Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
2026/2027-ci tədris ili üçün təkmilləşdirmə kurslarının təqvim planı
Ünvan: Ə.Məmmədəliyev kücəsi 20, Sabunçu Tibb Mərkəzi PHŞ, tel.: +994124501905
A.M.Şərifzadə kücəsi 196, Akademik M.Topcubaşov adina Elmi Cərrahiyyə Mərkəzi
2026/2027-ci tədris ili
|
№
|
Kursun adı
|
İştirakçılar
|
DTT krediti
|
Keçirilmə tarixi
|
Qəbul oluna bilən müdavimlərin sayı
|
|
391
|
Cərrahiyyədə müayinə metodları, cərrahi infeksiya.
Urologiyada və ginekologiyada təxirəsalınmaz cərrahi yardım
|
Həkim-ümumi cərrah
|
54
|
15.09.2026-25.09.2026
|
18
|
|
392
|
Qida borusu və diafraqmanın cərrahi xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
60
|
28.09.2026-09.10.2026
|
18
|
|
393
|
Uşaqlarda ağciyər və diafraqmanın cərrahi xəstəlikləri
|
Həkim-uşaq cərrahı
|
60
|
28.09.2026-09.10.2026
|
8
|
|
394
|
Mədə, onikibarmaq bağırsağın və dalağın cərrahi
xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
60
|
12.10.2026-23.10.2026
|
18
|
|
395
|
Ürək-damar cərrahi xəstəliklərinin diaqnostikası. Ürək
qüsurları
|
Həkim-ürək-damar cərrahı
|
60
|
26.10.2026-06.11.2026
|
6
|
|
396
|
Laparoskopik cərrahiyyənin əsasları
|
Həkim-ümumi cərrah
|
60
|
26.10.2026-06.11.2026
|
18
|
|
397
|
Baş və onurğa beyninin şişləri və damar xəstəlikləri.
Beyin travmaları
|
Həkim-neyrocərrah
|
60
|
26.10.2026-06.11.2026
|
6
|
|
398
|
Qaraciyər, öd yollarının və mədəaltı vəzin cərrahi
xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
48
|
11.11.2026-20.11.2026
|
18
|
|
399
|
Neyrocərrahiyyədə müayinə və cərrahi müdaxilə
üsulları. Onurğanın degenerativ dəyişiklikləri
|
Həkim-neyrocərrah
|
48
|
11.11.2026-20.11.2026
|
6
|
|
400
|
Ümumi cərrahiyədə endokrin sistem və damar xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
60
|
23.11.2026-04.12.2026
|
18
|
|
401
|
Cərrahiyyədə müayinə metodları, cərrahi infeksiya.
Urologiyada və ginekologiyada təxirəsalınmaz cərrahi
yardım
|
Həkim-ümumi cərrah
|
60
|
07.12.2026-18.12.2026
|
18
|
|
402
|
Yenidoğulmuşların cərrahiyyəsi
|
Həkim-uşaq cərrahı
|
60
|
07.12.2026-18.12.2026
|
8
|
|
403
|
Kəskin abdominal patologiyada müasir yanaşmalar
|
Həkim-ümumi cərrah
|
48
|
21.12.2026-30.12.2026
|
18
|
|
404
|
Döş qəfəsi orqanlarının (ağciyər, plevra, divararalığı)
cərrahiyyəsi
|
Həkim-ümumi cərrah
|
54
|
05.01.2027-15.01.2027
|
18
|
|
405
|
Ürəyin yenitörəmələri, aritmiyalar və ürəyin işemik
xəstəliklərinin cərrahi müalicəsi
|
Həkim-ürək-damar cərrahı
|
54
|
05.01.2027-15.01.2027
|
6
|
|
406
|
Yırtıqlar
|
Həkim-ümumi cərrah
|
54
|
18.01.2027-29.01.2027
|
18
|
|
407
|
Baş və onurğa beyninin şişləri və damar xəstəlikləri.
Beyin travmaları
|
Həkim-neyrocərrah
|
54
|
18.01.2027-29.01.2027
|
6
|
|
408
|
Uşaq cərrahiyyəsində müayinə üsulları. Uşaq urologiyası
və ginekologiyası
|
Həkim-uşaq cərrahı
|
60
|
01.02.2027-12.02.2027
|
8
|
|
409
|
Koloproktologiya
|
Həkim-ümumi cərrah
|
60
|
01.02.2027-12.02.2027
|
18
|
|
410
|
Hərbi-səhra cərrahiyyəsi
|
Həkim-ümumi cərrah
|
60
|
15.02.2027-26.02.2027
|
18
|
|
411
|
Uşaqlarda koloproktoloji patologiya
|
Həkim-uşaq cərrahı
|
54
|
01.03.2027-12.03.2027
|
18
|
|
412
|
Cərrahiyyədə müayinə metodları, cərrahi infeksiya.
Urologiyada və ginekologiyada təxirəsalınmaz cərrahi
yardım
|
Həkim-ümumi cərrah
|
54
|
01.03.2027-12.03.2027
|
18
|
|
413
|
Ambulator cərrahiyyənin xüsusiyyətləri (dövlət
müəssisələrində çalışan bölgə həkimləri üçün)
|
Həkim-ümumi cərrah
|
30
|
15.03.2027-19.03.2027
|
8
|
|
414
|
Qida borusu və diafraqmanın cərrahi xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
60
|
29.03.2027-09.04.2027
|
18
|
|
415
|
Ürək-damar cərrahi xəstəliklərinin diaqnostikası. Ürək
qüsurları
|
Həkim-ürək-damar cərrahı
|
60
|
12.04.2027-23.04.2027
|
6
|
|
416
|
Mədə onikibarmaq bağırsağın və dalağın cərrahi
xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
60
|
12.04.2027-23.04.2027
|
18
|
|
417
|
Koloproktologiya
|
Həkim-ümumi cərrah
|
60
|
26.04.2027-07.05.2027
|
18
|
|
418
|
Öd daşı və mədəaltı vəzinin cərrahi xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
54
|
11.05.2027-21.05.2027
|
18
|
|
419
|
Ümumi cərrahiyədə endokrin sistem və damar xəstəlikləri
|
Həkim-ümumi cərrah
|
54
|
24.05.2027-04.06.2027
|
18
|
|
420
|
Neyrocərrahiyyədə müayinə və cərrahi müdaxilə
üsulları. Onurğanın degenerativ dəyişiklikləri
|
Həkim-neyrocərrah
|
54
|
24.05.2027-04.06.2027
|
6
|
|
421
|
Laparoskopik cərrahiyyənin yeni üsulları
|
Həkim-ümumi cərrah
|
54
|
07.06.2027-18.06.2027
|
18
|
|
422
|
Döş və qarın boşluğu orqanlarının travmaları
|
Həkim-ümumi cərrah
|
54
|
21.06.2027-02.07.2027
|
18
|
Ümumi cərrahiyyə ixtisası üzrə kursların mövzuları:
- Cərrahiyyədə müayinə metodları, cərrahi infeksiya. Urologiyada və ginekologiyada təxirəsalınmaz cərrahi yardım – Cərrahiyyədə rentgenoloji, endoskopik, laparoskopik, ultrasəs, KT, MRT müayinə metodları, dəri və yumşaq toxumaların cərrahi infeksiyası, mastit, osteomielit, sepsis, peritonit. Urologiyada təxirəsalınmaz cərrahi halların (kəskin sidik yolları obstruksiyası, kəskin irinli infeksiyalar, uroloji travmalar, kəskin hematuriya, kəskin sidik ifrazının pozulması (retensiya) klinika, diaqnostika və cərrahi müalicəsi, ginekologiyada (kəskin daxili qanaxma, kəskin qarın sindromu, ginekologiyada irinli-iltihabi ağırlaşmalar, kəskin uşaqlıq qanaxması, yumurtalıq və miomanın burulması) təxirəsalınmaz cərrahi halların klinika, diaqnostika və cərrahi müalicəsi.
- Qida borusu və diafraqmanın cərrahi xəstəlikləri – Qida borusunun yanıqları, strikturaları, xərçəngi, motor funksiya pozğunluqları, diafraqmanın qida borusu dəliyinin yırtıqları, diafraqma travmaları, anadangəlmə diafraqma yırtıqları, diafraqma iflici.
- Mədə onikibarmaq bağırsağın və dalağın cərrahi xəstəlikləri – Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xoranın ağırlaşmaları (qanaxma, perforasiya, stenoz, maliqnizasiya), mədənin xoş və bəd xassəli şişləri, postvaqotomik və postrezeksion ağırlaşmalar. Dalağın cərrahi xəstəlikləri (splenomeqaliya, dalağın travması, hipersplenizm, idiopatik trombositopenik purpura, irsi hemolitik anemiyalar, kistalar və şişlər, dalaq damarlarının trombozu və infarktı), klinika, diaqnostika və cərrahi müalicəsi.
