
14 mart 2026-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Layihə və məqalə yazmaq" mövzusunda elmi seminar keçiriləcəkdir. Seminarda nüfuzlu beynəlxalq elmi bazalar olan Scopus, Web of Science və s. tərəfindən keyfiyyət və elmi dəyər meyarlarına görə qəbul edilmiş impakt-faktorlu jurnallarda məqalə nəşr etdirmək üçün onların yazılması qaydaları və qoyulan tələblər izah ediləcək, qarşıya çıxan problemlərin həlli yolları göstəriləcəkdir. Elmi seminarın moderatoru və məruzəçisi Ankara Hacettepe Universiteti Tibb Fakültəsi İdman təbabəti kafedrasının müdiri, "Orthopedic Surgery and Trauma" jurnalının baş redaktoru professor Feza Qorkusuzdur.
Proqram
09:00-09:30 - Açılış
09:30-10:30 - Məruzə: “Proje ve Makale Yazma” Prof. Dr. Feza Korkusuz
10:30-11:00 - Müzakirə
Tarix: 14 mart 2026
Məkan: Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Akt zalı (1-ci mərtəbə)
Elmi seminarda ölkəmzdə elmi-tədqiqat işləri yerinə yetirən hər bir mütəxəssis iştirak edə bilər.