“Tibb elmlərinin tədrisi” adlı növbəti kurs başa çatdı
14.03.2026
Tibb təhsili müəssisələrində tədris proqramlarının sistemli şəkildə, müasir yanaşmalara uyğun şəkildə hazırlanması və təkmilləşdirilməsinə daim ehtiyac duyulur. Bununla yanaşı tibb tədrisi mütəxəssislərinin də təkmilləşdirilməsi mütəmadi həyata keçirilməlidir. 2024-cü ildən Azərbaycanda “Tibb tədrisçilərinin inkişafı proqramı” çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasında “Tibb elmlərinin tədrisi” adlı kurs fəaliyyət göstərir. Növbəti ToT -18 kursu 02.03.2026-13.03.2026-cı il tarixində baş tutdu. Kursa institutun terapiya, onkologiya, hematologiya, mikrobiologiya və epidemiologiya, kardiologiya kafedralarından müəllimlər cəlb edilmişdilər. Bununla yanaşı kursda Azərbaycan Respublika Səhiyyə Nazirliyinin göstərişinə əsasən 1 saylı Bakı Tibb Kollecindən 4 müəllim də iştirak etmişdir.
Kurs iştirakçılarına tibbi tədris prosesində istifadə edilən müasir üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılara təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmək imkanı da yaradılmışdır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.