Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov institutun qadın heyətinin nümayəndələri ilə görüşdü
05.03.2026
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov institutun qadın heyətinin nümayəndələri ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində görüş keçirdi. Rektor çıxışının əvvəlində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını, o cümlədən, institutun bütün qadın heyətini qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.
Rektor çıxışına davam edərək qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və gələcək nəsillərin formalaşmasında misilsiz rolundan, təhsil, elm və mədəniyyət sahəsində göstərdikləri zəhmət və fədakarlıqlarından söz açdı. Sonda professor Nazim Pənahov institutun qadın heyətinə can sağlığı, xoşbəxtlik, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.