ELAN! | 2026-cı il üçün tibb üzrə fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığına sənəd qəbulu başlanmışdır

20.05.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı və Səhiyyə Nazirliyinin 19 may 2026-ci il 3-28/3-1-305/2026 saylı əmri ilə tibb üzrə fəlsəfə doktoru proqramı üzrə büdcə hesabına və ödənişli əsaslarla qiyabi doktoranturaya sənəd qəbulu elan edir. Sənədlərin qəbulu portal.edu.az saytından “Şəxsi kabinet” vasitəsilə elektron formada həyata keçirilir. Şəxsi kabinetə sənədlər yerləşdirilməklə yanaşı mütləq həmin sənədlərlə elmi hissəyə müraciət etmək lazımdır.
Sənəd qəbulu 19.05.2026-cı il tarixindən 09.06.2026-ci il tarixinə kimi saat 18.00 qədər aparılacaqdır.

Tibb üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Doktoranturaya qəbul üçün institutun Elmi Tədqiqatlar şöbəsinə aşağıdakı sənədlər təqdim edilir:
1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
2. Kadrların şəxsi-qeydiyyat vərəqi (təsdiq olunmuş);
3. Tərcümeyi-hal;
4. İş yerindən xasiyyətnamə (təsdiq olunmuş);
5. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (təsdiq olunmuş);
6. Çap olunmuş elmi işlərin siyahısı (təsdiq olunmuş), onların surətləri və ya seçilmiş ixtisas üzrə referat;
7. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun, internaturanın və ya rezidenturanın müvafiq qaydada (notarial olaraq) təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
8. Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: Ərizədən başqa bütün sənədlər şəxsi kabinetə yerləşdirilməlidir.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının surətini DİM təqdim etməlidirlər və DİM tərəfindən sertifikatın orijinallığı və verifikasiyası haqqında verilən arayış almalıdırlar. Beynəlxalq dil sertifikatlarının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu