Əməkdaşlarımız “Himayəçilər və pasiyentlərlə vaksinasiya üzrə kommunikasiya” adlı təlimdə iştirak etdilər

15.05.2026

13-14 may 2026-cı il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Himayəçilər və pasiyentlərlə vaksinasiya üzrə kommunikasiya” adlı təlim təşkil olundu. Təlimin məqsədi tibb işçilərinə peyvəndləmə prosesində yaranan tərəddüdləri aradan qaldırmaq, dəqiq məlumatlandırma aparmaq və effektiv dialoq qurmaq üçün zəruri bacarıqlar qazandırmaq idi. Təlimdə beynəlxalq ekspertlə yanaşı milli təlimçilərdən olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova da təqdimatlarla çıxış etdi. İştirakçılara təlim modulunun məzmunu və materialların tədris etmək üsulları izah edildi. İştirakçılara effektiv söhbət aparmaq üçün sübuta əsaslanan kommunikasiya addımları və üsullarını öyrənmək, bütün tibb işçilərinə vaksinasiyanın qəbulunu təşviq etmək və əhali arasında vaksinasiya səviyyəsini yaxşılaşdırmaq səylərində faydalı məlumatlar çatdırıldı. Təlimin praktiki sessiyalarında iştirakçılara kommunikasiya addımları və üsulları əyani nümayiş etdirildi. Təlimdə institutun mikrobiologiya və epidemiologiya, nevrologiya, pediatriya və ailə təbabəti kafedralarının əməkdaşları Sahib Kərimov, Mehriban Məmmədova, Ülkər Əsədova, İlahə İsrafilbəyova, Dinar Qəhrəmanova iştirak etdilər. Gələcəkdə bu təlimin kafedraların tədris proqramlarına daxil edilməsi nəzərədə tutulur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu