Ə.Əliyev adına ADHTİ-nin ümumi və plastik cərrahiyyə kafedrasında tədrisdə yeni texnoloji müalicə-diaqnostika üsulları tətbiq olunur

27.02.2026

Ə.Əliyev adına ADHTİ-nin ümumi və plastik cərrahiyyə kafedrası bir neçə klinik bazada cərrahiyyə kurslarının keçirilməsini təşkil edir. Klinik bazalar müasir səhiyyənin tələblərinə uyğun təşkil olunub və burada yeni texnoloji müalicə-diaqnostika və tədris üsulları geniş şəkildə tətbiq olunur. Cərrahiyyə praktikyönümlü ixtisas olduğuna görə bu günki tədris proqramlarına müdavimlərə müasir əməliyyatların icra edilməsinin nümayiş etdirilməsi və onlara praktik vərdişlərin öyrədilməsi daxil edilmişdir. Kafedranın aşağıdakı klinik bazalarında tədris aparılır:
1. Sabunçu Tibb Mərkəzi (əsas baza) – çoxprofilli xəstəxana olduğu üçün burada müasir cərrahlığın əsas aspektlərini əhatə edən müalicə-diaqnostika üsulları və əməliyyatlar, o cümlədən, abdominal, torakal, endokrin, rekonstruktiv cərrahiyyə (qastroenteroloji biliar rekonstruksiya, qarının ön divarının müxtəlif rekonstruktiv əməliyyatları, daxili üzvlərin anadangəlmə və qazanıılmış qüsurlarının rekonstruktiv əməliyyatları və s.) əməliyyatları icra və tətbiq edilir. Müştərək travma ilə patologiyanın rast gəlmə tezliyi faiz etibarilə digər kliniki bazalarla müqayisədə çoxluq təşkil edir.
2. Elmi Cərrahiyyə Mərkəzi – Bu mərkəzdə müdavimlər müxtəlif növ abdominal cərrahi patologyada yeniliklərə və müasir texniki avadanlığın tətbiqinə yiyələnirlər.
3. Respublika Diaqnostika Mərkəzi – 3 cü baza olaraq burada tədris həm müasir tibbi avadanlıqla təhciz olunmuş otaqlarda, həm də yanaşı inteqrativ əməliyyat otağında təşkil olunmuşdur. Bunun nəticəsində müdavimlər icra edilən əməliyyatları onlayn rejimdə böyüdülmüş formatda izləyə bilirlər.
4. Mərkəzi Gömrük Hospitalı – Mərkəz ən müasir tibbi avadanlıqla təhciz olunmşdur. Burada müdavimlər endocərrahiyyənin sirrlərinə və transplantologiya ilə əlaqədar müasir biliklərə yiyələnirlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu