24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləṣdirmə İnstitutunda Yaponiyanın rəqəmsal təhsil texnologiyaları sahəsində fəaliyyət gostərən "Digital Knowledge" Co. Ltd ṣirkətinin nümayəndə heyəti ilə görüș keçirildi. Görüș zamanı ana və ușaqlar üçün rəqəmsal saglamlıq kartlarının hazırlanması, tibb bacılarının davamlı təhsilində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi (İKT) "Tibbi təhsil nərdivanı" metodu ilə baǧlı müzakirələr aparıldı, tibb bacısı üzrə təlim proqramının demo versiyası nümayiş olundu.
Sonda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətində Anlaşma Memorandumunun imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparıldı.