Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik laborator təbabəti kafedrası bir neçə klinik bazada laborator-diaqnostika kurslarının keçirilməsini təşkil edir.
Klinik bazalar müasir səviyyənin tələblərinə uyğun təşkil olunub və burada yeni texnoloji laborator-diaqnostika və tədris üsulları geniş şəkildə tətbiq olunur.
Laborator diaqnostika praktikyönümlü ixtisas olduğu üçün bugünkü tədris proqramlarına müdavimlərə müasir laborator müayinələrin icra edilməsinin nümayiş etdirilməsi və onlara praktik vərdişlərin öyrədilməsi daxil edilib.
Belə müasir müayinə metodlarından biri də urologiyada böyrək daşlarının kimyəvi tərkibinin dəqiqləşdirən FTIR texnologiyasıdır (Fourier Transform İnfrared Spektrometriya). Kafedranın kliniki bazası olan “Refarans laboratoriyası”nda həmin texnologiyanın tətbiq edildiyi “Thermo Scientific Nicolet ıS5 FTIR Spectrometer” cihazı böyrək və sidik yolları daşlarının molekulyar quruluşunun infraqırmızı spektr vasitəsilə analiz edir və kalsium oksalat, kalsium fosfat, struvit(infeksion daşlar), sistin və urat daşları komponentlərini müəyyən etməyə imkan verir.Alınan nəticələr xəstələrin müalicəsində çox böyük əhəmiyyət kəsb edir.
Bu müayinənin müdavimlərə əyani olaraq nümayiş etdirilməsi və öyrədilməsi onların praktiki fəaliyyətinin müasir standartlara üyğun aparılmasına dəstək olur.