Ə.Əliyev adına ADHTİ-nin anesteziologiya və reanimatologiya kafedrasında tədris prosesində simulyasiya əsaslı metodologiyalardan istifadə edilir

04.03.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya və reanimatologiya kafedrasında tədris prosesi müasir tibbi təhsil standartlarına uyğun olaraq innovativ texnologiya və simulyasiya əsaslı metodologiyalar üzərində qurulmuşdur. Kafedranın əsas prioritet istiqamətlərindən biri yüksəkixtisaslı anestezioloq-reanimatoloqların hazırlanması məqsədilə sübutayönümlü tədris modelinin və qabaqcıl texniki imkanların sistemli şəkildə inteqrasiyasıdır.
Bu çərçivədə anesteziologiya və reanimatologiya kafedrasında ixtisasartırma kursları keçən müdavimlər İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı nəzdində fəaliyyət göstərən Tibbi Tədris Simulyasiya Mərkəzində klinik ssenari əsaslı praktiki təlimlərdə iştirak edirlər. Tədris prosesində yüksək dəqiqlikli monitorinq sistemləri, simulyasiya platformaları və süni tənəffüs trenajorları vasitəsilə real klinik şəraitə maksimal yaxınlaşdırılmış təlim mühiti formalaşdırılır.
Simulyasiya əsaslı tədris modeli çətin hava yolu idarəetməsi, mexaniki ventilyasiya strategiyalarının seçimi və optimallaşdırılması, hemodinamik monitorinqin interpretasiyası, vazopressor və inotrop terapiyanın rasional titrasiyası, eləcə də kritik vəziyyətlərin (şok sindromları, kardiopulmonar çatışmazlıqlar, ağır hipoksemiya və digər həyati təhlükəli hallar) alqoritm əsaslı idarə olunması üzrə praktik vərdişlərin təhlükəsiz mühitdə formalaşdırılmasına imkan yaradır.
Beləliklə, kafedrada həyata keçirilən müasir simulyasiya və tədris yanaşmaları klinik praktikada təhlükəsizliyin artırılmasına, diaqnostik və terapevtik müdaxilələrin effektivliyinin yüksəldilməsinə, həmçinin müdavimlərin anesteziologiya və intensiv terapiya sahəsində peşəkar vərdişlərə əsaslı surətdə yiyələnməsi üçün imkan yaradır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu