Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
2026/2027-ci tədris ili üçün təkmilləşdirmə kurslarının təqvim planı



Ünvan: M. Həsənov küç. 35, Ə.Əliyev ad. ADHTİ, tel.: +994125650428; İzmir 9c Məhəllə 1028, Ortho1 clinic,
Bakı; Şəfayət Mehdiyev 1054, VA Tech; Səməd Vurğun küç.122, Sumqayıt 5004, SumModern;
Zaur Kərimov 218, Dent Star, Baki şəhəri

2026/2027-ci tədris ili

Kursun adı

İştirakçılar

DTT krediti

Keçirilmə tarixi

Qəbul oluna bilən müdavimlərin sayı

515

Ortodontiyaya giriş. Diş-çənə anomaliyalarının etiologiyası, təsnifatı və profilaktikası

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

15.09.2026-25.09.2026

8

516

Diş-çənə anomaliyalarının biometrik diaqnostika üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

28.09.2026-09.10.2026

8

517

Ortodontiyada biomexanika və dayaq sistemi

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

12.10.2026-23.10.2026

8

518

Ortodontiyada çıxarılan və çıxarılmayan aparatlarla müalicə üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

26.10.2026-06.11.2026

8

519

Ortodontiyada müalicə planlaşdırılması və klinik qərarvermə prinsipləri

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

48

11.11.2026-20.11.2026

8

520

Ortodontiyaya giriş. Diş-çənə anomaliyalarının etiologiyası, təsnifatı və profilaktikası

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

23.11.2026-04.12.2026

8

521

Diş-çənə anomaliyalarının biometrik diaqnostika üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

07.12.2026-18.12.2026

8

522

Ortodontiyada biomexanika və dayaq sistemi

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

48

21.12.2026-30.12.2026

8

523

Ortodontiyada çıxarılan və çıxarılmayan aparatlarla müalicə üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

05.01.2027-15.01.2027

8

524

Dişlərin anomaliyaları zamanı ortodontik müalicə taktikası

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

18.01.2027-29.01.2027

8

525

Ortodontiyaya giriş. Diş-çənə anomaliyalarının etiologiyası, təsnifatı və profilaktikası

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

01.02.2027-12.02.2027

8

526

Diş-çənə anomaliyalarının biometrik diaqnostika üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

15.02.2027-26.02.2027

8

527

Ortodontiyada biomexanika və dayaq sistemi

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

01.03.2027-12.03.2027

8

528

Ortodontik müalicədə relaps və retensiya mərhələsi (dövlət müəssisələrində çalışan bölgə həkimləri üçün)

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

30

15.03.2027-19.03.2027

8

529

Ortodontiyada çıxarılan və çıxarılmayan aparatlarla müalicə üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

29.03.2027-09.04.2027

8

530

Diş-çənə anomaliyalarının rentgenoloji diaqnostika üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

12.04.2027-23.04.2027

8

531

Ortodontiyaya giriş. Diş-çənə anomaliyalarının etiologiyası, təsnifatı və profilaktikası

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

60

26.04.2027-07.05.2027

8

532

Diş-çənə anomaliyalarının biometrik diaqnostika üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

11.05.2027-21.05.2027

8

533

Ortodontiyada biomexanika və dayaq sistemi

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

24.05.2027-04.06.2027

8

534

Ortodontiyada çıxarılan və çıxarılmayan aparatlarla müalicə üsulları

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

07.06.2027-18.06.2027

8

535

Müasir ortodontiyada rəqəmsal texnologiyalar və 3D diaqnostika

Həkim ortodont, həkim-stomatoloq, həkim-uşaq stomatoloqu

54

21.06.2027-02.07.2027

8



Ortodontiya ixtisası üzrə kursların mövzuları:

  1. Ortodontiyaya giriş. Diş-çənə anomaliyalarının etiologiyası, təsnifatı və profilaktikası – Üz-çənə nahiyyəsinin inkişafı. Anadangəlmə və qazanılmış qüsurlar. Müxtəlif yaş dövrlərində diş-çənə sisteminin anatomo-fizioloji xüsusiyyətləri. Uşaqlarda süd dişlərinin mayalarının yaranması, diş köklərinin formalaşması və dişlərin çıxması. Daimi dişlərin mayalarının yaranması, diş köklərinin formalaşması və dişlərin çıxması. Müvəqqəti, qarışıq və daimi dişlərin xüsusiyyətləri. Böyümə-inkişafla yaranan dəyişikliklərin qiymətləndirilməsi. Oral funksiyaların formalaşması. Əng, damaq və çənə sümüklərinin anatomiyası. Gicgah-çənə oynağı. Üz-çənə nahiyəsinin əzələləri. Normal okklüziya anlayışı. Andrewsa görə okklüziyanın 6 açarı. Okklüziyada estetik göstəricilər. Gülüş estetikası. Diş-çənə anomaliyalarının yaranmasında ümumi etioloji amillər. Diş-çənə anomaliyalarının yaranmasında yerli etioloji amillər. Diş-çənə anomaliyalarının kliniki və morfoloji xarakteristikası. ÜST təsnifatı. Angle təsnifatı, digər təsnifatlar. Mövcud təsnifatların klinika və diaqnostika işində tətbiqi. Anomaliyalar zamanı yaranan funksional, morfoloji və estetik qüsurlar. Müvəqqəti dişləmdə diş-çənə anomaliyalarının profilaktikası üsulları. Qarışıq dişləmdə diş-çənə anomaliyalarının profilaktikası üsulları. Dişlərin çıxmasına nəzarət. Daimi dişləmdə diş-çənə anomaliyalarının profilaktikası üsulları. Yertutucular.
  2. Diş-çənə anomaliyalarının biometrik diaqnostika üsulları – Ortodontik diaqnostikada biometrik analiz metodlarının rolu və klinik əhəmiyyəti. Diaqnostik modellərin hazırlanma, standartlaşdırılma və rəqəmsallaşdırılma prinsipləri. Diş qövslərinin ölçü parametrlərinin sistemli qiymətləndirilməsi. Daimi dişləm dövründə diaqnostik modellərin biometrik təhlili: diş qövsünün perimetrinin hesablanması, Tonn, Pont, Linder–Harth, Korkhaus, Gerlach, Bolton, Carey və Ashley Howes metodları əsasında ölçmələrin aparılması və interpretasiyası. Dəyişən dişləm dövründə modellərin analiz üsulları: Moyers, Tanaka–Johnston və Nance metodlarının tətbiqi, dişlərin ölçü proqnozlaşdırılması və yer ehtiyacının müəyyən edilməsi. Diş sıralarında yer darlığı hallarında ortodontik müalicə planlaşdırılmasının əsas prinsipləri, yer defisitinin qiymətləndirilməsi, klinik qərarvermə meyarları və müalicə taktikasının seçilməsi.
  3. Ortodontiyada biomexanika və dayaq sistemi – Mexanika və biomexanika prinsipləri. Diş yerdəyişməsinin biomexanikası. Qüvvə təsiri və əks təsir. Dayağın artırılma üsulları. Otodontik qüvvənin xüsusiyyətləri. Elastiklərin breket texnikasında istifadəsi. Fərqli dayaq üsulları ilə edgewise müalicə mərhələlərinin tətbiqi. Ortodontiyada dayaq məqsədilə mini-implantların istifadəsi və göstərişlər. Mini-implantların növləri və implantlarda istifadə olunan materiallar. Mini-implantların yüklənməsi və biomexanikası. Alveol sümüyün ortodontik yüklənməyə bioloji reaksiyası. Hissəvi qövs texnikası Transpalatal qövslər.
  4. Ortodontiyada çıxarılan və çıxarılmayan aparatlarla müalicə üsulları – Ortodontik aparatların növləri, təsir mexanizmləri. Ortodontik materiallar. Ortodontik materialların xüsusiyyətləri. Fizioloji diş hərəkətləri. Periodont toxumaların diş hərəkətinə reaksiyası. Fərqli qüvvələrin hüceyrə və toxumalar üzərindəki təsiri. Müxtəlif yaşlarda aparılan ortodontik müdaxilələr. Müvəqqəti dişləm dövründə ortodontik müalicə planları. Qarışıq dişləm dövründə ortodontik müalicə planları. Çıxmayan ortodontik aparatların inkişaf tarixi, breket sistemlərinin yaranması. Edgewise texnikası, fəlsəfəsi. Standart Edgewise texnikası elementləri. Breketlərin quruluşu. Breketlərin yapışdırılması. Okklüziya xəttinə görə dişlərin birinci, ikinci, üçüncü səviyyə pozisiyaları. Ortodontik simlər və qövs formaları. Qövs simlərində birinci, ikinci və üçüncü səviyyə bükmələri. Edgewise teknikası ilə müalicənin mərhələləri: səviyyələndirmə mərhələsi, məqsəd, istifadə olunan simlər, bükmələr, göstərişlər, qövs siminin arxa hissəsinin formalaşdırılması. Ortodontiyada çıxmayan ortodontik aparatlarla müalicə üsulları. Оrtodontik müalicə prosesində fəsadların və ağırlaşmaların qarşısının alınması üsulları. Ortodontik müalicə zamanı periodontda və üz-çənə skeletində baş verən dəyişikliklər. Ortodontik diş hərəkətinin fəsadları və riskləri. Sümük rezorbsiyası və appozisiyası. Kök rezorbsiyası mexanizminin qiymətləndirilməsi.
  5. Ortodontiyada müalicə planlaşdırılması və klinik qərarvermə prinsipləri – Extraction və non-extraction yanaşmalarının əsaslandırılması. Distal, mezial, açıq, dərin və çarpaz dişləm zamanı müalicə prinsipləri. Funksional və sabit aparatların seçimi. Miofunksional vəziyyətin qiymətləndirilməsi və ağız tənəffüsü problemləri. Müxtəlif yaş dövrlərində fərdi müalicə planının hazırlanması. Klinik halların təhlili və qərarvermə alqoritmləri. Ortodontik və ortoqnatik cərrahi müalicənin Dolphin Imaging 11 proqramı vasitəsilə simulyasiyası və virtual müalicə planlaşdırılması.
  6. Dişlərin anomaliyaları zamanı ortodontik müalicə taktikası – Dişlərin anomaliyasının müalicəsi: adentiya, retensiya, diastema, rotasiya, transpozisiya, ankiloz, infra və supraokklüziyanın səbəbləri və ortodontik müalicə üsulları. Dişləmin anomaliyasının müalicəsi: Distal dişləm zamanı kraniofasiyal kompleksin qiymətləndirilməsi. Çıxan funksional aparatlarla müalicəsi. Çıxmayan aparatların təsir prinsipləri. Molyar distalizasiyası. Üsullar, göstəriş və əks göstərişlər. Ağıziçi distalizasiya aparatları. Mezial dişləm zamanı kraniofasiyal kompleksin qiymətləndirilməsi. Çıxan funksional aparatlarla müalicəsi. Çıxmayan aparatların təsir prinsipləri. Açıq və dərin dişləm zamanı kraniofasiyal kompleksin qiymətləndirilməsi. Miofunksional qiymətləndirmə. Ağız tənəffüsü problemi. Molyar dişlərin intruziya və ekstruziya üsulları. Kəsici dişlərin ekstruziya intruziya və üsulları. Çarpaz dişləm zamanı kraniofasiyal kompleksin qiymətləndirilməsi. Sürətli üst çənə genişləndirilməsi, göstərişlər və aparılma texnikası. Çəp elastik istifadəsi, göstərişlər və fəsadları. Müvəqqəti, qarışıq və daimi dişləm dövründə ortodontik müalicə planlaması.
  7. Ortodontik müalicədə relaps və retensiya mərhələsi – Relapsın etiologiyası və risk faktorları. Retensiya mərhələsinin məqsədi və əhəmiyyəti. Retensiya aparatlarının növləri (çıxarılan və çıxarılmayan). Retensiya protokolları və müddətləri. Müalicə nəticələrinin uzunmüddətli stabilliyinin təmin olunması. Klinik halların təhlili.
  8. Diş-çənə anomaliyalarının rentgenoloji diaqnostika üsulları – Ortopantomoqram rentgeni, ortodontik baxımdan əhəmiyyəti, qiymətləndirilməsi; Yan sefalometrik rentgenlərdə sefalometrik nöqtələr, xəttlər və bucaqların təyini və müxtəlif analiz üsulları (Steiner, McNamara, Tweed, Ricketts, Kim). Sefalometrik analizə görə müalicənin planlaması. Böyümə və inkişafın boyun fəqərələri vasitəsi ilə təyin edilməsi. Ön-arxa proyeksiyada (Antero-posterior) rentgenlərin analizi.
  9. Müasir ortodontiyada rəqəmsal texnologiyalar və 3D diaqnostika – Rəqəmsal ortodontiyanın əsas prinsipləri və digital workflow. CBCT və 3D diaqnostika üsulları. İntraoral skanerlər və rəqəmsal modellərin əldə olunması və təhlili. Virtual müalicə planlaşdırılması və diş hərəkətinin simulyasiyası. Elayner terapiyasının prinsipləri. 3D çap texnologiyalarının tətbiqi. Süni intellektin ortodontiyada istifadəsi. Rəqəmsal yanaşmanın üstünlükləri və məhdudiyyətləri.


Qeyd: Ortodontiya ixtisası üzrə fasiləsiz olaraq ən azı 5 il işləməyən həkimlər üçün 8 həftəlik peşə hazırlığı (PH) kurslarının müraciətlər əsasında bütün tədris ili ərzində keçirilməsi nəzərdə tutulur .




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu