İltihabi bağırsaq xəstəliklərinə həsr edilmiş İkinci Milli Forum kecirildi

23.05.2026

23 may 2026-cı ildə Bakıda Səhiyyə Nazirliyinin və TƏBİB-in ilə dəstəyi, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə iltihabi bağırsaq xəstəliklərinə (İBX) həsr edilmiş İkinci Milli Forum kecirildi. Tədbirin əsas məqsədi qastroenterologiya və ona yaxın ixtisas sahələrindəki iltihabı bağırsaq xəstəliklərinə aid yeni nailiyyətləri müzakirə etmək, xüsusilə də gənc nəsil həkimlərimizin inkişafına və elmi-praktik biliklərinin artırılmasına töhfə vermək idi. Forum çərçivəsində autoimmun və ekstraintestinal təzahürlər, eləcə də iltihabi bağırsaq xəstəliklərinin konservativ terapiyaya cavabın itirilməsi və cərrahi müalicə prinsipləri, opportunistik infeksiyalar, bir çox ölkələrdə diaqnostik metodlar kimi artıq qeniş tədbiq edilən intestinal ultrasonografiya və endoskopik ultrasonografiyanın İBX-da rolu, histopatomorfologiya, uşaqlarda və hamilələrdə İBX diaqnostika, müalicə və vaksinasiya prinsipləri və bu grup xəstələrdə qidalanmanın əsasları mövzuları ətraflı şəkildə təhlil olundu. Forumun elmi sədri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun terapiya kafedrasının dosenti, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədr müavini Gülüstan Babayeva idi.
17 məruzəçi və 14 moderatorun iştirakı ilə baş tutmuş bu forumda iltihabi bağırsaq xəstəlikləri sahəsində ən son elmi yeniliklər, kliniki yanaşmalar və müasir müalicə üsullarının müzakirəsi ilə yanaşı, bu aktual istiqamətın ekstraintestinal və cərrahiyə problemlərinin də dərin təhlili aparıldı. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunun terapiya kafedrasının əməkdaşları dosent Gülüstan Babayeva, assistentlər t.ü.f.d. Gülnarə Nurməmmədova, Fidan Qasımova, Ayğun Hüseynova, kafedranın doktorantı, German Hospitalın qastroenterologiya şöbəsinin müdiri Rəşad Həsənov və kafedranın rezident yetirməsi, Yeni Klinikanın həkim-qastroenteroloqu Ayçin Həsənova çıxış etdilər. İnstitutun dermatovenerologiya kafedrasının professoru Mir-Riad Cavad-zadə, ailə təbabəti kafedrasının müdiri, t.e.d. Eldar Hətəmzadə də öz təqdimatları ilə çıxış etdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu