ELAN! Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcəkdir
23.10.2026
Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 08.01.2027-ci il tarixində yubileyə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən Respublikanın elmi tibb müəssisələrinin əməkdaşları institutun elmi tədqiqatlar şöbəsinə son olaraq 15 noyabr 2026-cı il tarixinə qədər müraciət edə bilərlər.
Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır. Tezislər azərbaycan, rus və ingilis dillərində 15 dekabr 2026-cı il tarixinə kimi qəbul edilir. Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
• Tezislər orijinal xarakter daşımalı və təkrar olmamalıdır;
• Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 2 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir;
• Tezis ardıcıl olaraq: hər biri abzasdan başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır;
• Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi qeyd edilməlidir;
• Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır;
• Tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında təqdim olunmalıdır.
Ünvan: AZ1012, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 35. ADHTİ.
Çıxışlar üçün: İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri, dosent Akif Əfəndiyev.
Telefon: +994 50 350 83 84
Tezislər üçün: Elmi tədqiqatlar şöbəsinin müdiri dosent, t.e.d. Nailə Rəhimova.
Telefon: +994 50 335 29 90
Elmi tədqiqatlar şöbəsinin əmkədaşı: Flora Cəfərova. Telefon: +994 55 824 27 90