“Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda beynəlxalq konqres keçirildi

02.03.2026

27-28 fevral 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş Beynəlxalq konqres keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə və Russiyadan olan alimlər məruzələrlə çıxış etdilər.
Açılış mərasimindən sonra konqres öz işini seksiyalarda davam etdirdi. Bu seksiyalar akademik, Əməkdar elm xadimi Adilə Əvəz qızı Namazovanı 100 illik yubileyinə, Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illik yubileyinə, professor Amaliya Abdulla qızı Əyyubovanın 90 illik yubileyinə, professor Surxay Novruz oğlu Musayevin 75 illik yubileyinə, Əməkdar elm xadimi, professor Nəsib Cəfər oğlu Quliyevin 75 illik yubileyinə və professor Səfixan Şamil oğlu Həsənovun 70 illik yubileyinə həsr olunmuş idi.
Əməkdar elm xadimi, professor Amaliya Əyyubovanın 90 illik yubileyinə həsr edilmiş seksiyada Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının müdiri, professor Rəqsana Məmmədova "Qida allergiyasının klinik təzahürləri", həmin kafedranın dosenti Nigar Hacıyeva "Tənəffüs yollarının infeksiyalarında rasional antibiotikoterapiya nə deməkdir" mövzusunda məruzələrlə çıxış etdilər.
Konqresin 2-ci günü professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş seksiya çərçivəsində Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının assistenti Erkin Rəhimov "Uşaqlarda xroniki qəbizliyə multidissiplinar yanaşma" mövzusunda 2 klinik hadisə təqdim etdi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu