Quba şəhərində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
21.11.2026
Quba şəhərində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Səhiyyə Nazirliyinin Ə.Əliyev adına ADHTİ və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə səhiyyə və elm ictimaiyyətinin nümayəndələri, tibb mütəxəssisləri, alimlər və digər qonaqlar iştirak ediblər.
Konfransın açılış mərasimindən əvvəl tədbir iştirakçıları Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və İnstitutun rektoru professor Nazim Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti abidənin önünə tər çiçəklər düzərək Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.