəxanasında (Kliniki Tibbi Mərkəz) funksional - diaqnostika şöbəsində ultrasəs müayinəsində həkim vəzifəsində işə başlamışdır (və hazırda, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində həkim radioloq vəzifəsində çalışır). 2010-cu ilin fevral - aprel aylarında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Şüa-diaqnostikası" üzrə ümumi təkmilləşmə kursu üzrə 2 ay təhsil almış və ixtisaslaşmanı keçərkən şua-diaqnostikası üzrə həkim vəsifəsini almışdır. 2010-cu ilin may-iyul aylarında Türkiyənin Ankara şəhərinin Ataturk və Türkiyə Yüksək İhtisas Eyitim və Araştırma xəstəxanalarında "Radioloji" ixtisası üzrə təhsili fərqlənmə ilə bitirmişdir. Bu müddət ərzində Türk Radioloji Dərnəyinin və Hacettepe universitetinin düzənlədiyi radioloji kurslarına qatılmışdır (N:2010/7-31). 2012-ci il 7 fevral tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan respublikası ərazisində Şüa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşqul olmaq üçün icazə verilmişdir (N:AH 002975). 2015-ci ilin 20 aprel - 09 may tarixləri arasında Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin "Rusiya Tibb akademiyasının lisansüstü təhsili" 114 saatlıq həcmində "Rentgen Kompyuter və Maqnit rezonans tomoqrafiya" əlavə peşə proqramı əsasında ixtisas artırma kursu keçmişdir və 05-C/548.8 saylı qeydiyyat nomrəli ixtisas artırma haqda şəhadətnamə almışdır (14 0567808). 2016-cı il 9 fevral tarixində Azərbaycan Resublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (protokol N 04-k) qərarı ilə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (diplom FD № 0113-m). 2016-cı il 25 oktyabr tarixindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Şüa diaqnostikası və terapiyası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 2019-cu il 8 noyabr tarixindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Şüa terapiyası kursu ilə Şüa diaqnostikası kafedrasında dosent vəzifəsinə təyin olunmuşdur. 2019-cu il 3 iyul tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan respublikası ərazisində Şüa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşqul olmaq üçün icazə verilmişdir (N:AH 035171). 05.10.2021-ci il tarixində Azərbaycan Resublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi-pedaqoji fəaliyyətə görə tibb elmləri elm sahəsinin Şüa diaqnostikası və terapiyası ixtisası üzrə dosent elmi adı almışdır (DS № 08104).
Şüa diaqnostikası sahəsində 53-ə yaxın elmi işlər, monoqrafiya, 2 dərs vəsaiti, 2 səmələşdirici təklif, metodik tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda və radioloji cəmiyyətin konqresslərində iştirak etmişdir.
Kafedranın ünvanı
Ə.Əliyev adına ADHTİ, Tbilisi pr. 3165-ci məh., tel.: 565-04-28
Avtoreferatlar
Насирова Фарида Джахангир кызы
Изменение костной системы у больных с хронической почечной недостаточностью и ее коррекция. 14.00.05. – внутренние болезни, 14.00.19 – лучевая диагностика и лучевая терапия. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку – 1995 г.
Məmmədov Qiyas Murad oğlu
Qeyri-spesifik immunoloji şərtlənən rezistentlik göstəricilərinə aşağı ionlaşdırıcı şüalanmanın təsiri. 14.00.19 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2010 il.
Nuriyeva Arzu Aydın qızı
Ultrasəs müayinəsinin hestasiyanın müddətindən asılı diaqnostik və proqnostik əhəmiyyəti. 3225.01 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2016 il.
Qasımzadə Gövhər Şahin qızı
Dalağın travmatik zədələnmələrinin və splenektomiyadan sonrakı ağırlaşmaların diaqnostikasında ultrasəs müayinəsinin effektivliyinin qiymətləndirilməsi. 3225.01 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2016 il.
Mürsəlov Müqabil Mürsəl oğlu
Əmək qabiliyyətli kişi əhalisi arasında arterial hipertenziya, metabolik sindromun yayılması və onların ürəyin işemik xəstəliyinin risk amilləri ilə qarşılıqlı əlaqəsi. 3205.01 – daxili xəstəliklər.Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2019 il.
Travmatologiya və ortopediya kafedrası
Kafedra üzrə modul saatları (1-4)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Travmatologiya və ortopediya kafedrasının əsası, 1939-cu ildə prof. Ağaxan Rüstəm oğlu Talışinskinin aktiv iştirakilə qoyulmuşdur. Bazası 1 saylı BŞ Xəstəxanasında yerləşmiş, 60 çarpayıdan ibarət olmuşdur. Kafedranın assistentləri B.Y.Frankinberq və S.F.Rəfibəyli idi.
Kafedra ölkənin aparıcı klinikaları ilə (Xarkov, Leninqrad) geniş elmi-praktiki əlaqələri onun elmi və praktiki fəaliyyətini müəyyən etmişdir. Sklet dartması sistemi, iri oynaqların artroplastikası, həm anadangəlmə, həm də poliomelitik deformasiyaların düzəldilməsi praktikada geniş tətbiq edilirdi. Kafedrada sınaqdan keçirilmiş orijinal əməliyyat üsulları gündəlik şöhrətini tapırdı: Piroqov əməliyyatının modifikasiyası, tarm (sərt) yalançı oynaqların autotransplantatı ilə bioloji osteosintez.
A.R.Talışinskinin Tibb institutunun tələbələri üçün Azərbaycan dilində ilk "Travmatologiya – ortopediya" dərsliyinin əhəmiyyətini göstərməmək olmaz (Bakı, "Azərnəşr", 1939).
Böyük Vətən müharibəsi illərində kafedra böyük müalicəvi praktiki işlər aparmışdır. Onun bazasında qeyri cərrahi ixtisaslı həkimlər üçün hərbi səhra cərrahiyyəsi üzrə qısamüddətli kurslar təşkil edilmişdi. Dinləyicilərlə praktiki məşğələlər Bakı və Gəncə hospitallarında keçirilirdi.
Müharibədən sonrakı illərdə kafedra əvvəlcə 3 saylı BŞK Xəstəxanada, sonra Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda, daha sonra Respublika kliniki xəstəxanasının travmatoloji şöbəsinin, ADHTİ klinikasının bazasında əsaslanmışdır.
Böyük Vətən müharibəsi əlillərinin bərpaedici müalicəsinə görə Bakı ETİ-nin təşkili və açılışında kafedranın və professor A.R.Talışinskinin böyük rolu olmuşdur. Sonralar bu institut Travmatologiya və ortopediya elmi tədqiqat institutuna çevrildi.
1975-cü ildən kafedraya professor R.R.Talışinski rəhbərlik edir. Kafedranın elmi fəaliyyəti çox məhsuldardır. O, diafizar, daxili və oynaqətrafı sınıqların osteosintezi, iltihablaşmış sınıqların kompleks müalicəsi, kompression distraksion osteosintez üzrə üsulların dərindən işlənməsi ilə xarakterizə olunur.
İlk dəfə Respublika müəssisələrinin təcrübəsində sümük reqenerasiyasının elektrostimulyasiyası metodikası, açıq və iltihablaşmış sınıqların qnotobioloji müalicə üsulu, iki ayaq üzərində əzələ plastikası, pəncə sümükləri sınıqlarının müalicəsi zamanı supinator-içlik, kollateral damarlar vasitəsilə infuzion terapiya tətbiq edilmişdir.
Növbəti illərdə kafedraya professor S.M.Hacıqasımov (1944-1952), dosent D.H.Ləmbəranski (1952-1958), dosent A.K.Behbudov (1958-1963), dosent A.A.Talışinski (1964-1974), professor R.R.Talışinski (1975-1989), dosent D.M.Əliyev (1989-1990), assistent D.X.Taptıqlı (1990-1991), professor E.Ş.Abasov (1991-1994) rəhbərlik etmişlər.