- Laparoskopik cərrahiyyənin əsasları – Laparoskopik cərrahiyyənin ümumi prinsipləri, kamera, optika ve işıq mənbəyi ilə təcrübənin təkrarlanması. Maqnifikasiya effekti və kamera naviqasiya prinsipləri, pnevmoperitoneum və onun yaradılma prinsipləri, laparoskopik əməliyyatlar zamanı portların qoyulma prinsipləri və texnikası. Qaz insuflatoru ve koaqulyatorla tanışlıq, işləmə prinsipləri, sağ və sol əlin koordinasiyasini məşq etdirən sadə laparoskopik manipulyasiyaların məşqi, laparoskopik cərrahiyyədə baş verə biləcək ağırlaşmalar və onların profilaktikasının prinsipləri. Laparoskopik əməliyyatlar zamanı qanaxma problemləri, laparoskopik elementlərin disseksiyası vərdişləri, canlı toxumalarla iş, laparoskopik klipslərin qoyulması texnikasının məşqi, laparoskopik xolesistektomiya.
- Qaraciyər öd yollarının və mədəaltı vəzin cərrahi xəstəlikləri – Qaraciyər travmaları, qaraciyər absesləri və parazitar kistlər, qaraciyərin xoş və bəd xassəli şişləri, portal hipertenziya, öd kisəsinin kəskin və xroniki iltihabi xəstəlikləri, öd daşı xəstəliyi, mexaniki sarılıq, öd kisəsi və öd yollarının xoş və bəd xassəli şişləri, xolangit və öd yollarının strikturaları, mədəaltı vəzin xoş və bəd xassəli şişləri, kəskin və xroniki pankreatitlər, mədəaltı vəzin travmaları.
- Ümumi cərrahiyyədə endokrin sistem və damar xəstəlikləri – Endemik ur, tireotoksikoz, Haşimoto xəstəliyi, qalxanvari vəzin xoş və bəd xassəli şişləri, paratireoid və böyrəküstü vəzin cərrahi xəstəlikləri, endokrin pankreas şişləri, bariatrik cərrahiyyə. Arteriyaların və venaların cərrahi xəstəlikləri (Ateroskleroz və periferik arteriya xəstəlikləri, varikoz xəstəliyi, dərin ven trombozu, aorta anevrizmaları, Karotid arteriya stenozu), klinika, diaqnostika və cərrahi müalicəsi.
- Kəskin abdominal patologiyada müasir yanaşmalar – Kəskin mədə-bağırsaq qanaxmaları, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, xoranın ağırlaşmaları (qanaxma, perforasiya, stenoz), boğulmuş ağ xətt, ventral, göbək, qasıq və bud yırtıqları, qara ciyər absesləri, kəskin daşlı və daşsız xolesistit, kəskin pankreatit (miniinvaziv üsullar), kəskin appendisit, kəskin bağırsaq keçməzliyi, peritonitlər, mədə və 12 barmaq bağırsağın, dalağın, qaraciyər və öd yollarının, mədəaltı vəzin, nazik, yoğun və düz bağırsağın zədələnmələri.
- Döş qəfəsi orqanlarının (ağ ciyər, plevra, divararalığı) cərrahiyyəsi – Ağciyər və plevranın (ağciyərin şiş xəstəlikləri, bronxektaziya, ağciyər absesi, kistləri və bullöz xəstəlikləri, plevral effuziyaların cərrahi müalicəsi, empiyema və dekortikasiya, xroniki plevra patologiyaları, mediastinal kistlər və qeyri-şiş xəstəlikləri, mediastinit) cərrahi xəstəlikləri, klinika, diaqnostika və cərrahi müalicəsi. Minimal invaziv torakal cərrahiyyə (VATS və robotik).
- Yırtıqlar – Ağ xətt, ventral, göbək, qasıq və bud yırtıqları, müştərək yırtıqlarnın klinika, diaqnostika və cərrahi (açıq və laparoskopik) müalicəsi. Diafraqmanın yemək borusu dəliyinin yırtıqları: açıq və laparoskopik hernioplastika. Hernioplastikadan sonra baş verən ağırlaşmalar.
- Koloproktologiya – Nazik, yoğun və düz bağirsağın cərrahi xəstəliklərinin (nazik və yoğun bağirsağın divertikulyar xəstəliyi, kolorektal poliplərin diaqnostikası, aşağı gis qanamaları, hemorroy, anal çat, anal fistulalar, kolorektal xərçəng, rektal prolaps və digər proktoloji patologiyalar, iltihabi bağirsaq xəstəliklərində kolorektal tutulum) klinika, diaqnostika və cərrahi müalicəsi.
- Hərbi-səhra cərrahiyyəsi – Hərbi-səhra cərrahiyyəsinin əsasları (döyüş şəraitində tibbi və cərrahi profilli yardımın təşkili, odlu silah yaralanmaları. Nüvə partlayışı zədələnmələri. Döyüş zədələnmələri zamanı kəskin qanaxmalar və qanitirmələr. Travmatik şok. Toxumaların uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz). Anaerob və çürüntülü infeksiya. Tetanus. Termik zədələnmələr. Yanıqlar. Donmalar. Kombinə olunmuş zədələnmələr), döş qəfəsi və qarın boşluğu orqanlarının, magistral damarların odlu silah yaralanmalarında cərrahi taktika və müalicə prinsipləri.
- Ambulator cərrahiyyənin xüsusiyyətləri – Ambulator cərrahiyyədə aseptika və antiseptika, ağrısızlaşma üsulları. Ambulator cərrahiyyədə proktoloji, onkoloji, travmatoloji, uroloji, angioloji, dermatoloji və estetik müdaxilələr.
- Öd daşı və mədəaltı vəzinin cərrahi xəstəlikləri – Öd daşı xəstəliyi, mexaniki sarılıq, xolangit və öd yollarının strikturaları, mədəaltı vəzin xoş və bəd xassəli şişləri, kəskin və xroniki pankreatitlər, mədəaltı vəzin travmaları.
- Laparoskopik cərrahiyyənin yeni üsulları – Laparoskopik cərrahiyyədə (ümumi laparoskopiya, laparoskopik ginekologiya, laparoskopik urologiya) qarın boşluğuna müxtəlif giriş texnikaları, baş verə biləcək ağırlaşmalar və onların profilaktikası prinsipləri. Laparoskopik fundoplikasiya, splenektomiya, apendektomiya, mədə əməliyyatları, hemikolektomiya, “S-ə”bənzər bağırsaq rezeksiyası, histerektomiya, tub-ovarioektomiya. Laparoskopik herniotomiya və hernioplastika (TAP, TRAP). Singl Port laparoskopik əməliyyatlar, robotik cərrahiyyə.
- Döş və qarın boşluğu orqanlarının travmaları – Döş və qarın boşluğu orqanlarının topoqrafik anatomiya və operativ cərrrahiyyəsi, ağciyər, plevra, divararalığı orqanlarının, qida borusu, ürək və perikardın, diafraqmanın zədələnməsi, pnevmotoraks, plevral drenajlama üsulları, mədə və 12 barmaq bağırsağın, dalağın, qaraciyər və öd yollarının, mədəaltı vəzin, nazik, yoğun və düz bağırsağın zədələnməsi.
Uşaq cərrahiyyəsi ixtisası üzrə kursların mövzuları:
- Uşaqlarda ağciyər və diafraqmanın cərrahi xəstəlikləri – Spontan və travmatik pnevmotoraks, ağciyərin absesi, ağciyərin qanqrenası, irinli plevrit, mediastinitlər, diafraqmal travma və yırtıqlar.
- Yenidoğulmuşların cərrahiyyəsi
– İnkişaf qüsurlarının cərrahiyyəsi. Qida borusunun atreziyası. Anadangəlmə traxeoezofaqal fistulalar. Anadangəlmə pilorostenoz. Braunşteyn modifikasiyası ilə Frede-Ramştedt üsulu ilə piloroplastikanın texnikası. Onikibarmaq bağırsağın atreziyası. Düz bağırsağın və anal dəliyin inkişaf qüsurları.
- Uşaqlarda koloproktoloji patologiya
– Düz bağırsağın inkişaf qüsurları. Epitelial büzdüm. Düz bağırsağın və anal dəliyin atreziyası. Hirşprunq xəstəliyi. Yoğun bağırsağın və anal dəliyin iltihabi xəstəlikləri. Kəskin və xroniki paraproktit, xroniki fistulalar. Qeyri-spesifik xoralı kolit. Düz bağırsaq və aralığın travmatik zədələnmələri.
- Uşaq cərrahiyyəsində müayinə üsulları. Uşaq urologiyası və ginekologiyası
– Rentgen müayinəsi. Döş qəfəsinin, qarın boşluğunun və sümük sisteminin rentgen müayinəsi. Peritonarxası sahənin rentgen müayinəsi. Yenidoğulmuşlarda rentgenokontrast müayinənin xüsusiyyətləri. Endoskopik müayinə üsulları. Fibrobronxoskopiya. Kolonoskopiya. Sistoskopiya. Uretroskopiya. Rektoromanoskopiya. İnstrumental üsullar. Xayanın punksiyası. Plevral diaqnostik punksiyası. Funksional müayinə üsulları. Urologiyada-sistomanometriya, uroflumetriya. Pulmonologiyada-spirometriya, spiroqrafiya, oksiqenometriya, oksiqenoqrafiya. Böyrək və sidik axarlarının anomaliyaları. Böyrəklərin patoloji hərəkəti (nefroptoz). Hipospadiya. Epispadiya. Varikosele. Vaqinal çıxıntının patologiyası. Xaya qişasının hidropsu. Toxum ciyəsinin sisti.
Ürək-damar cərrahiyyəsi ixtisası üzrə kursların mövzuları::
- Ürək-damar cərrahi xəstəliklərinin diaqnostikası. Ürək qüsurları – Ürək və perikardın topoqrafik anatomiya və operativ cərrahiyyəsi, kardiocərrahiyyədə müayinə üsulları (EKQ, ExoKQ, angioqrafiya, nüvə müayinə üsulları), kardiocərrahiyyədə anestezioloji və reanimasiya məsələləri. Aortal və mitral qapaq xəstəliklərinin cərrahi müalicəsi, AÜQ-asiyanotik və siyanotik defektləri, aorta cərrahiyyəsi-açıq və endovaskulyar yanaşmalar, aortanin anevrizması və onun cərrahi müalicəsi, ürək çatışmazlığının cərrahi müalicəsində mexaniki dəstək cihazlarının yeri, ürək transplantasiyası.
- Ürəyin yenitörəmələri, aritmiyalar və ürəyin işemik xəstəliklərinin cərrahi müalicəsi – Ürək və perikardın topoqrafik anatomiya və operativ cərrahiyyəsi, ürəyin bəd və xoş xassəli yeni törəmələri, perikardın anadangəlmə və qazanılmış xəstəlikləri, perikardın tamponadası, perikardın konstriksiyası, bradikardiyanin müayinə üsulları, elektrokardiostimulyator, inplantasiyaya göstərişlər, mədəciklər arası taxikardiyanın cərrahi müalicəsi, mədəciklər üstü taxikardiyanın cərrahi müalicəsi, digər aritmiyalar və onların cərrahi müalicələri, ürəyin işemik xəstəliklərinin cərrahi müalicəsi, ürək əməliyyatlarından sonrakı fəsadlar.
Neyrocərrahiyyə ixtisası üzrə kursların mövzuları:
- Neyrocərrahiyyədə müayinə və cərrahi müdaxilə üsulları. Onurğanın degenerativ dəyişiklikləri – Kranioqrafiya, spondiloqrafiya, likvor yollarının rentgenokontrast müayinəsi, ventrikuloqrafiya, pnevmoensefaloqrafiya, mieloqrafiya, serebral angioqrafiya, elektroensefaloqrafiya və elektromioqrafiya, MRT, KT, pozitron emission tomoqrafiya, cərrahi müdaxilə üsulları (diaqnostik punksiyalar, kəllə və baş beyində cərrahi əməliyyatlar, hipertenzion dislokasion sindrom, hidrosefaliya), onurğanın degenerativ distrofik dəyişiklikləri, spondilogen radikulitlər, radikuloişemiyalar, fəqərəarası diskin yırtığı.
- Baş və onurğa beyninin şişləri və damar xəstəlikləri. Beyin travmaları – Baş beyinin birincili şişləri (qlioması, qlioblastoması embrional şişləri, medulloblastoması, neyroepitelial, qarışıq neyroqlial şişlər, damar kələfinin papilloması, beyinin mərkəzi neyrositoması, astroblastoma), onurğa beyini, kəllə sinirləri və ya mərkəzi sinir sisteminin başqa hissələrinin şişləri, primitiv neyroektodermal və neyroepitelial şişlər; epilepsiyalar, üçlü sinirin nevralgiyası; Baş beyin silkələnməsi, travmatik beyindaxili qansızmalar, baş beyinin travmatik ödemi, baş beyinin ocaqlı travması, travmatik epidural, subdural, subaraxnoidal qansızmalar, Onurğa beyninin travmaları, sinir kötüyü və ya kələflərinin zədələnməsi.
Qeyd: Ümumi cərrahiyyə,üşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə ixtisasları üzrə fasiləsiz olaraq ən azı 5 il işləməyən həkimlər üçün 8 həftəlik peşə hazırlığı (PH) kurslarının müraciətlər əsasında bütün tədris ili ərzində keçirilməsi nəzərdə tutulur.
|