Türkiyə Neonatologiya Dərnəyinin 33-cü Milli Konqresində Azərbaycanda neonatal yardım haqqında təqdimat edildi
19.04.2026
15-19 aprel 2026-cı il tarixlərində Şimali Kipr Türk Respublikasının Girne şəhərində Türkiyə Neonatologiya Dərnəyinin 33-cü Milli Neonatologiya Konqresi keçirildi. Dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislərin qatıldığı konqres çərçivəsində müasir neonatologiyanın aktual məsələləri, innovativ müalicə yanaşmaları və ixtisas üzrə qlobal əməkdaşlıq imkanları müzakirə olundu.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının asistenti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini Erkin Rəhimov konqres proqramı çərçivəsində təşkil edilən türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada çıxış edərək Azərbaycanda neonatal yardımın mövcud vəziyyəti haqqında təqdimatla çıxış etdi. Məruzədə ölkəmizdə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən Dövlət Proqramları,perinatal xidmətlərin inkişafı,müasir texnologiyaların tətbiqi və ixtisaslaşmış kadr hazırlığı sahəsində görülən işlər xüsusi vurğulandı. Erkin Rəhimov neonatal yardımın daha da təkmilləşdirilməsində türkdilli ölkələr arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, ortaq elmi platformaların yaradılması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini bir daha diqqətə çatdırdı.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.