"ATUREK-14–“Yüksəlişə Doğru” adlı rezidentlərin və magistrantların elmi-praktik konfransında Ə.Əliyev adına ADHTİ uğurla təmsil olundu
02.05.2026
Azərbaycan Tibb Universitetində ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib. Tədbirin elmi hissəsində ayri-ayri ixtisaslar üzrə 15 paneldə məruzələr təqdim olunub.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının rezidentləri Reza Golshani, Nərmin İsmayıllı və stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rezidentləri Həsənağa Budaqov, Laləzar Əbdurəhmanova konfransda uğurla çıxış etdilər. Onların təqdimatları ixtisasları sahəsində aktual mövzuları əhatə edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Konfransın münsiflər heyətində də institutumuzun əməkdaşları olmuşlar. Belə ki, ortodontiya kafedrasının dosenti Orxan Qasımov, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Lalə Quliyeva ixtisasları üzrə münsiflər heyətlərdə Ə.Əliyev adına ADHTİ-ni uğurla təmsil etmişlər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.