Əməkdaşlarımız Vyana şəhərində Beynəlxalq Osteoloji Simpoziumda poster təqdimatları etdilər
27.04.2026
23–25 aprel 2026-cı il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Osteoloji Simpozium (International Osteology Symposium Vienna 2026) keçirildi. Symposium stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində dünyanın ən nüfuzlu beynəlxalq elmi tədbirlərindən biridir və Osteology Foundation tərəfindən təşkil olunur. Tədbirdə 80 ölkədən 3000 həkim iştirak etdi.
Tədbirin əsas istiqaməti ağız və çənə nahiyəsində toxuma regenerasiyası ilə bağlı ən son elmi yeniliklərin müzakirəsi oldu. 100-ə yaxın iimplantologiya, parodontologiya və rekonstruktiv cərrahiyyə sahəsində aparıcı mütəxəssislər təqdimatlarla çıxış etdilər.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun parodontologiya kafedrasının müdiri professor Afət Ağazadə və həmin kafedranın rezidentləri Qumru Abıyeva, Nərmin Məhərrəmzadə, Arghavan Moradi, Asim Məmmədov, Ali Soltanigermi, institutun Simpoziumda poster təqdimatları etdilər. Tədbirdə Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti İlham Mehdiyev də Eskişehir Osmangazi Universitetindən olan həmkarları ilə apardıqları tədqiqat işinin poster təqdimatı ilə iştirak etdi.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.