
30 aprel-2 May 2026-cı il tarixlərində Bakıda 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026 keçirildi. Konqresdə klinik diaqnostika, biokimya, mikrobiologiya, immunologiya, genetika, patologiya və digər istiqamətlər üzrə yerli və xarici mütəxəssislərin təqdimatları oldu. Tədbirə Avropanın müxtəlif ölkələrindən, Türkiyədən və digər ölkələrdən çoxsaylı elmi cəmiyyətlərin, universitetlərin, tədqiqat mərkəzlərinin və səhiyyə qurumlarının nümayəndələri də qatıldılar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, t.ü.f.d. Nigar Mütəlibova həmin konqresdə "Vərəm: klinik yanaşmadan laborator diaqnostikayaya" mövzusunda panel sessiyaya sədrlik etdi. O həmçinin konqres çərçivəsində aparılan elmi müzakirələrə qatılaraq ixtisası üzrə aktual məsələlər haqqında öz fikirlərini də bildirdi.