Rezidentimiz Çin Xalq Respublikasında keçirilən beynəlxalq konqresdə mükafat qazandı

10.05.2026

07-10 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Hançjou şəhərində “The 15th Westlake International Conference of Ultrasound in Medicine and Biology 2026 (WICUMB)” beynəlxalq konfransı keçirildi. Ultrasəs və başqa müasir tibbi görüntüləmə metodlarına həsr olunmuş bu mötəbər beynəlxalq elmi tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş alim və mütəxəssislər iştirak etmiş, ultrasəs diaqnostikası sahəsində ən son yeniliklər və müasir yanaşmalar müzakirə olunmuşdur. Konfrans beynəlxalq elmi təcrübə mübadiləsi və tibbin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Konfrans həm də yeni nəsil görüntüləmə texnologiyalarının klinik praktikaya inteqrasiyası baxımından önəmli platforma kimi çıxış etmişdir.
Konfrans çərçivəsində elastoqrafiya, kontrast ultrasəs müayinələri, onkoloji görüntüləmə, invaziv radiologiya və süni intellekt əsaslı diaqnostik texnologiyalar üzrə elmi məruzələr təqdim olunmuşdur.
Eyni zamanda tədbirdə müxtəlif klinik halların müzakirəsi, interaktiv sessiyalar və gənc tədqiqatçılar üçün elmi proqramlar da təşkil edilmişdir. Həmin proqram çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının rezidenti Nailə Qasımova elmi təqdimatla çıxış etmişdir. Həmçinin rerzidentimiz elmi poster təqdimatı da nümayiş etdirmişdir.
Konfransın son günü Nailə Qasımovaya “Young Investigator Forum” çərçivəsində “Diagnostic Value of Point Shear Wave Elastography, Ultramicroangiography and Multimodal Imaging in Characterization of Liver Tumors: A Prospective Study of 78 Patients” adlı elmi təqdimatına görə birinci mükafat - “First Prize (English Oral)” təqdim olunmuşdur. Bu mükafat rezidentimizə elmi təqdimatın yüksək elmi dəyərə malik olmasına görə və münsiflər heyəti tərəfindən ən yaxşı çıxışlardan biri kimi qiymətləndirilərək verilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu