Əməkdaşımız Avropa Kron və Xoralı Kolit Xəstəlikləri Cəmiyyətinin konqresində iştirak etmişdir
24.02.2026
18-21 fevral 2026-cı il tarixlərində Stochkolm şəhərində Avropa Kron və xoralı kolit xəstəlikləri Cəmiyyətinin (ECCO) iltihabı bağırsaq xəstəlikləri üzrə növbəti konqresi kecirildi. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedasının dosenti Gülüstan Babayeva iştirak etmişdir. Onun “Combining SUS-CD and Sonographic Signs for Accurate Localization-Based Assessment of Inflammatory bowel diseases Inflammation” adlı elmi-tədqiqat işi xoralı kolit və Kron xəstəliyinindən əziyyət çəkən şəxslərdə intestinal USM tətbiqindən ilkin alınmış nəticələr üzrə ağırlıq dərəcələrinin stratifikasiyası, onların radioloji vaskulyarizasiya şkalası (RDUS) və radioloji aktivlik şkalası (Limberg dərəcələnməsinə görə mərhələlər) ilə müştərək dəyərləndirmə və bu üsulun rutin monitorinq qismində tətbiqinə həsr edilmişdir.
Bu gün intestinal USM metodunun inkişaf etməkdə olan ölkələrdə tətbiqi dünyada prioritet məsələ sayılır. Metodun geniş yayılmasının məqsəd kimi qarşıya qoyulması 2026-cı ilin yanvar ayında nəşr edilmiş “ECCO consensus on management of inflammatory bowel disease in low- and middle-income countries” konsensusunda xüsusi qeyd edilmişdir. Ona görə də dosenti Gülüstan Babayevanın elmi-tədqiqat işi konqres iştirakçılarının marağına səbəb olmuşdur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.