Ə.Əliyev adına ADHTİ-nin dermatovenerologiya kafedrasının əməkdaşları Tbilisidə keçirilən beynəlxalq konqresdə uğurla iştirak etdilər

04.06.2026

28–30 may 2026-cı il tarixlərində Tbilisi şəhərində 4-cü Beynəlxalq Transqafqaz Dermatologiya və Estetik Tibb Konqresi (ITC2026) keçirildi. Tədbirdə Böyük Britaniya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Latviya və Azərbaycandan olan tanınmış alim və mütəxəssislər bir araya gəldilər.
Bu mötəbər konqresdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının əməkdaşları təmsil etdi. Kafedra müdiri, professor Sənan Kərimovun konqresin elmi proqramı çərçivəsində etdiyi «Epigenetika və bazal hüceyrəli karsinoma» mövzusundakı fundamental məruzəsi xarici həmkarlar tərəfindən maraqla qarşılandı və böyük rezonans doğurdu. Tibbi təhsilin təşkilinə həsr olunmuş dəyirmi masada isə professor ölkəmizin bu sahədəki qabaqcıl təcrübəsindən danışdı, rəhbərlik etdiyi kafedradakı müasir tədris metodları və innovativ prinsiplər barədə konqres iştirakçılarına ətraflı məlumat verdi. Kafedranın rezidenti Lamiyə Əhmədovanın nadir patologiyalardan sayılan “Lipoid proteinoz xəstəliyinin diaqnostikası və müasir müalicə metodları”na həsr olunmuş çıxışı gənc alimlər bölməsində fərqlənən məruzələrdən biri oldu.
ITC2026 konqresindəki bu uğurlu iştirak beynəlxalq akademik əlaqələrin güclənməsinə və təcrübə mübadiləsinə, eyni zamanda Azərbaycan dermatovenerologiya məktəbinin yüksək standartlarının beynəlxalq arenada bir daha qürurlu nümayişinə çevrildi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu