Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında praktik yönümlü kurslar keçirilir
01.06.2026
Xəbər verildiyi kimi ölkəmizdə ilk dəfə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasında praktik yönümlü EKQ, Exokardioqrafiya, HOLTER-EKQ və Transezofageal Exokardioqrafiya (TEE) kursları keçirilir.
2026-cı ilin aprel-may aylarında təşkil olunmuş həmin kurslar artıq başa çatmışdır. Təlimlər institutun kliniki bazalarında Avropa Kardiologiya Cəmiyyətinin yetərlilik sertifikatını almış təlimçilər tərəfindən aparılmışdır. Qeyd edilən kurslar ilk dəfə təşkil olunmuşdur. Kurslara qatılan müdavimlər təlimin yüksək səviyyədə təşkil olunmasından razı qaldıqlarını xüsusi qeyd etdilər.
Ölkəmizdə bu sahələrdə çalışan mütəxəssis sayının kifayət qədər olmadığını nəzərə alaraq Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, hər zaman olduğu kimi, bu ehtiyacı qarşılamaq üçün “Davamlı təhsil, davamlı təlim” devizi altında həkimlərin bilik və bacarıqlarını artıracaq yeni kurs və təlimlər təşkil edir və yaxın gələcəkdə kardiologiyanın digər sahələrini əhatə edəcək yeni aktual mövzulara aid təlimlər keçirəcəkdir.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.