Azərbaycan Avropa Parodontologiya Federasiyasının “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konfransına ev sahibliyi etdi

07.03.2026

6-7 mart 2026-cı il tarixində Bakı Konqres Mərkəzində Avropa Parodontologiya Federasiyası (EFP) və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konfransı keçirilib.
Konfransın Təşkilat komitəsinin sədri Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli, Elmi komitənin sədri isə İspaniyanın Madrid Komplutense Universitetinin parodontologiya kafedrasının müdiri professor Mariano Sanz idi. Konfransda Avropa Parodontologiya Federasiyasının prezidenti, Afina Milli və Kapodistriya Universitetinin Parodontologiya kafedrasının müdiri professor Spyros Vassilopoulos, həmçinin Federasiyanın Baş katibi, Bern Universitetinin parodontologiya kafedrasının müdiri, professor Anton Sculean da iştirak etdilər.
Avropa Parodontologiya Federasiyası(EFP) 1991-ci ildə təsis edilmiş, 18000-ə yaxın ağız boşluğu sağlamlığı üzrə mütəxəssisi və alimi birləşdirən 45 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirən nüfuzlu beynəlxalq təşkilatdır.
Azərbaycan Parodontologiya Cəmiyyəti 2017-2022-ci illərdə EFP-nin assosiativ üzvü olmuş, 2022-ci ildən etibarən isə tamhüquqlu üzv kimi fəaliyyətini davam etdirir.
Regionda ilk dəfə təşkil olunan 5-ci “EFP Perio Master Clinic” konfransı Avropa Parodontologiya Federasiyasının ən nüfuzlu və genişmiqyaslı elmi platformalarından biri kimi stomatologiya sahəsində ən son elmi nailiyyətlərin, müasir klinik protokolların və innovativ müalicə yanaşmalarının müzakirə edildiyi aparıcı beynəlxalq forumlardan biri hesab olunur.
Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov çıxış edərək vurğuladı ki, belə nüfuzlu beynəlxalq elmi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan səhiyyəsinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və tibb elminin inkişafına mühüm töhfə verir.
Konfrans çərçivəsində 5 mart tarixində Bakı Konqres Mərkəzinin qarşısında xüsusi qurulmuş çadırda Avropa Parodontologiya Federasiyasını və Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil edən parodontoloqlar tərəfindən 60 nəfərdə ödənişsiz stomatoloji müayinələr keçirildi.
Konfrans çərçivəsində dünya miqyasında tanınmış 35 natiq və moderatorun iştirakı ilə elmi sessiyalar, klinik müzakirələr, praktiki master-klasslar və multidissiplinar panel iclasları təşkil olundu. Tədbirdə 56 ölkədən 800 yerli və xarici stomatologiya mütəxəssisləri iştirak etdilər. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişaf üzrə akkreditasiya edilmişdi.
Eyni zamanda tədbir müddətində Bakı Konqres Mərkəzində stomatologiya sahəsində dünyanın 13 nüfuzlu şirkətinin təmsil olunduğu beynəlxalq ixtisaslaşmış sərgi də təşkil olunmuş idi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu