Əziz həmkarlarım!
Sizi Azərbaycan xalqının gözəl bayramlarından sayılan Novruz, həmçinin bu il onunla bir gündə keçirəcəyimiz Ramazan bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu gün sürətlə modernləşən ölkəmizdə bu bayramlar mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilib. Builki bayramları Qələbə qazanmış xalq olaraq qarşılamağımız onlara xüsusi məna verir. Böyük zəfərin daha da möhkəmlənməsi üçün möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan quruculuq işlərinə dəstək olmaq, ölkəmizin inkişafı üçün daha çox çalışmaq hər bir Azərbaycanlı kimi bizim də müqəddəs vəzifəmizdir. Qoy bu bayramlar doğma Azərbaycanımızın hər bir ailəsinə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Bayramlarınız mübarək olsun!
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Pənahov