Gəncədə Azərbaycan Pediatriya Cəmiyyətinin Regional Konfransı keçirildi. Konfransa Gəncədə çalışan pediatr və neonatoloqlarla birgə ölkənin digər bölgələrindən olan 100 nəfərə yaxın mütəxəssis də qatıldı.Tədbirdə pediatriyanın anemiya, peyvəndləmə, əlavə qidaların verilməsi kimi aktual məsələlərinə həsr olunmuş təqdimatlar dinlənildi.
Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosentləri Nigar Hacıyeva "D vitamini haqqında həqiqət" və Sənubər Vəliyeva "Körpələrin qidalanmasında inək südünün alternativləri" təqdimatları ilə çıxış etdilər.
Tədbirin sonunda iştirakçılar tərəfindən praktik sualların verilməsi ilə keçən müzakirələr baş tutdu.