Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında praktik yönümlü yeni kurslar təşkil olunmuşdur. Artıq ilk təşkil olunan Elektrokardioqrafiya, Holter Elektrokardioqrafiya, Exokardioqrafiya və Transezofageal Exokardioqrafiya kurslarına qeydiyyat açıqdır. Kurslar aşağıdakı tarixlərdə keçiriləcəkdir:
🔹 20.04.2026–24.04.2026 - Elektrokardioqrafiya kursu (30 DTT kredit balı)
🔹 27.04.2026–30.04.2026 -Holter Elektrokardioqrafiya kursu (24 DTT kredit balı)
🔹 Exokardioqrafiya kursu:
▫️ 20.04.2026–08.05.2026 - Təməl və Orta səviyyə (90 DTT kredit balı)
▫️ 01.06.2026–22.06.2026 - İrəli səviyyə (90 DTT kredit balı)
🔹 12.05.2026–25.05.2026 -Transezofageal Exokardioqrafiya kursu (60 DTT kredit balı)
Kursların keçirilmə vaxtı: saat 13:00 – 19:00.
Elektrokardioqrafiya kursunda iştirak etmək üçün bütün sahələrdən olan həkimlər və həkim-residentlər, digər 3 kursa isə rəsmi kardioloq kimi fəaliyyət göstərən həkimlər qeydiyyatdan keçə bilərlər. Kurs müddətində praktiki və nəzəri biliklərin təkmilləşməsinə yönəlik real klinik halların müzakirəsi aparılacaq və müasir diaqnostik metodların tətbiqi öyrəniləcəkdir.
Müdavimlərə nəzəri dərslər iş saatlarından sonra, praktik dərslər isə, əyani təcrübə qazanmaları və praktik bacarıqlara yiyəlnmələri üçün, iş saatlarında həyata keçiriləcəkdir.
Kurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və müdavimlər uyğun DTT kredit balları alacaqlar.
Həmçinin iştirakçılara kursların sonundakı dəyərləndirmədən sonra Ə.Əliyev adına ADHTİ tərəfindən rəsmi sertifikat veriləcəkdir.
Yer sayı məhduddur – gecikmədən qeydiyyatdan keçin!
📞
Qeydiyyat: (+994) 51 881 53 94
📞
Ətraflı məlumat: (+994) 70 614 36 01