Zəfər Gününüz mübarək!

07.11.2026


Əziz həmkarlar!
Altı il əvvəl, 8 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə tariximizin ən şanlı səhifələrindən birini yazdı. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrəti, xalqımızın sarsılmaz birliyi və Vətənə sonsuz sevgisi tarixi Qələbəmizi təmin etdi. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının gücünü, iradəsini, əzmini və mübariz ruhunu bütün dünyaya nümayiş etdirdi.
Bu şanlı Qələbənin əldə olunmasında ölkəmizin tibb işçilərinin də əvəzsiz xidmətləri olmuşdur. Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə fəaliyyət göstərən həkimlərimiz böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirərək yüzlərlə yaralı hərbçimizin həyatını xilas etmişlər. Onlar müqəddəs həkimlik andına sadiq qalaraq, həyatlarını təhlükəyə atmaqdan çəkinmədən öz vəzifələrini şərəflə yerinə yetirmişlər.
Xüsusilə qeyd etmək istərdim ki, institutumuzun müdavimləri olmuş çoxsaylı həkimlərimiz döyüş bölgələrində və tibb müəssisələrində göstərdikləri qəhrəmanlıq və fədakarlıqla Qələbəmizə mühüm töhfə vermişlər. İnstitutumuzun cərrahiyyə profilli kafedralarının əməkdaşları həm bilavasitə cəbhə bölgəsində, həm də çalışdıqları tibb müəssisələrində həyata keçirdikləri mürəkkəb cərrahi əməliyyatlarla neçə-neçə hərbçimizin həyatını xilas etmişlər. Bu xidmətlər Azərbaycan səhiyyəsinin və həkimlərimizin Vətən qarşısındakı məsuliyyətinin parlaq təzahürüdür.
Bu əlamətdar gün münasibətilə hər birinizi ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və möhkəm cansağlığı diləyirəm.

Ə. Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Pənahov





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu