Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Gənc Alim və Mütəxəssislər Şurası öz ətrafında gənc alimləri və tədqiqatçıları birləşdirir. Şuranın əsas məqsədi gənclərin elmi potensialının artırılması, onların tibb elminin müxtəlif sahələrində araşdırmalarını, ixtiralarını, kəşflərini, təşəbbüslərini və səmərələşdirici təkliflərini stimullaşdırmaq, layihə və proqramların maliyyələşdirilməsi, elmi kəşflərin və ixtiraların tətbiq olunması ilə əlaqədar dövlət orqanlarına, kommersiya qurumlarına müraciət etmək,respublikada və respublikadan kənarda fəaliyyət göstərən fondların və donor təşkilatların axtarışına yardım etməkdir. Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun
Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin
SİYAHISI
№ | S.A.A. | Vəzifəsi | Əsas iş yeri |
1 | Əfəndiyev Akif Zahid oğlu | Sədr | Otorinolarinqologiya kafedrasının dosenti |
2 | Eyvazov Təyyar Həşim oğlu | Sədr müavini | Rezidentura şöbəsinin müdiri |
3 | Cəfərova Flora Əkbər qızı | Katib | Gigiyena kafedrasının laborantı |
4 | Həşimli Ramil Mürşüd oğlu | Üzv | Otorinolarinqologiya kafedrasının assistenti |
5 | Əliyev Səid Zöhrab oğlu | Üzv | Stomatologiya kafedrasının assistenti |
6 | Həsənzadə Lamiyə Yunus qızı | Üzv | Oftalmologiya kafedrasının baş laborantı |
7 | Əkbərli Müşviq Cəbrayıl oğlu | Üzv | I Cərrahiyyə kafedrasının rezidenti |
8 | Fərziyev Elçin Zəkəriyyə oğlu | Üzv | Stomatologiya kafedrasının rezidenti |
9 | Həsənova Nuranə Bağban qızı | Üzv | Pediatriya kafedrasının rezidenti |
Gənc Alim və Mütəxəssislər Şurasının sədri

T.e.ü.f.d., dosent
Əfəndiyev Akif Zahid oğlu 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988-1991-ci illər ərzində Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu LOR kafedrasında əyani aspiranturada oxumuş və 1991-ci ildə "Состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении" adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsı almişdir. 1991–cı ildən bu günə kimi ADHTİ-nin otorinolarinqologiya kafedrasında əvvəl assistent, sonra isə dosent (2000-ci ildən) kimi çalışır. İnstitutun Cərrahiyyə fakültəsi Elmi Şurasının üzvü, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədr müavinidir. 74 elmi işin, 3 səmərələşdirici təklifin müəllifidir.
BİLDİRİŞ
2013-cü ilin noyabr ayının 27-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun gənc alimlərinin elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru t.e.d. N.A.Qasımov açdı və elmlə məşğul olan gənclərin qarşısında duran vəzifələrdən danışdı.Rektor çıxışında qeyd etdi ki, axır illərdə gənclər arasında elmə marağın artması təqdirəlayiq hadisədir və institut rəhbərliyi,gənc alimlər şurası,rezidentura şöbəsi bu marağı inkişaf etdirmək üçün bir sıra tədbirlər planlaşdirmışlar. İstər kafedralarda çalışan gənc əməkdaşlar, istərsə də rezidentlər dıqqətdən kənarda qalmamışlar və onların aktual problemlərə həsr olunmuş elmi-tədqiqat işlərinə cəlb edilməsinə xüsusi nəzarət olunur. Bu gün keçirilən konfransın proqramı da deyilənləri sübut edir.Beləki, təbabətin müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə həm rezidentlər,həm də kafedraların gənc əməkdaşları çıxış edəcəklər.
Konfransda aşağidakı məruzələr dinlənildi:
1. L.Həsənzadə (oftalmologiya kafedrası). Paralitik çəpgözlük zamanı "Hümmelsheim" plastik cərrahiyyə üsulunda bizim təcrübəmiz.
2. L.Sultanova (pediatriya kafedrası). Henox-Şenleyn purpura nefritinin inkişafında immunoqlobulinlərin rolu.
3. M.Quliyev (otorinolarinqologiya kafedrası). Adenoidektomiya əməliyyatında endoskopik və klassik üsulların qarşılaşdırılması.
4. R.İsmayılova (urologiya kafedrası). Uşaqlarda obstruktiv meqaureter xəstəliyinin müalicəsində bizim təcrübə.
5. M.Əkbərli (I cərrahiyyə kafedrası). Barrett qida borusu.
6. E.Fərziyev, A.Məmmədova (stomatologiya kafedrası). Herpetik infeksiyaların stomatoloji aspektləri.
7. M.Vəliyeva (kardiologiya kafedrası). Kəskin ağ ciyər tromboemboliyasına müasir yanaşma.
8. C.Aşurov (urologiya kafedrası). Современный подход к ведению пациентов с мужским бесплодием.