Ə.Əliyev adına ADHTİ-də “Yenidoğulmuşlarda Bud-Çanaq Displaziyası və Bud-Çanaq Çıxığının Skrininqi üçün Bud-Çanaq Ultrasəs Təlimi” keçirildi
22.04.2026
20-23 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Gəncə və Bakı şəhərlərində “Yenidoğulmuşlarda Bud-Çanaq Displaziyası və Bud-Çanaq Çıxığının Skrininqi üçün Bud-Çanaq Ultrasəs Təlimi” keçirilir. Təlim iki mərhələdən ibarətdir: nəzəri və praktik hissə. Praktik məşğələlər zamanı iştirakçılar maket üzərində ultrasəs tətbiqi, ölçmələrin aparılması və real klinik halların interaktiv müzakirəsində iştirak edirlər. Tədbir 20-21 aprel 2026-cı il tarixlərində Gəncə şəhərində oldu. 22-23 aprel 2026-cı il tarixlərində isə Bakı şəhərində keçirilir. Təlimin Bakı mərhələsinin birinci günü 22.04.2026-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutdu.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, Ə.Əliyev adına ADHTİ-nin travmatologiya və ortopediya kafedrasının müdiri professor İlqar Qasımov və Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov çıxış edərək təlim iştirakçılarına müvəffəqiyyətlər arzuladılar.
Təlim zamanı yenidoğulmuşlarda bud-çanaq displaziyası və çıxığının erkən mərhələdə aşkarlanması, ultrasəs müayinəsinin düzgün icrası və beynəlxalq standartlara uyğun diaqnostik yanaşmalar iştirakçılara çatdırıldı.
Təlimin Bakı mərhələsinin ikinci günü 23.04.2026-cı ildə Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçiriləcəkdir.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.