Ə.Əliyev adına ADHTİ-də Türkiyə Cümhuriyyətinin tanınmış ginekoloqları ilə görüş keçirildi

10.04.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rektor, professor Nazim Pənahovun Türkiyə Cümhuriyyətinin tanınmış ginekoloq - onkoloqu, “Türkiyə Ginekologiya və Mamalıq Dərnəyi”nin İdarə Heyətinin üzvü, professor Ateş Karateke və tanınmış ginekoloq, Ankara Medipol Universitetinin professoru, həmyerlimiz Məlahət Ataseverlə görüşü keçirilib.
Görüş zamanı professor A.Karateke və professor M.Atasevər uzun illərə dayanan tibbi təcrübələrindən, xüsusilə qadın sağlamlığı və onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində əldə etdikləri nailiyyətlər haqqında məlumat verərək, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik tədbirlərin rolunu xüsusi olaraq vurğulayıblar.
Eyni zamanda qadınlarda uşaqlıq boynu xərçənginin profilaktikası tədbirlərinə dair materialların institutun tədris proqramlarına daxil edilməsi məsələsi ətrafında da müzakirələr aparıldı.
Görüşdə Ə.Əliyev adına ADHTİ-nin mamalıq-ginekologiya kafedrasının müdiri, professor Leyla Rzaquliyeva və beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva da iştirak ediblər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu