Bakıda “Foniatriyada yeni üfüqlər” mövzusunda beynəlxalq konqres keçirildi

06.06.2026

03-04 iyun 2026-cı il tarixlərində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Foniatriyada yeni üfüqlər” mövzulu Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 4-cü, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin 1-ci Beynəlxalq konqresi keçirildi. Konqres “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, hədəfi səs problemlərinin müayinə və müalicə üsullarının geniş şəkildə müzakirəsindən ibarət idi. Konqresin elmi proqramına bu problemlərə həsr olunmuş 10 elmi panel daxil edilmişdi.
200-ə yaxın otorinolarinqoloqun iştirakı ilə keçirilən konqresin məruzəçiləri arasında Türkiyə Respublikası, ABŞ və Azərbaycandan 40-a yaxın otorinolarinqoloq və loqopedlər yer almışdılar.
Konqresin rəsmi açılış mərasimində konqresin təşkilat komitəsinin sədri, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri, Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov, Ə.Əliyev adına ADHTİ-nin prorektoru t.e.d. Adilə Rzayeva, konqresin həmsədrləri Avropa Foniatrlar İttifaqının üzvü, Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev və Avropa Foniatrlar İttifaqı idarə heyətinin üzvü, Qarabağ Universitetinin dosenti Ramil Həşimli çıxış edərək konqresin işinə uğurlar arzulamışlar.
Konqresin ilk günü Avropa Foniatrlar İttifaqının Prezidenti professor Haldun Oğuz, “DoctorVOX” səs terapiyası üsulunun müəllifi dosent İlter Denizoğlu və Avropa Foniatrlar İttifaqı idarə heyətinin üzvü dosent Ramil Həşimlinin səs xəstəkiklərinin müalicəsində ən geniş istifadə olunan “Səs terapiyası tətbiqi” haqda geniş bir müzakirəli interaktiv kurs keçirildi. Kursda həkim-otorinolarinqoloqlarla bərabər defektoloq-loqopedlər, sənətçilər, Milli konservatoriyanın müəllim-tələbə heyəti iştirak etdi.
Konqresin ikinci günü qırtlağın xoş və bəd xassəli törəmələri, iflicləri, uşaqlarda disfoniyalar, audio-vestibulyar diaqnostika yenilikləri, foniatriyada süni zəka tətbiqi və s. kimi müxtəlif səs problemlərinin müayinə və müalicəsinə həsr olunmuş panellərdə elmi proqram davam etdi. Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının əməkdaşları kafedra müdiri professor Nazim Hüseynov, dosent Akif Əfəndiyev və dosent Məzahir Quliyev müxtəlif panellərin moderatoru olmaqla yanaşı elmi müzakirələrdə yaxından iştirak etmişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu