Əməkdaşımız Sofiya şəhərində keçirilən beynəlxalq konqresdə çıxış etdi

22.03.2026

Bolqarıstanın paytaxtı Sofiya şəhərində kolorektal və qarnın ön divarı cərrahiyyəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə İngiltərə, Misir, Almaniya, Rumıniya, Bolqarıstan, Avstriya və digər ölkələrdən dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər iştirak edərək, sahə üzrə son yeniliklər və innovativ yanaşmaları müzakirə etdilər. Ə.Əliyev adına ADHTİ-nin ümumi və plastik cərrahiyyə kafedrasının dosenti t.e.d. Aynur Səfiyeva həmin beynəlxalq konfransda məruzəçi qismində iştirak edib. Əməkdaşımız tədbirdə “Anal çatların diaqnostikası və müalicəsində yeniliklər” mövzusunda məruzə ilə çıxış edərək müasir yanaşmalar və şəxsi klinik təcrübəsini beynəlxalq auditoriya ilə bölüşüb.
Qeyd etmək lazımdır ki, mövzu konfransa təqdimatdan öncə kafedrada müzakirə olunmuş və çıxış üçün önəmli məqamlar müəyyən edilmişdir.
Bu cür beynəlxalq elmi platformalarda aktiv iştirak, mütəxəssislərimizin beynəlxalq təcrübə mübadiləsinə imkan yaradır və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu