Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib

21.11.2026


Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin müəyyən etdiyi inkişaf istiqamətləri bu gün də aktuallığını qoruyur. Müasir tibbi texnologiyaların tətbiqi, həkimlərin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi, tibb elminin nailiyyətlərinin praktik səhiyyəyə inteqrasiyası onun zəngin irsinin davam etdirilməsinin əsas istiqamətlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba şəhərində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfransda bildirilib.
Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” 2026-cı il 20 avqust tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbir Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda səhiyyə və elm ictimaiyyətinin nümayəndələri, alimlər, tibb mütəxəssisləri, institutun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov çıxış edərək Əziz Əliyevin zəngin dövlətçilik və elmi irsi, Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin formalaşması və inkişafındakı müstəsna xidmətləri haqqında danışıblar. Bildirilib ki, onun həkim kadrlarının hazırlanması, tibb müəssisələrinin inkişafı, elmi-pedaqoji fəaliyyətin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər ölkəmizin səhiyyə tarixində mühüm yer tutur.
Konfransda bildirilib ki, Əziz Əliyevin 130 illik yubileyinin ölkənin müxtəlif bölgələrində elmi-praktik tədbirlərlə qeyd olunması onun çoxşaxəli irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Azərbaycan səhiyyəsinin inkişafında tarixi ənənələrin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə institut tərəfindən hazırlanan, Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs olunan sənədli videoçarx nümayiş etdirilib.
Daha sonra konfrans elmi məruzələrlə davam edib. Proqram çərçivəsində müasir tibbin aktual istiqamətlərini əhatə edən beş elmi məruzə təqdim olunub.
Məruzələrdə ortoqnatik cərrahiyyədə rəqəmsal texnologiyaların tətbiqi, MRKH sindromlu pasiyentlərdə amnion mənşəli qreftdən istifadə etməklə neovaginanın yaradılması, baş beynin damar mənşəli patologiyalarının müasir diaqnostikası, diz oynağı bağlarının zədələnmələrinin müalicəsi, eləcə də diş-çənə anomaliyalarının profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları müzakirə olunub.
Təqdim edilən elmi araşdırmalar müasir tibbin nailiyyətlərinin, innovativ diaqnostika və müalicə metodlarının həkimlər arasında yayılması, elmi biliklərin praktik təcrübə ilə uzlaşdırılması baxımından maraq doğurub.
Konfrans çərçivəsində aparılan müzakirələr elmi təcrübə mübadiləsinin genişləndirilməsinə, müxtəlif tibbi ixtisaslar üzrə müasir yanaşmaların paylaşılmasına və həkimlərin peşəkar inkişafına töhfə verib.

www.azertag.az




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu