Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun təlim-tərbiyə işləri üzrə prorektoru t.e.d.Adilə Rzayevanın hesabatı.
2. Müxtəlif məsələlər:
2.1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun Elmi Şurasının əsasnaməsinin qəbulu.
2.2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun şöbələrinin əsasnamələrinin qəbulu.
2.3. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun kurslarında nizam-intizam qaydaları, davamiyyətə nəzarət və ödəniş şərtləri barədə.
2.4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunda keçirilən kursların ödəniş məbləğləri barədə.
2.5. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun terapiya kafedrasının nəzdində “Fizioterapiya və tibbi bərpa kursu”nun yenidən yaradılması barədə.
2.6. Çapa tövsiyə olunan vəsaitlərin müzakirəsi.
2.7. Elmi işin mövzusu və elmi məsləhətçinin təsdiqi.
3. Kafedra müdiri vəzifəsinə seçkilər:
3.1. Psixiatriya və narkologiya kafedrasının müdiri vəzifəsinə - Teymur Əli oğlu Qafarov.
3.2. Nefrologiya kafedrasının müdiri vəzifəsinə - Fuad Zülfüqar oğlu Sərdarlı.
3.3. Otorinolanqologiya kafedrasının müdiri vəzifəsinə - Nazim Məmməd oğlu Hüseynov.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına dosent elmi adın verilməsi haqqında vəsatətin qaldırılması barədə.
I məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin təlim-tərbiyə işləri üzrə prorektoru t.e.d. Adilə Rzayeva çıxış edərək tədris ili ərzində institutda daxili nizam-intizam qaydalarının yerinə yetirilməsi,aparılan yoxlamalar haqqında ətraflı məlumat verdi.Qeyd edildi ki, gorülən tədbirlər nəticəsində institutda nizam-intizam əhəmiyyətli dərəcədə yaxşılaşmış,həm əməkdaşların,həm də müdavimlərin davamiyyət göstəricələri yüksəlmişdir.
II məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov çıxış edərək bildirdi ki, institutda aparılan struktur yenilənmələri ilə əlaqədar Elmi şura və şöbələrin əsasnamələri işlənib hazırlanmış və Elmi Şuraya təsdiq üçün təqdim olunmuşdur.
Əsasnamələr səsə qoyulub yekdilliklə təsdiq edildi.
II məsələ üzrə kurslarda nizam-intizam qaydaları, davamiyyətə nəzarət, ödəniş şərtləri və ödəniş məbləğləri barədə institutun təhsil işləri üzrə prorektoru dosent Təyyar Eyvazov çıxış edib Elmi Şura üzvlərinə məlumat verdi.
Kurslarda ödəniş təhsilin növləri, şərtləri və ödəniş məbləğləri səsə qoyulub yekdilliklə təsdiq edildi.
II məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının nəzdində “Fizioterapiya və tibbi bərpa kursu”nun yenidən yaradılması barədə çıxış edən rektor professor Nazim Pənahov həmin kursun həkim fizioterapevtlər və reabilitoloqlar üçün əhəmiyyətli olduğunu qeyd etdi və məsələni səsqoymaya təqdim etdi.
Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının nəzdində “Fizioterapiya və tibbi bərpa kursu”nun yenidən yaradılması məsələsi yekdilliklə təsdiq edildi.
Elmi şuranın gündəliyinin digər məsələləri olan çapa tövsiyə olunan vəsaitlərın müzakirəsi, doktorluq dissertasiyasının mövzusunun və elmi məsləhətçinin təsdiq olunması, kafedra müdiri vəzifəsinə seçkilər, dosent elmi adının verilməsi üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.