Ə.Əliyev adına ADHTI-da "Layihə və məqalə yazmaq" mövzusunda elmi seminar keçirildi

14.03.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Layihə və məqalə yazmaq" mövzusunda elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun rektoru professor Nazim Pənahov qeyd etdi ki, elmi tədqiqat işlərinin beynəlxalq standartlara uyğun olması bu günün ən vacib tələbidir və əməkdaşlarımızın impakt-faktorlu jurnallarda məqalələr nəşr etdirmələri institutumuzun beynəlxalq elmi nüfuzunun daha da yüksəlməsinə xidmət edir. Ona görə də bu gün keçirilən seminarda veriləcək məlumatlar iştirakçılar üçün çox faydalı olacaqdır.
Elmi seminarın məruzəçisi Ankara Hacettepe Universiteti Tibb Fakültəsinin professoru, "Orthopedic Surgery and Trauma" jurnalının baş redaktoru Feza Korkusuz idi. Məruzədə nüfuzlu beynəlxalq elmi bazalar olan Scopus, Web of Science və s. tərəfindən keyfiyyət və elmi dəyər meyarlarına görə qəbul edilmiş impakt-faktorlu jurnallarda məqalə nəşr etdirmək üçün onların yazılması qaydaları və qoyulan tələblər izah edildi, qarşıya çıxan problemlərin həlli yolları göstərildi.
Məruzə ətrafında aktiv müzakirələr aparıldı, professor Feza Korkusuz verilən çoxsaylı sualları cavablandırdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu