Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını partiyanın Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib.
Sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim edilib.
Mükafatlandırılanlar sırasında institutumuzun rektoru professor Nazim Pənahov da vardır.