Kafedranın elmi fəaliyyəti çox məhsuldardır. O, diafizar, daxili və oynaqətrafı sınıqların osteosintezi üzrə üsulların dərindən işlənməsi ilə xarakterizə olunur. Respublika və ölkənin müalicə müəssisələrinin təcrübəsində Ləmbəranskinin mıx-ştiftləri, Ləmbəranski Əliyevin polimer oynaqları, A.A. Talışinslinin kompresedici lövhələri tətbiq edilmişdir.
Kafedra TOMİ, Moskva, Sankt-Peterburq, Xarkov, Tbilisinin qohum kafedraları ilə əlaqə saxlayır. Onun əməkdaşları tərəfindən 13 müəlliflik şəhadətnaməsi alınmışdır.
Kafedrada 5 doktorluq və 16 namizədlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunmuşdur. 1 namizədlik və 1 doktorluq işləri müdafiəyə hazırlanır, 7 patent alınmışdır.
Kafedranın elmi istiqaməti
Birləşmiş və çoxlu zədələnmələr zamanı dayaq-hərəkət aparatının müalicəsinin nəticələrinin yaxşılaşdırılması, təxliyə (evakuasiya) dövründə müalicənin taktiki suallarının işlənməsi. Hal-hazırda fəsadlanmış sınıqların profilaktikası üçün osteosintez üsulları və konstruksiyalarının təkmilləşdirilməsi üzrə tədqiqatlar aparılır ki, bunlara da patent və ixtiralar alınmışdır. Təklif edilən metod və qurğuların tətbiqi üzrə metodik tövsiyələr mövcuddur.
Kafedranın müalicə fəaliyyəti
1994-cü ildən kafedra yenidən 3 saylı BŞKX bazasındadır. Burada travmatoloji, ortopedik və uşaq şöbələri mövcuddur, sutkada 60 daxil olanı qəbul etmə qabiliyyətli sutkalıq travmatoloji punkt təşkil edilmişdir. Tədris pedaqoji prosesin səviyyəsinin gələcəkdə yüksəldilməsi üçün çox işlər görür. Hər il kafedrada ortoped travmatoloqlar və cərrahlar diplomdan sonrakı müdavimlərin ixtisaslaşdırma və təkmilləşdirmə dövrünü keçirlər.
Kafedranın profili birləşmiş və çoxsaylı sınıqların müalicəsi ilə bağlıdır. Artroskopiya, KT – tomoqrafiya, rentgenoqrafiya, ultra səs müayinəsi (USM).
Müalicə üsulu həm operativ, həm də konservativ. Əsasən operativ müalicəyə üstünlük verilir.
Kafedranın əməkdaşları

T.e.ü.f.d., dosent Səməd-zadə Rüstəm Rasim oğlu 1999-cu ildən kafedrada fəaliyyət göstərir. R.R.Səməd-zadə 2004-cü ildə Bakı şəhərində «Лечение диафизарных переломов длинных костей с применением электрических полей (клинико - экспериментальное исследование)» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən dosent vəzifəsində calışır. R.R.Səməd-zadə 50-dən çox elmi əsərin, 8 patent, 16 səmələşdirici təklifin, 5 metodik tövsiyənin, 1-dərsıiyin müəllifidir. 2013 ildə dosent elmi adını qazanmışdır.

Assistent Seidov İnar İlham oğlu 2013-cü ildən kafedrada assistent vəzifəsində çalışır. 2012-cı ildə Moskva şəhərində «Клинико-анатомическое обоснование применения бедренных компонентов проксимальной фиксации при эндопротезировании тазобедренного сустава» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 41 elmi əsərin müəllifidir.
Kafedranın ünvanı
3 saylı Şəhər Klinik Xəstəxanası (Sabunçu qəs.), tel.: 450-11-68
Avtoreferatlar
Самед-Заде Рустам Расим оглы
Лечение диафизарных переломов длинных костей с применением электрических полей (клинико - экспериментальное исследование). 14.00.22 - травматология и ортопедия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку - 2004 г.
Таптыхлы Дурдана Ханбаба кызы
Лечение и реабилитация при переломах пяточной кости. 14.00.22 - травматология и ортопедия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Тбилиси - 1988 г.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|