Quba yubiley konfransında müasir tibbin aktual istiqamətləri müzakirə olunub

22.11.2026


Quba şəhərində keçirilən görkəmli dövlət və elm xadimi, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfransın elmi hissəsində İnstitutun müvafiq kafedralarını təmsil edən mütəxəssislər tərəfindən müasir tibbin aktual istiqamətlərini əhatə edən məruzələr təqdim edilib.
Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Rəşad Abışov «Ortoqnatik cərrahiyyədə rəqəmsal texnologiyaların tətbiqi», Mamalıq və ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov «MRKH sindromlu pasiyentlərdə amnion mənşəli greftdən istifadə etməklə neovaginanın yaradılması», Radiologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyev «Baş beynin damar mənşəli patologiyalarına müasir diaqnostik yanaşmalar və yeniliklər» mövzularında çıxış ediblər. Travmatologiya və ortopediya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İnar Seidov «Diz oynağı bağlarının zədələnməsi və müasir müalicə üsulları», Ortodontiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Günel Əliyeva isə «Diş-çənə anomaliyalarının profilaktikası, erkən diaqnostikası və müasir müalicə yanaşmaları» mövzularında məruzələr təqdim ediblər.
Məruzələrdə müasir diaqnostika və müalicə metodları, innovativ tibbi texnologiyaların tətbiqi, klinik praktikada qabaqcıl yanaşmalar və müxtəlif ixtisas sahələri üzrə elmi yeniliklər diqqətə çatdırılıb.
Elmi-praktik konfrans həkimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, müasir tibbi yeniliklərin klinik praktikaya inteqrasiyası və müxtəlif ixtisas sahələri üzrə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbir akademik Əziz Əliyevin zəngin elmi-pedaqoji irsinin yaşadılması və təbliği ilə yanaşı, müasir tibb elminin nailiyyətlərinin səhiyyə mütəxəssisləri arasında paylaşılmasına, tibbi təhsilin və klinik təcrübənin inkişafına töhfə verib.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu