Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşı “Dr.Bares Award” beynəlxalq elmi məqalə yarısmasında qalib oldu

08.06.2026

3-6 iyun 2026-cı il tarixlərində Gürcüstanda Tbilisi şəhərində 14-ci Beynəlxalq Qastroenteroloji Simpozium (İSG) keçirildi. Zəngin elmi proqramları və qeniş qastroenteroloji beynəlxalq diskussiya meydanı kimi ad qazanmış bu simpoziumda müasir qastroenteroloji problemlərin açıqlanması ilə yanaşı, aparılan yeni araşdırmalar və hazırlıq mərhələsində olan yenilənmiş konsensus və tövsiyələrin təqdimatı həmişəki kimi böyük maraq ilə qarşılandı. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva da iştirak etdi.
İSG ənənələrindən biri də son 2 il ərzində ən innovativ elmi araşdırmalar aparmış və alınan nəticələri elmi məqalə kimi təqdim etmiş tədqiqatçılara təqdim olunan “Dr.Bares Award” mükafatının verilməsidir. 2026-cı ilin mart ayinda baş tutan “Dr.Bares Award” beynəlxalq elmi məqalə yarısmasında dosent Gulustan Babayevanın rəhbərlik etdiyi müəlliflər qrupunun 2 elmi məqaləsi qalib müəllif sertifikatına layiq görülmüşdur. Həmin sertifikatlar 14-ci Beynəlxalq Qastroenteroloji Simpozium zamanı PRO.MED CS Direktorlar Şurasının sədri Dkfm. Tomas W. Bares tərəfindən təqdim edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu